10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Gizlənən” işıqforlar - REPORTAJ + FOTO
İşləməyən, önü kəsilən işıqforlar həm sürücülər, həm də piyadalar üçün təhlükə yaradır.
“Kaspi” qəzeti
xəbər verir ki, yol əlaqələrində, qovşaqlarda, piyada keçidlərinin və nəqliyyatın idarə edilməsi üçün lazım olan digər yerlərdə ən mükəmməl tənzimləmə vasitəsi işıqfordur. Bu mükəmməl qurğu sayəsində sürücülər, piyadalar yollarda, həmçinin keçidlərdə daha təhlükəsiz və nizamlı şəkildə hərəkət edə bilirlər. Elə ki, işıqfor nasaz oldu, işləmədi, həmin ərazidə hərəkət iştirakçılarının işi xeyli çətinləşir. Xüsusən, nəqliyyatın sıx olduğu ərazilərdə belə hadisələr baş verəndə, sözün əsl mənasında xaos yaşanır. Bir-birinə yol verməyərək qabağa düşməyə çalışan sürücülər özlərinə, yolu keçmək istəyən piyadalara təhlükə yaradırlar, qəza hadisələri qaçılmaz olur. Yaxud yaz-yay fəsillərində ağacların qol-budağının zamanında və düzgün budanmamağı nəticəsində yol ayrıcında quraşdırılan işıqforların önü kəsilir. Yol tənzimləmə vasitəsinin qırmızı, sarı və yaşıl işığının nə zaman yanıb-söndüyünü həm sürücü, həm də piyada görə bilmir. Görüntünün məhdudluğu hərəkət iştirakçılarının işini çətinləşdirir, onların həyatı üçün təhlükəli vəziyyət yaradır.
Ya “gizlənib”, ya da işləmir
Paytaxt Bakıda indi də işləməyən, nasaz, həmçinin ağacların budaqları, yarpaqları arxasında gizlənən işıqforlara tez-tez rast gəlinir. Misal üçün, Yasamal rayonu Mətbuat prospekti ərazisində, “Azərbaycan” Nəşriyyatının tinindəki yol ayrıcında quraşdırılan işıqforun önünü nəhəng çinar ağacının qol-budağı, yarpaqları örtüb. Eyni mənzərə “Azadlıq” prospektinin Binəqədi rayonundan keçən hissəsində, köməkçi yolun “Vorovski” dairəsinə çıxışında da müşahidə olunmaqdadır. Burada da yaşıllıq zolaqları işıqforun qırmızı, sarı, yaşıl işıqlarının qarşısını kəsib. Görüntü məhdudluğundan işıqforun saniyəölçəni də görünmür. Binəqədi rayonunun Binəqədi şosesindən Abşeron rayonunun Mehdiabad qəsəbəsinə doğru istiqamətlənən, “Buruqlararası yol” kimi tanınan yol ayrıcında quraşdırılan işıqfor isə ümumiyyətlə işləmir. Düzdür, düzünə hərəkət istiqamətini müəyyən etmək üçün yolun əks istiqamətində quraşdırılan işıqfordan burada yararlanmaq mümkündür. Lakin sürücülərin bir çoxu işləməyən işıqforda köməkçi seksiyanın mövcudluğunu, sağa hərəkətin daim açıq olduğunu bilmirlər. Hər kəs yalnız düzünə istiqamətlənərək işıqforda dayanır. Bu da sağa doğru hərəkət etmək istəyən sürücüləri yubadır, uzun tıxac yaranır.
İdarəetmədəki yarıtmazlıq
Təsvir olunan bu xoşagəlməz mənzərələr günlərlə, həftələrlə, aylarla müşahidə edilsə də, hələlik, hər hansı qurum nümayəndəsi qolunu çırmayıb mövcud çatışmazlığı, yollarda yaşanan problemi aradan qaldırmayıb. Görünən budur ki, hələ də tələsmək fikrində deyillər. Mövzu barədə fikirlərini “Kaspi” qəzetinə bölüşən sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirdi ki, hal-hazırda işıqforlarla bağlı məsuliyyət daşıyan qurum Bakı Nəqliyyat Agentliyidir (BNA). Onun sözlərinə görə, ümumiyyətlə, yol nişanlarının qoyulması, idarə olunması, o cümlədən işıqforların yerləşdirilməsi, onlara nəzarət edilməsi bilavasitə BNA-nın səlahiyyətlərinə aiddir:
“Bu sahədə bizdə xeyli problemlər yaşanır. İşıqforların işləməməyi sürücülərə, piyadalara təhlükə yaradır, xeyli sayda qəzalara səbəb olur. BNA ilə yanaşı, Dövlət Yol Polis İdarəsinin də işıqforlara nəzarət funksiyası var. Vaxtaşırı monitorinqlər keçirməli olan Yol Polis İdarəsi işıqforların vəziyyəti, harada quraşdırılması və sair barədə BNA qarşısında məsələ qaldıra bilər. Bu baxımdan məsuliyyəti sadəcə BNA-nın üzərinə atmaq doğru deyil. Bakı Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının də bu məsələdə öz məsuliyyəti var. Yaşıllıq zolaqlarına xidmət, ağacların budaqlarının düzgün və zamanında budanması kimi məsələlər bu qurumlardan asılıdır. Sadəcə paytaxt Bakıda deyil, rayonlarımızda da ağacların böyüməsi, qol-budaq atması, yol hərəkət nişanlarının, işıqforların qarşısını kəsməsi halları mövcuddur. Bu da yerli icra hakimiyyətlərinin, mənzil istismar sahələrinin, bələdiyyələrin hadisəyə məsuliyyətlə yanaşıb-yanaşmadığını ortaya çıxarır. Burada ikili deyil, çoxtərəfli standart yaranır. Bu isə rayon və şəhər təsərrüfatlarındakı idarəetmədə mövcud olan məsuliyyətsizliyi ortaya çıxarır”.
Vətəndaşlara gözləmək qalır
BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev qəzetimizə açıqlamasında deyib ki, təkcə işıqforların deyil, ümumiyyətlə ərazidə olan yol nişanlarının, bütünlükdə sahə avadanlıqlarının qarşısını kəsən, görüntünü məhdudlaşdıran yaşıllıqların, kolluqların, ağacların vaxtlı-vaxtında budanması zəruridir. Onun sözlərinə görə, bu, hərəkətin təhlükəsizliyi baxımdan olduqca vacib məsələdir:
“Mütəmadi olaraq monitorinqlər aparılır və hələ yaz aylarından, yəni ağaclar yarpaqlamazdan öncə ərazilərin siyahıları hazırlanır, budanma işlərinin aparılması üçün müvafiq quruma təqdim olunur. Burada söhbət Bakı Şəhər Yaşıllaşdırma Departamentindən gedir. Məsələyə əhatəli yanaşsaq, sözügedən qurum da bu kimi məsələlərə xüsusi diqqət ayırmaqda maraqlı olmalıdır. Onlara dəstək məqsədilə biz tərəfdən də lazımi işlər görülür. Budanma işlərinin aparılması üçün sonuncu dəfə, təxminən yüzə yaxın ünvan, ərazi müəyyənləşdirilib. Bu ərazilər həm özümüzün apardığımız monitorinqlər, həm də vətəndaşların müraciətləri əsasında müəyyən edilib, siyahıya salınıb, aidiyyəti üzrə göndərilib. Binəqədi şosesində qeyd etdiyiniz ünvandakı işıqfora gəlincə, dəqiqləşdirmə apardım. Orada yeraltı naqillər dəyişdirilməlidir. Bu səbəbdən həmin işıqfor işləmir. Naqillərin dəyişdirilməsi üçün podratçı şirkət müəyyənləşməli, qazıntı işləri aparılmalı, bunun üçün müvafiq qaydada icazə alınmalıdır. Bütün bu məsələlər həll olunduqdan sonra yaxın gələcəkdə həmin işıqfor da işlək vəziyyətdə olacaq”.
Oxşar Xəbərlər
Bu il yol qəzalarında 290 nəfər ölüb
Piyadalar və sürücülər ehtiyatlı olmalıdırlar-VİDEO
Vaqif Əsədovdan sürücü və piyadalara
Yol polisindən hərəkət iştirakçılarına XƏBƏRDARLIQ
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…