100 DƏQİQƏLİK TELEFON DANIŞIĞININ NƏTİCƏSİ:Tramp-Ruhani görüşünün təməli atıldı

100 DƏQİQƏLİK TELEFON DANIŞIĞININ NƏTİCƏSİ:Tramp-Ruhani görüşünün təməli atıldı

 

Lora Rozen

"Əl-Monitor”, 27.08.2019

 

Bazar ertəsi günü Donald Tramp Biarritz şəhərində ev sahibi, Fransa prezidenti Emmanuel Makronun diplomatik təşəbbüsünü tərifləyib. O, Makronun İran prezidenti Həsən Ruhani ilə görüş təşkil etmək səylərinə dəstək verdiyini söyləyib. Görüş gələn ay BMT Baş Assambleyasında baş tuta bilər.

"Vəziyyət münasib olsa, şübhəsiz ki, buna razı olaram”, – deyə Tramp Ruhani ilə görüş barədə suala cavabında bildirib.

Tramp, Makronun İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi Biarritzə dəvət etmək fikrindən əvvəldən xəbərdar olduğunu söyləyib. Baxmayaraq ki, özü İran naziri ilə görüşmək üçün münasib vaxtın hələ yetişmədiyinə qərar verib. O, administrasiysının keçən ay Zərifə qarşı sanksiya tətbiq ediyini xatırlatmayıb. Buna görə Zərif Ağ Evə dəvəti rədd edib.

Donald Tramp deyib: "Yeri gəlmişkən, prezident Makron dünən Zərifin etdiyi hər addım barədə mənə məlumat verib”.

Zərif Biarritzdə Makron, Fransanın xarici işlər və maliyyə nazirləri, habelə ingilislər və almanlarla görüşüb.

"Dünən Zəriflə görüşməyin uyğun olduğunu düşündüm. Düşünürəm ki, o çox müsbət görüşlər keçirib”.

Tramp İranda rejim dəyişikliyi axtarmadığını təkrarlayıb və İranla yeni bir anlaşma üçün şərtlərinin, ən azı, fikrincə, sadə olduğunu deyib: nüvə silahı və ballistik raketlərə "yox”, 2015-ci ildəkindən daha yaxşı saziş.

"Biz liderlik dəyişikliyini istəmirik, bu cür dəyişikliyin arxasınca düşməmişik. İran bu yolu dəfələrlə keçib. Gərəkli yol deyil. Nüvə silahı, ballistik raketlər və daha uzun müddətli danışıqlar istəmirik. Çox sadə. Çox qısa müddət ərzində bunu edə bilərik”.

Emmanuel Makron, öz növbəsində, Fransanın ABŞ-ın yerinə İranla danışmağa çalışmadığını, əksinə, ABŞ və İran prezidentləri arasında görüş üçün diplomatiyanın asanlaşdırılmasına kömək etdiyini vurğulayıb.

O, Zərif və fransız vəzifədaşı Jan-İv Le Drian arasındakı görüşdə "yol xəritəsi”nin razılaşdırıdığını deyib. "Heç nə daşlaşmayıb. Nəticə tapmaq üçün birlikdə irəliləməli olacağıq”.

Makron bildirib: "Bu səhər prezident Ruhani ölkəsinin maraqları naminə istənilən siyasi liderlə görüşməyə hazır olduğunu söyləyib. Nazir Zərifə dediyim də budur. Telefonda prezident Ruhaniyə də dediyim budur. O, prezident Trampla görüşməyə razılıq versə, sazişin əldə olunacağına inanıram. Biz şərtləri bilirik. Məqsədləri bilirik. Ancaq indi yalnız masa ətrafında oturub bunu etməliyik. Beləliklə, ümid edirəm ki, yaxın bir neçə həftədə apardığımız müzakirələr əsasında buna nail olacağıq… və məncə, bu görüş çox vacibdir. Son bir neçə gün vəziyyəti aydınlaşdırdı, çox sayda mesaj çatdırıldı… və bu müzakirələrin və razılaşmanın başlanğıcı oldu”.

Ruhani bazar ertəsi çıxışında, həqiqətən, deyib: "Bir şəxslə görüşün ölkəmin problemini həll edəcəyini bilsəm, tərəddüd etməyəcəm, çünki milli maraqlar əsas prinsipdir”.

Tramp, bir növ, İranın nüvə sazişinə tam uyğun hərəkət etməsinə stimul olaraq İran üçün Avropa kredit xəttinin açılması və neft satışındakı itirilmiş gəlirlərin bir hissəsini kompensasiya etmək fikrinə qatıldığını söyləyib.

"Əl-Monitor” Makronun iyulun 30-da Ruhani ilə 100 dəqiqəlik telefon danışığı, İrana neft ixracından itirdiyi vəsaitin əvəzi olaraq 15 milyard dollarlıq kredit xətti qurmaq fikri, həmçinin Zərifi G-7 sammiti çərçivəsində görüşlərə dəvət etməyi düşündüyünü yazıb.

Bazar ertəsi Tramp deyib ki, "çox kobud bir yamağı görə İranın bir az pula ehtiyacı ola bilər”.

Fransanın ABŞ-dakı keçmiş səfiri Jerar Aro deyib ki, Trampın bəzi məsləhətçiləri İran-ABŞ diplomatiyasına qarşıdır.

"[Makron] ardıcıllıqla işi qurmağa çalışır: de-eskalasiya, sonra diplomatiya. Qarşılıqlı xoş niyyət jestləri ilə. Ancaq iki maneə var: Trampın səhv və gözlənilməz təpkiləri, ətrafındakıların sərt davranışı. Məsləhətim – Trampın marağını cəlb edən yeganə çərçivə – G7 zirvəsidir”.

İran-Avropa əlaqələrinin müşahidəçisi və "Bourse & Bazaar” veb-saytının yaradıcısı İsfəndyar Batmangəlic G-7 görüşünün ilkin nəticələrindən ruhlandığını söyləyib: "Makron, eyni şəhərə Zəif və Trampı dəvət etməklə, danışıqları stimullaşdırdı. Danışıqlar üçün praktik tələblər – neft satışının nominal artması və valyuta ehtiyatlarına sərbəst giriş məqbul bilindi. Trampın hədiyyə etdiyi bəzi xoş niyyətli güzəştlər sayəsində JCPOA-ya qoşulma asanlaşdı.

Bütün bunların yaxşı olduğunu düşünürəm. Önümüzdəki aylarda danışıqları ola bilər. Ruhani də bu gün müvəffəqiyyət ehtimalı 10% olsa belə, dialoqun davam etməli olduğunu bildirib”.

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti