"Onun-bunun qucağında oxuyursan!" - Elnarə "Kukla"nı dəyişib kimin bostanına daş atdı? - VİDEO


Müğənni Elnarə Xəlilova ad çəkmədiyi həmkarının onu çox qəzəbləndirdiyini bildirib və bununla bağlı sosial meida hesabının hekayə bölümündə qəribə paylaşımlar edib.

Sozcu.info xəbər verir ki, uşaqlar üçün yazılmış "Kukla" mahnısına yeni nəfəs verən müğənni onun sözlərini dəyişərək vulqar və jarqon sözlərdən istifadə edib. Onun müzakirələrə səbəb olan paylaşımlarını təqdim edirik.

"Ay uzun saç, qara göz,

Ağıllı kuklam mənim,

Gəl əlifba oxuyaq,

Sən şagird ol, mən müəllim.

P.S. Mən səni cəsarətli bilirdim, Kukla.

Duxun çatmır mənlə savaşmağa itlərini fısqırtmısan, üstümə hürə-hürə qalıblar? Kişi qızı kimi çıx qarşıma de ki, zəhləm gedir səndən. Uğurlarını həzm edə bilmirəm de. Boğazımda qalmısan de. Deyim, hə. Kişi qızısan, yoxsa özün girmisən siçan dəliyinə qorxundan. Çaqqallarını da salmısan canıma. Bəs bilmirsən ki, itə hörmət edirlər yiyəsinə görə? Bəs bilmirsən ki, çaqqal Aslana heç nə edə bilməz? Sensasiya istəyirdin? Di ala onda. Sabaha bütün saytlara manşetsən, Kukla. 2 qoçun başı bir qazanda qaynamaz. Qoçuluq etmək keçir könlündən? Ancaq xahiş edirəm, çaqqal-çuqqallarını yığışdır, cəsarətin çatırsa özün çıx qarşıma".

Elnarə Xəlilova qeyd edib ki, bunu PR üçün edib:

"Dəyərli mediya nümayəndələri, elə bilməyin kiməsə söz atıram. Sadəcə yeni trekimi PR edirəm. Öz aramızdı, qəşəng fikirləşmişəm, yox? Kimdir o? Kuklaaaaa.

A kukla, arada güzgüdə özüvə baxırsan? Get-gedə kişiyə oxşayırsan e. O gün bir verilişdə aparıcı ilə o qədər təriflədiz ki, bir-birinizi yenə də rusun bir şeiri yadıma düşdü. "Kukuşka xvalit petuxa, a petux kukuşku". Kukla zirvəsi. Azərbaycanda hansısa zirvəni tanıyırsan ümumiyyətlə? Çingiz Mustafayev zirvəsi, dünya liderləri zirvələri və s. Sən zirvə adını qazanmaq üçün neynəmisən? Bolluca fonoqramma oxumusan? Ya ona-buna quyu qazmısan? Çünki yalnız qazdığın quyuların fonunda zirvədə hiss edə bilərsən özünü. Getdiyin verilişlərdə aparıcılar da elə özünün tayıdır. Mənə pul da versələr getmərəm e o verilişə".

Sonda isə müğənni heç kəsin ona zərbə vura bilməyəcəyini və iddia etdiyi anonim şəxsin ondan elm və bilik cəhətdən çox-çox aşağıda olduğunu vurğulayıb:

"İndi isə bil və agah ol ki, nə olursa-olsun bu dünya durduqca və nə qədər ki, canımda can var, sən ömrünün sonuna qədər məndən aşağıda olacaqsan. Özünü bir də heç vaxt mənimlə müqayisə etmə, mənim dabanımın bildiyini sənin başın bilmir. Mən dövlət tədbirlərində oxuyanda sən toylarda onun-bunun qucağında oxuyursan. Mənim əxlaqım, tərbiyəm, mədəniyyətim, şərəfim, ləyaqətim və elmimdən səndə heç vaxt olmayacaq. Oxumaqları ümumiyyətlə müqayisə etmək olmaz, çünki sən özün özünü təkrar eləməkdən başqa heç nə bacarmırsan. Təkcə sənətimlə itli-küçüklü hamınızı basdıraram. Sadəcə özünü sev. Və özünə hörmət elə Kukla. Mənə sataşma. Öcəşmə və sürtüşmə. 3 ay kik-boksinqlə məşğul olmuşam, məşqçim həmişə deyirdi çiynim töküldü. Bir gün əlimdə qalassan belə getsə. Qorxdun? Zarafat edirəm ay qız. Mən əlimi hər adama vurmuram. Yalnız kuklalara".

publika.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}