10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
PAŞİNYAN SİLAH ALVERİNDƏ PUTİNƏ NECƏ ATIB? – Erməni baş nazirin silah maxinasiyası ilə bağlı sensasion faktlar üzə çıxdı
Rusiyanın “The Moscow Post” qezeti Ermənistan baş naziri Nikol Paşinyanın gizli silah alveri və bu ticarətin Yerevan-Moskva münasibətlərini necə gərginləşdirdiyinə dair maraqlı araşdırma dərc edib. Müəllif xatırladır ki, son günlər Ermənistanla Azərbaycan arasında qızışan döyüşlər bu məsələni kölgədə qoysa da, gərginlik qalmaqda davam edir:
“İnqilabçı baş nazir Nikol Paşinyanın qayığı korrupsiya, koronavirus pandemiyası ilə səmərəsiz mübarizə, həmçinin xroniki büdcə çatışmazlığı ilə bağlı ittihamların təzyiqi altında yırğalanır. Hökumət siyasi rəqiblərini zərərsizləşdirmək, müxalifəti qorxutmaq üçün güc strukturlarından istifadə edir.
Qeyd edək ki, Nikol Paşinyan son iki ildə təhlükəsizlik qüvvələrinin (Milli Təhlükəsizlik Xidməti və polis) rəhbərlərini üç dəfə dəyişib. Görünür, bu orqanlar onun “inqilabi siyasətinə” tam dəstək vermirdilər.
Baş nazirə qarşı korrupsiya ittihamları kampaniyasında əsas fiqur keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyandır.
Videomüraciətlərində Minasyan Paşinyanı, ailə üzvlərini və yaxın ətrafını Ermənistan iqtisadiyyatının yüksək gəlirli sahələrində (metallurgiya və qiymətli metallar kimi) korrupsiya sxemləri həyata keçirməkdə ittiham edir.
Bununla yanaşı, söhbət həm də, cinayətkar fəaliyyətlərdən gedir. Məsələn, tütün məhsullarının qaçaqmalçılığı və silah ticarəti. Sonuncu ittiham, yəni silahların təkrar satışında dələduzluq Ermənistanın əsas hərbi-siyasi müttəfiqi olan Rusiyanın maraqlarına birbaşa toxunur.
Sarkisyan və Minasyan
Rusiya ilə Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq bir çox səbəbə görə spesifikdir. Ermənistan çox məhdud imkanlara və sərmayələrə malik kiçik bir ölkədir. Demək olar ki, bütün qonşuları ilə münaqişə və ya münaqişə təhlükəsi yaşayır. Bu şəraitdə Rusiya ilə ittifaq Ermənistan üçün xüsusi əhəmiyyətə malik olmalıdır.
Moskva KTMT-dəki (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) müttəfiqinin təhlükəsizliyinin qarantıdır və öhdəliklərini tam olaraq yerinə yetirir.
Rusiyanın 102-ci hərbi bazası Ermənistanın Gümrü şəhərində yerləşir. Ermənistan Silahlı Qüvvələrinin korpuslarından biri birləşmiş Rusiya-Ermənistan hərbi qruplaşmasının tərkibindədir. Artıq uzun illərdir ki, Rusiya silahlarının Ermənistana tədarükü rusiyadaxili qiymətlərlə (ixrac qiymətləri ilə deyil) və Rusiyanın verdiyi kredit əsasında, demək olar ki, pulsuz həyata keçirilir.
2018-ci ilin mayında Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Rusiya ilə münasibətlərdə qeyri-müəyyənlik dövrü başladı. Tərəflər arasında gündəmdə həllini gözləyən məsələlərin sayı Araratın başındakı qar örtüyü kimi böyüyür.
Cənubi Qafqaz Dəmir Yolu (tamamən Rusiya sərmayəsi olan) ilə bağlı cinayət təqibi, Ermənistan istehlakçıları üçün “Qazprom”dan güzəştli qiymət tələbi, Kreml üçün həssas məsələ olan keçmiş prezident Robert Köçəryanın həbsi – bütün bunlar problemli aysberqin yalnız görünən hissəsidir.
Əgər inqilabçı hökumətin bu meylləri daxili səbəblərin ayağına yazılsa, hərbi-texniki əməkdaşlıq sahəsindəki fırıldaqlar uzunmüddətli nəticələrə səbəb ola bilər.
Hər şey Minasyanın növbəti videomüraciəti ilə başladı. Müraciətdə Ermənistan hökumətinin cəlb olunduğu qanunsuz beynəlxalq silah ticarətindən bəhs olunurdu. Ermənistandakı daxili proseslərdən kifayət qədər məlumatlı olan Minasyan bu biznesdə David Qalstyanın roluna diqqət çəkir.
Paşinyan və Qalstyan
Minasyanın sözlərinə görə, Qalstyan məlum əməliyyatların aparılması ilə bağlı səlahiyyəti şəxsən Paşinyandan alıb:
“Ermənistanın baş naziri Nikol Paşinyan David Qalstyana Müdafiə Nazirliyi vasitəsilə səlahiyyət verir və ona Ermənistan Respublikası adından tutalım, 100 ədəd silah sifariş vermək imkanı yaradır. Sonra Ermənistan David Qalstyanın offşorundan məsələn, bu 100 silahdan 60-nı alır. Ödənişi edilən 60 silah Ermənistana gətirilir. Sənəd üzərində hər şey qaydasındadır. Lakin bir istisna var. Əvvəlcədən sifariş edilmiş, lakin pulu ödənilməmiş 40 silahı Qalstyan Rusiyadan birbaşa üçüncü ölkəyə göndərir. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinə. Bu üçüncü ölkənin əli ilə də silahlar dördüncü ölkəyə gedib çıxır”.
“Royalsys Engineering” şirkətinin sahibi David Qalstyanın adı münaqişə zonalarında silahların qanunsuz daşınması və satışı ilə bağlı yayılan xəbərlərdə çoxdan yer alıb. Qalstyan və onun çoxsaylı şirkətləri BMT Təhlükəsizlik Şurasının hesabatlarından birində Liviyaya və daha sonra Suriyaya (Əsəd hökumətinə qarşı çıxan adı açıqlanmayan qruplara) silah tədarük edən, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun offşor şirkətinin hesabına ödəmələr edən tərəf kimi düşüb.
Açıq mənbələrdə Qalstyanın adı “Mosstone Engineering”, “Armenian DG Arms”, “Ayk Avia” kimi şirkətlərlə də qoşa çəkilir. Bu şirkətlərin Suriya, Liviya, Cənubi Sudan və Somaliyə silah göndərdiyi bildirilir.
Lakin biznesmenin qaranlıq keçmişi demokrat Paşinyanın onunla bir neçə dəfə görüşməsinə və onun biznesinin Ermənistanda inkişafını müzakirə etməsinə mane olmadı.
Beləliklə, Rusiya tərəfindən verilən endirimlərdən istifadə edən Qalstyan yeni hakimiyyətin himayəsi altında hərbi məhsulları üçüncü tərəfə satır. Rusiya Ermənistana silahları daxili qiymətlərlə verdiyi üçün endirim qiyməti ilə dünya qiymətləri arasındakı fərq 15-40 faizə çatır.
Son bir neçə ildə Rusiyanın Ermənistana 300 milyon dollarlıq silah kreditləri verdiyini nəzərə alsaq, deməli, bu endirimə görə Rusiya büdcəsinə 60-90 milyon dollar az vəsait daxil olub.
Paşinyan və Minasyan
Görünür, Minasyanı danışdıran da məhz bu amildir. Lakin keçmiş prezidentin kürəkəni güzəştli Rusiya silahlarının qanunsuz satışının qayınatasının dövründə də həyata keçirildiyinə toxunmaq belə, istəməyib.
Bu sxem S.Sarkisyanın ortağı, erməni əsilli rusiyalı iş adamı Vahram Simonyanın və “South Airlines”, “Skiva Air”, “V-Berd Avia” kimi, aviaşirkətlərin iştirakı ilə həyata keçirilirdi.
Yeri gəlmişkən, “Skiva Air”in qaranlıq sxemlərdə iştirakı üzə çıxandan sonra lisenziyası o vaxtkı Ermənistan hakimiyyəti tərəfindən ləğv edilmişdi. Daha sonra – 2014-2015-ci illərdə Cənubi Sudana silah və sursat tədarükündə milli aviasiya kampaniyası “Air Armenia” iştirak etmişdi. Lakin görünən odur ki, Paşinyanın sələflərin “işinə” icazəsiz basqın edərək, Rusiya maraqlarına parazitlik etməsi işləri korlayıb.
Baş nazirin büdcədənkənar iş sxemlərinə olan ehtirası onunla nəticələndi ki, 2019-cu ildə sirli David Qalstyan Rusiyada 10 illiyinə persona non-qrata elan edildi. Üstəlik, Ermənistan elitasının silahlarla bağlı məlum əməliyyatı mətbuata sızdı.
Ermənistandakı yeni hökumət məlum əməliyyatlara aidiyyəti ilə bağlı iddiaları qətiyyətlə rədd edir. “Belədirsə, Qalstyan məsələsini həll etmək üçün Paşinyan hərbi müşaviri Arşak Karapetyanı niyə gizli şəkildə Moskvaya göndərdi?”, – deyə Minasyan sual edir.
Ermənistan Hesablama Palatasının 2019-cu il üçün rəsmi hesabatına görə, ölkədə qeydiyyata alınan 28 təyyarədən 10-u (!) hava yüklərinin daşınmasını həyata keçirmək üçün Cənubi Sudan və Çadda olub. Daimi qarşıdurma şəraitidə olan bu Afrika ölkələrinə erməni təyyarələrinin ərik və şaftalı daşımadığı aydındır.
Elə həmin il daha bir erməni aviaşirkəti – “Mars Avia” da Moqadişu hava limanına təcili eniş edib. Çox güman ki, söhbət, məhz belə “sürprizlər”in adı altında tez-tez həyata keçirilən silah və ya döyüş sursatı satışından gedib.
Ölkənin məlumatlı adamlarından olan Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəisi David Şahnazaryan da silah alverində “boz sxemlərin” davam etdiyinə işarə edib.
Rusiyadan qovulan Qalstyan bu yaxınlarda Ermənistan hökuməti tərəfindən açılan (səhmdarı “Royalsys Engineering” olan), “Kalaşnikov” avtomatları istehsalı edən ortaq bir zavodun təqdimat mərasimində Paşinyanın yanında peyda oldu.
Bütün bunlar kompleks şəkildə yalnız bir şeyi göstərə bilər – Paşinyan mövcud sxemə nəzarəti ələ alıb və indi rus müttəfiqi qarşısında öz “cekpotunu” qanuniləşdirməyə çalışır.
Ermənistanın yeni hökumətinin həm tərəfdaşı, həm də müştərini düzgün seçmək məsələsində yetkin olmadığını nəzərə alsaq, bu, Rusiya silahlarının planetin müxtəlif yerlərində Kremlin maraqlarına qarşı çıxanların əlinə keçməsi təhlükəsi deməkdir. Hərbi-texniki əməkdaşlıq sahəsində özfəaliyyətə və tərəfdaşların sərbəst seçilməsinə yer yoxdur. Belə tərəfdaşı olanın təminatı da yoxdur. Məsələn, problemli Yaxın Şərqdə müttəfiqə satılan silahların Rusiya hərbçilərinə qarşı istifadə edilməyəcəyinə kim zəmanət verə bilər?!
Daha bir maraqlı məqam son zamanlar Paşinyan hökumətinin korrupsiyaya qarşı mübarizə adı altında (ordunun maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə) yerli oliqarxiyadan onmilyonlarla dollar pul almasıdır.
Məsələn, bu məqsədlə İordaniyadan modernləşdirilmiş 35 Osa-AKM zenit raket sistemi alındı. Səs-küylə təqdim olunan bu müqavilənin qiyməti diqqətdən yayınmadı. Eyni zamanda keyfiyyəti də bir çox sual doğurdu. Və onun Rusiyanın hava hücumundan müdafiə sistemlərinin analoqu olmadığı qeyd olundu…”
Tərcümə Strateq.az-ındır
Oxşar Xəbərlər
Rusiya Ermənistana silah verməkdə davam edəcək
Nikol Paşinyan baş nazir seçildi
Xüsusi xidmət əməkdaşı: " "Nikol Paşinyan həbsxanada öz yoldaşlarını satırdı"
Paşinyan: “Sabah Qarabağa gedirəm...”
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…