Dünyanı qorxu altına salan koronovirus bioloji silahdırmı?

 

Həmid Herisçi: "İnsanlıq özünün məhvini gətirəcək çox qorxulu silahlarla üz-üzədir”

Çində yayılmış yeni koronovirusla əlaqədar bütün dünya həyəcan içindədir. Hamı, dilini dişləri arasında sıxaraq 1 milyard çinlinin eyni anda asqırmağından qorxur.

Bioloji silahların tətbiqinin hələ qədim Roma dövrünə gedib çıxdığı məlum olur. İlkin olaraq belə silah vasitələri mühasirəyə alınmış qala divarlarından, cüzamdan ölmüş xəstələrin meyitlərinin mühasirədə olan qüvvələrin qoşunlarının içinə atılması olub. Bu zaman qalanın daxilində olan qüvvələr epidemiya yayıntısından gücdən düşərək xəstələnir və müdafiə əzmləri qırılırdı. Böyük sayda qəbilələr bu virusa yoluxaraq, dərman preparatlarının və ixtisaslı həkimlərin olmaması üzündən qırılıblar.

Bakterioloji və viruslu silahların xüsusiyyətləri ondadır ki, bu xəstəliklər digər xəstəliklər kimi özünü tez bir zamanda göstərmir. Onların gizli inkubasiya dövrü mövcuddur və onlar xarici faktorlarla özlərini bəyan etmirlər. Bunlardan cüzam, xolera, Sibir xorası, botulizm əsasən xəstə insandan sağlam insana keçmə funksiyası ilə fərqlənir və bu zaman yayılma faktoru çox böyük və təhlükəlidir. Bu xəstəliklərin aşkar olunması və qarşısının vaxtında alınması çox çətin olduğundan ən təhlükəli elementlər sayılır, çünki bakteriya və mikroblar gözlə görünmür, iylənmir, dadı yoxdur. Belə bakteriya və virusları ancaq laboratoriya şəraitində aşkar etmək olur, bu da uzun müddət və vəsait tələb edir. Bütün bu kimi vasitələrin son zamanlar laboratoriyalarda təkmilləşdirilməsi zamanı müasir bakteriya və virusların insandan insana keçməməsi üçün nailiyyətlər əldə olunub ki, bunun da arxasında konkret insanların və ərazilərin bu silah növünün təsirinə məruz qoyulması amili var.

Vaxtilə "Böyük ipək yolu” coğrafiyasında oxşar situasiya 14-15-ci əsrlərdə yaşanılıb. Milyonlarla insan tələf olub. "İpək yolu” projesinin gündəmdən silinməsi, aşağı yuxarı, məhz bu yoluxucu xəstəliklərlə əlaqədardır. Konspiroloqlar arasında bu ssenarinin Çin-ABŞ ticarət müharibəsi çərçivəsində baş verdiyini vurğulayanlar az deyil.

ı Həmid Herisçi ile ilgili görsel sonucu

Tanınmış konspiroloq-yazıçı Həmid Herisçi "Yeni Müsavat”a bu haqda maraqlı fikirlər deyib. Onun sözlərinə görə, 1979-cu ildə ABŞ-la Çin arasında imzalanmış "G2" ticarət müqaviləsi 2019-cu ildə sözün əsl mənasında 40 illik yubileyini yaşayıb. Həmid Herisçi daha sonra deyib: ”Müqavilə ertələnibmi? Vaxtı uzadılıbmı? - bilinmir. Müqavilədə əsas nüans azad ticarət konsepsiyası olsa da, indi bu maddə, deyəsən, real görünmür. Nəticə, deyəsən, gözlənildiyindən fərqli oldu. Ortaya bioloji silah-koronavirus epidemiyası girdi. 50 milyonluq Uhan bölgəsi sanitar təhlükəsizlik bəhanəsi ilə mühasirəyə alındı. Ancaq bizcə, mövzu heç də bioloji silah əfsanəsi deyil. Real mövzu, genetik silah növü ilə əlaqədardır. Genetik silah növünü, deyilənlərə görə, dünya farmakoloqları İsveçrədə, ümumdünya antidopinq təşkilatı VADA-nın gizli laboratoriyalarında hazırlayırlar. Ümumdünya Olimpiya Təşkilatı üzvü seçilən bütün milli idman komandaları bu VADA-ya təhkimdirlər. Əslində sözün əsl mənasında bu çox məxfi qurumun əsl təhkimli kəndliləri, yaxud təhkimli idmançılarıdır. İdmançıların bioloji materialları burada uzunmüddətli genetik analizə məruz qalır. Milli gen aşkarlanır, dinamikası nəzarətə götürülür. Bu genin tənəzzülünü, yaxud inkişafını təmin edən zərdablar hazırlanır. Ötən illər VADA-nın Rusiya Antidopinq Təşkilatı RUSADA ilə toqquşması da məhz bu gizli amillərlə əlaqəlidir. Moskva hələ Hitler Almaniyası dövründən bəri bu təşkilatdakı gizli irqi standartlarla tanış idi. Bilirdi ki, irqi genetik araşdırmalar, genetik silah növləri məhz bu ünvanda hazırlanır.

Moskva bu səbəbdən lap elə əvvəldən öz idmançılarının həqiqi bioloji məhsulunu saxtalaşdırırdı. Həqiqi bioloji materiallarını öz məxfi laboratoriyalarında tədqiq edir, saxtaları VADA-ya ötürürdü. Məsələ indiyəcən gizli qala bilərdi. Əgər RUSADA-nın sabiq baş həkimi Qriqoriy Rodçenkov bu gizlinlər barədə Qərbə, VADA rəhbərliyinə vaxtında xəbər ötürməsəydi. VADA-nın Rusiya idmanına qarşı tutduğu qəti mövqe ancaq elə əvvəldən rusları o qədər də narahat etməyib. Ruslar hətta burada bəzi çox ciddi güzəştlərə imkan veriblər. Veriblər ki, təki idmançılarının həqiqi biomaterialları rəqiblərinin əlinə keçməsin. Soruşsaz "niyə?”, deyəcəyik- çünki Moskva bu mövzuda VADA-ya qarşı çox ciddi məxfi informasiyaya malikdir. VADA-nın RUSADA-ya qarşı ötən ilki mövqeyi, Maklarenin məlum məruzəsi, Rusiya idmançılarını beynəlxalq yarışmalardan uzaqlaşdırması, Moskvanı cavab addımlarına məcbur edib. Lozannadakı Beynəlxalq İdman Arbitraj Məhkəməsi artıq Moskvanın şikayətini təmin edib. Tədqiqat başlayıb. Jurnalistlərə detallar açıqlanmır. Pekin isə əvvəlcədən bundan xəbərsizdi. İdmançılarının biomateriallarını səxavətlə, vaxtlı-vaxtında VADA-ya göndərirdi...

Nəticə özünü çox gözlətmədi. İndi Uhanda, "xəstəxana tikirik” bəhanəsi ilə şəhərin tən ortasında qardaşlıq məzarı qazılır. İddialara görə, bu tələdən kimsə qaçıb yaxasını qurtara bilməyəcək".

Həmid Herisçi yayılan koronovirusdan daha çox kütləni əhatə edəcək bioloji silahların da yaxın illərdə yayılacağına əminliyini gizlətmir.

Həmsöhbətimiz deyir ki, genetik silah daha dəhşətli bir növ olaraq, əhalinin seçilmiş təbəqələrini- yəni etnik, cinsi və s. məhv etmək üçün nəzərdə tutulub:  "Bu silahın tətbiq metodu təxminən belədir: tətbiq olunacaq ərazidə kişi cinsindən olan insanların məhvi. Bu hipoteza ərazidə əsgər və döyüşçü potensialının məhvi üçün nəzərdə tutulub. Bu tip vasitələr dərman peraparatları, inyeksiya, ərzaqlara qatqı vasitələri ilə, bilavasitə kişi cinsi yaradacaq xromosomların məhvinə gətirib çıxarır. Preparatlar ciddi olaraq ünvanlıdır. Məsələn, Cənubi Afrika Respublikasında, aparteid rejimi zamanı qaradərili insanların məhvi üçün belə təcrübələr aparılıb. Bu təcrübələrdə əldə olunan preparatlar qaradərililərə təsir etsə belə, ağdərililər üçün təhlükəsiz olub. Bu gün tüfəng, güllə, qumbara, tank, artilleriya ilə də heç kimi təəccübləndirmək olmur. Qeyri-ənənəvi silah vasitə və növləri də günü-gündən dəyişməyə, müasirləşməyə və ən əsası təhlükəli olmağa doğru meyllənir. İnsanlıq öldürmək, məhv eləmək üçün nüvə, hidrogen bombaları kəşf etdi. Ardından gizli hərbi elmi-tədqiqat mərkəzlərinin laboratoriyalarında yaradılan, insanlarla birlikdə təbiətə də ölümcül ziyan vuran ən qəddar və amansız müharibə vasitələri də ortaya çıxmaqdadır. Bunlar bioloji və kimyəvi hərbi ölüm vasitələridir. Hərbçilər bu silahlara "İblislər” deyir.

Bioloji və bakterioloji silah ile ilgili görsel sonucu

Bioloji və bakterioloji silah  - bu patogen mikroorqanizmlər, viruslar, bakterial toksinlər, bioloji genlənmə vasitələri ilə əldə olunmuş toxlardır ki, vəzifəsi - insanları, canlıları, flora və mikrofloranı, əkin vasitələrini, kənd təsərrüfatı heyvanlarını, qida vasitələrini, su mənbələrini, habelə bir sıra hərbi təmayüllü vasitə, məmulatları və s. məhv etmək üçün nəzərdə tutulub. Belə silahlar bir neçə növ sursatlar vasitəsilə tətbiq olunmaqdadır. Bu sursatların içliyi fərqli bakteriya və viruslarla doldurulur ki, tətbiq zamanı da bu içliklər infeksiyalı, hətta epidemiyaya gətirib çıxara bilən xəstəliklər yaradır. Bu içliklər öz təyinatına görə insanları, kənd təsərrüfatı bitkilərini, heyvanları, su mənbələrini və qida vasitələrini yoluxduraraq, onları məhv edir. Bu silahın bir neçə növü var.

Bioloji silahın bir növü olaraq entomoloji silahdan - hücum üçün həşəratlardan istifadə edilir. Belə silahın yaradılması fikri 100 illər boyu aparılsa da, 20-ci yüzillikdə aktiv olaraq silahın yaradılması üzrə işlər davam etdirilib. Yaponiya və bir neçə ölkə tərəfindən tətbiq edildikdən sonra bu silahın hazırlanmasına görə günahlandırılıblar. Faktiki olaraq entomoloji silahın 3 növü məlumdur:

Bioloji və bakterioloji silah ile ilgili görsel sonucu

Patogen və çiləmə üsulu ilə nəzərdə tutulan rayonun üzərinə tətbiq etdikdən sonra, həşəratların insanları və başqa canlıları sancaraq, onlara yoluxdurma;

Həşəratların birbaşa torpaqlara, zəmilərə atılması ilə, onların təhlükəli tərzdə artımına nail olmaqla, kənd təsərrüfatı bitkilərini, flora və faunanı məhv etmək;

Bilavasitə tətbiq edilməklə arılar, ağcaqanadlar və başqa tip uçan həşəratları cəlb edərək onları insanlara və başqa canlılara qarşı tətbiq etmək.

Bioloji və bakterioloji silah ile ilgili görsel sonucu

Bioloji silah elementlərinin çatdırılma üsulları bunlardır:

Raketlərin döyüş başlıqları;

Aviasiya bombaları;

Artilleriya və minaatan mərmiləri;

Təyyarələrdən atılan konteyner, kisə və paketlər;

Təyyarələrdən həşərat cücüləri səpələyən qurğular;

Diversiya metodları.

Bir sıra hallarda rəqib tərəf geriyə çəkildiyi zaman infeksiyalanmış geyim, qida məhsulları, lazımi əşyalar, siqaret qutuları qoya bilər ki, bunlarla təmas zamanı insanlar həmin infeksiyalara yoluxa bilərlər. Bundan əlavə, rəqib infeksiya maddələri doldurulmuş konteyner minalar da tətbiq edə bilər ki, bu zaman həmin konteynerlərə toxunuş zamanı partlayış əmələ gəlir və infeksiya bakteriyaları bulud halında sürətlə insanları yoluxa bilər. Belə buludlar daha təhlükəlidir. Onlar küləyin səmti ilə hərəkət edərək, öz içliyindən asılı olaraq böyük əraziləri yoluxdurur. Yoluxma sahəsinin genişlənməsi də, ilk anda yoluxduğunu bilməyən əhalinin bir-biri ilə təmasda olmasıdır.

Dünya alimlərinin gəldiyi qənaətə görə, bakterioloji və bioloji silahlar dərindən öyrənilmədiyi üçün onların tətbiqindən sonra elementlər mutasiyaya uğraya bilər ki, bunun da fəsadları apokalipsisə, yəni qiyamətə gətirib çıxarar. İnsanlıq özünün məhvini gətirəcək çox qorxulu silahlarla üz-üzədir".



Oxşar Xəbərlər

Xəbər lenti