Dünən, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
Hazırda sürət qatarından istifadə bütün qəsəbə sakinləri üçün əlçatan deyil. Belə ki, Bakı ətrafında yaşayan sakinlər bəlli stansiyalardan istifadə edərək sürət qatarından istifadə edə bilirlər. Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə elektrik qatarlar buna bariz nümunədir.
Gələcək günlərdə digər qəsəbələrin sakinləri üçün də sürət qatarından istifadənin əlçatan olub-olmayacağı ilə bağlı BAKU.WS “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) sorğu göndərib. Qurumdan bildirilib ki, bir çox qəsəbə sakinləri yaxın illərdə istəklərinə çatacaqlar:
"Bakı şəhərinin Baş planına əsasən 2027-ci ilin sonunadək Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndivə Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpası, eləcə də Zabrat-Maştağa-Zaqulba dəhlizinin yaradılması nəzərdə tutulur".