Azərbaycanda sıfırdan yeni şəhər və kəndlər inşa edilir

29 sentyabr 2023-cü ildə Zəngilan şəhərində BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin əməkdaşlığı ilə “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci  Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakedib və taleyüklü mühüm məsələlər haqqında çıxış edib.
İşğal dövründə darmadağın edilmiş ərazilərimiz yenidən bərpa olunur
Keçmiş məcburi köçkünlərimiz çox böyük həvəslə öz dədə-baba yurdlarına Zəngilana Ağalı “ağıllı kəndi”nə qayıdıb, ruh yüksəkliyi ilə orada yaşayır, insanlar artıq əmək fəaliyyətinəbaşlayıblar. Çox sevindirici haldır ki, gənc nəsil orada yaşamağa üstünlük verir. Bu insanlarımızın nə qədər torpağa, Vətənə bağlı olduğuna əyani sübutdur.
30 il ərzində onlar bu xoşbəxtlikdən məhrum edilmişdir. Hazırda Zəngilan şəhərinin baş planı təsdiq edilib, 2025-ci ildə şəhər sakinləri ora qayıdacaqlar. Bu şəhərdə təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi də  həyata keçirilir. “Dost Aqropark” artıq fəaliyyətdədir. Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal gətirilib və sayı yaxın gələcəkdə 10 minə çatdırılacaq. Bundan əlavə Laçın və Kəlbəcərdə də kənd təsərrüfatının inkişafı üçün böyük potensial var.
Böyük Qayıdış proqramının tərkib hissələrindən biri də insanların işlə təmin olunması, aşağı faizli kreditlərin verilməsi, sosial infrastrukturun inşasıdır. Torpağın əsl sahibləri üçün bu proqram çərçivəsində müasir texnologiyadan istifadə etməklə “ağıllı şəhər” və “ağıllı kənd” lər inşa olunur. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə 7 milyard ABŞ dolları xərclənib. Böyük Qayıdış Proqramının icrası ona imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı,Talış və Zabux kəndlərinə qayıdıblar. Bu gün 8 şəhər və 92 kəndin Baş Planı təstiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə Şuşada və digər işğaldan azad olunmuş şəhərlərdə bu cür geniş miqyaslı layihələr həyata keçiriləcək.
Bütün bunlar ölkə başçımız cənab İlham Əliyevin yürütdüyü düzgün daxili və xarici siyasətin, eləcə də insanlara göstərdiyi qayğının nəticəsidir.
Qarabağ Azərbaycandır! Biz həmişə Prezidentimizin arxasındayıq.
Şahin Seyidov 
Bakı şəhəri A.Muradov adına 84 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}