Birincilərin bayramında şəhid Ceyhun Səfərovun xatirəsi anıldı - FOTOLAR

Elçin Şəmiyev adına 149 saylı orta məktəbin 1L sinfi birinci sinfi başa vurmaq münasibəti ilə bayram tədbiri keçirib.

Tədbiri sinif rəhbəri Gülmira Mirəziz açıq elan edib və Azərbaycanın dövlət himni səsləndirilib. Ardınca şagirdlər vətəni, bayrağı vəsf edən mahnılar ifa ediblər.

Daha sonra 1L sinif şagirdi Nazlı Səfərovanın 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan əmisi Ceyhun Səfərovun xatirəsi anılıb, ruhuna rəhmət oxunub. 1L sinfinin adından şəhidin ailəsinə Ceyhun Səfərovun xatirəsini əbədiləşdirən suvenir hədiyyə edilib.
Sinif rəhbəri vətənin şəhid oğullarımızdan bu balaca igidlərə əmanət edildiyini, şagirdlərinin əmanətə layiqincə sahib çıxacağına inandığını bildirib. 

Tədbirdə həmçinin 1-ci sinfi uğurla başa vuran şagirdlər mükafatlandırılıb, uşaqların maraqlı rəqs nömrələri nümayiş etdirilib. 

Tədbirdə iştirak edən birincilərin valideynləri Gülmira Mirəzizə övladlarına təməl dəyərləri aşıladığı, vətənpərvər ruhda yetişdirdiyi üçün təşəkkürlərini bildiriblər.





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}