Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Azərbaycan məktəblərinin birində şagirdə dərsə gecikdiyi üçün cəza olaraq döşəmə sildirildiyi iddia edilir.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb. İddia olunur ki, hadisə Mehdiabad qəsəbəsi, 4 saylı orta məktəbdə baş verib. Şagirdin bacısının bildirdiiynə görə, bu hal təkrarlanarsa, növbəti cəza tualeti təmizləmək olacaq.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, hadisə araşdırılır.
“Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları hazırda məktəbdədirlər. Məsələ araşdırılır. Yekun nəticə ictimaiyyətə bildiriləcək”.
Həmçinin iddia olunur ki, şagirdləri belə cəzalandırmaq həmin məktəbin daxili qaydalarıdır.