Avtobuslarla bağlı YENİLİK - Yeni buraxılış kartları VERİLƏCƏK


- Yeni buraxılış kartları VERİLƏCƏK

 205  17.06.2023 23:24 A  A 

Azərbaycanda sərnişindaşımalara görə buraxılış kartları veriləcək.

Bununla bağlı məsələ Milli Məclisin iclasında müzakirə edilən “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişkiliyə əsasən, qanuna yeni aşağıdakı anlayışlar daxil edilir:

– analoq taxoqraf – bu Qanunun 57-1-ci maddəsınin tələbləri nəzərə alınmaqla, avtonəqliyyat vasitəsınin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasıtəsində quraşdırılan elektromexaniki nəzarət cihazı;”

Həmçinin dəyişikliyə əsasən, aşağıdakı məzmunda 1.0.25 -1.0.36-ci maddələr əlavə edilir:

“1.0.25. rəqəmsal taxoqraf – bu Qanunun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, avtomatik rejimdə avtonəqliyyat vasıtəsinin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasıləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektron nəzarət cihazı;

1.0.26. rəqəmsal taxoqraf kartı – sürücünün ış və istirahət dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin edən inteqral mikrosxemli kart;

1.0.27. sürücünün taxoqraf kartı – avtonəqlıyyat vasitəsini idarə edərkən sürücünün iş və istirahət dövrlərinə dair müvafıq məlumatların saxlanılması və sürücünün şəxsiyyətinin eyniləşdirilməsi üçün istifadə edılən rəqəmsal kart;

1.0.28. daşıyıcının taxoqraf kartı – sürücünün iş və istirahət dövrlərinə dair müvafıq məlumatların taxoqrafdan yüklənilməsi üçün istifadə edilən daşıyıcıya məxsus rəqəmsal kart;

1.0.29. emalatxana taxoqraf kartı – rəqəmsal taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınaqlarının keçirilməsi, kalibrlənməsi və onlara texniki xıdmətin göstərilməsi, eyni zamanda rəqəmsal taxoqrafdan məlumatların yüklənilməsi üçün istifadə edilən rəqəmsal kart;

1.0.30. nəzarətçi taxoqraf kartı – sürücünün iş və istirahət dövrlərinə dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsi üçün istifadə edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşlarına məxsus rəqəmsal kart;

1.0.31. formulyar- qeyri-müntəzəm sərnişin daşımalarında sərnişinlər barədə məlumatı əks etdirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada doldurulan sənəd;

1.0.32. bilet-uçot vərəqi – şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında satılmış biletlərin uçotunun aparıldığı müvafiq icra hakimiyyətı” orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron formada doldurulan sənəd;

1.0.33. taksi sifarişi xidməti – telekommunikasiya vasitələrindən istifadə etməklə, taksi minik avtomobili sifariş etmək istəyən şəxsdən sifarişi qəbul edib həmin daşımaları həyata keçirən şəxsə ötürülməsi ilə bağlı ödənişli xidmət;

1.0.34. taksi sifarişi operatoru – taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirən şəxslərə taksi sifarişi xidməti göstərən hüquqi şəxs və ya fərdi sahibkar;

1.0.35. buraxılış vəsiqəsi – bu Qanunun 13-cü maddəsinə uyğun olaraq, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin və ya yük daşımaları sahəsində fəaliyyət göstərməsi üçün verilən icazə;

1.0.36. buraxılış kartı – buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kart;”.

Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib. (Azinform.az)



Oxşar Xəbərlər

Xəbər lenti