İcra başçısı iki nəfəri müdir təyin etdi -
ADLAR
TƏCİLİ!
Prezident fərman imzaladı
Məktəbdə yandırılan şagirdin VƏZİYYƏTİ AĞIRDIR
TƏCİLİ:
2 ölkənin səfirləri XİN-ə çağırıldı
Lənkəranda qazi vəfat edib -
FOTO
"Azərpoçt"un yeni rəhbəri bu şəxs OLDU
"Azərpoçt"un rəhbəri işdən çıxıb
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
Azərbaycanlı müğənni arıqlayıb tanınmaz hala düşdü -
FOTOLAR
Azərbaycanda məşhur sığorta şirkəti ləğv OLUNUR
Ceyhun Bayramov Baş nazirlə görüşüb -
FOTO
İlham Əliyev:
Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
Əvvəlki
Sonrakı
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
İsrail ABŞ-a QARŞI- Atəşkəs planı BÖHRAN YARATDI
9-04-2026, 17:32
“HƏR DƏFƏ EPŞTEYN İŞİ QALXANDA DÜNYADA BOMBALAR PARTLAYIR”
-Fransa Senatının üzvündən ŞOK İTTİHAMLAR
28-03-2026, 23:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
20-ci əsrin ən qalmaqqlı qətli açılır–
Kennedini kim öldürüb, Concon və Huver, yoxsa başqası?
Əgər Ağ Ev sözünü tutsa və sona qədər dürüst olsa, bu, əsrin sensasiyası olacaq. Ötən əsrin ən qalmaqallı və ən müəmmalı siyasi qətlinin - Con Kennedinin öldürülməsinin 58-ci ilində, nəhayət, əsl həqiqət üzə çıxacaq.
Əslində uzun illər bu qətllə bağlı aparılmış araşdırmalar, təhlillər, habelə onların əsasında yazılmış kitablar bir xeyli adamda çoxdan müəyyən qənaətlər yaradıb. Açıqlanması gözlənilən materiallar o qənaətlərdən birinin - ən ağlabatanının təsdiqi olacaq.
Yayılan xəbər bundan ibarətdir ki, ABŞ prezidentinin administrasiyası bu ilin dekabr ayının 15-nə qədər ölkənin 35-ci prezidenti Con Kennedinin 1963-cü ildə müəmmalı qətlinə dair yeni materiallar açıqlayacaq.
İndiyəcən bu qətllə bağlı həqiqətlər, təfərrüatlar ona görə açıqlanmırdı ki, cinayətlə bağlı qaynaq və sənədlər “ölkənin müdafiəsinə, kəşfiyyatına, milli təhlükəsizliyinə xələl gətirə” bilərdi. 1992-ci ildə isə ABŞ Konqresi səndlərin “tədricən” açılması barədə qərar qəbul edib.
Bəs guya 58 il öncə, Kennedi qətlə yetiriləndən bir neçə gün, bir neçə həftə, bir neçə ay, lap bir neçə il sonra bu sənədlər açıqlansaydı, ABŞ dövləti batıb gedərdimi, dağılardımı? Əsla belə bir şey baş verməzdi.
Sadəcə, qətlin arxasında duranlar öz hakimiyyətlərini, sərvətlərini itirərdilər. Məhz ona görə də onlar bu qətlin üstünü hermetik şəkildə ört-basdır ediblər və cinayətin üstünün 50-60 ildən sonra açılmalı olduğunu qanuniləşdiriblər.
ABŞ Konqresinin açıqlayacağı sənədlərdə Kennedinin qətlində eks-prezident Lindon Consonun və FTB direktoru Con Edqar Huverin adının çəkilib-çəkilməyəcəyindən asılı olmayaraq, bütün izlər onların və ABŞ “dərin dövləti”nin üstünə aparır.
Lindon Conson Kennedinin prezidentliyi dövründə ABŞ vitse-prezidenti olub və güllələnmiş Kennedinin yaralarının qanlı tənzifi qurumamış, elə Texas ştatının Dallas şəhərindəki aeroportda dayanmış təyyarədəcə prezidenti andı qəbul edərək ABŞ prezidenti olub. Texasda doğulan Conson prezident kimi də həmin ştatda “doğulub”.
Con Kennedidən 9 yaş böyük olan bu şəxs 1960-cı ildə keçirilən seçkilərdə Demokrat partiyasından namizədliyini irəli sürsə də, sonradan ilkin seçkilərdə eyni partiyadan namizəd olan gənc Kennediyə uduzub. Ancaq Kennedi böyüklük edərək, ona vitse-prezident postu təklif edib.
Kennedinin ölümündən sonra o, bu qətlin üstünün açılmasından çox ört-basdır edilməsi ilə məşğul olub. Qətlin araşdırılması üçün yaradılmış Uorren komissiyası əlindən gələn hər şeyi edib ki, əsl həqiqət ortaya çıxmasın.
Li Harvi Osvald
Məsələn, noyabrın 22-də törədilmiş qətlə görə şübhəli şəxs kimi saxlanılan sabiq dəniz piyadası Li Harvi Osvald noyabrın 24-də konvoyların və jurnalistlərin əhatəsində olmasına baxmayaraq Cek Rubi adlı şəxs tərəfindən öldürülüb. Beləcə, qətlin yeganə şübhəlisi məhv edilib.
Bəs Cek Rubi kim olub? Gecə klubnun sahibi olan bu adamın xüsusi xidmət orqanlarının agenti, məişət pozğunu, pulgir və kefcil birisi olduğu məlumdur. Belə bir adam nəyə görə prezidentin qətlinə görə o cür ruhi həyəcan vəziyyətinə gəlməliydi ki, həyatını riskə ataraq, üçqat qoruma altında olan qatilə hücum etsin, onu öldürsün? Belə düzməcə heç detektiv filmlərdə də olmur.
Cek Rubinin Osvaldı güllələdiyi an
Barəsində güllələnmə hökmü çıxarılmış Cek Rubinin özünün də 4 ildən sonra həbsxanada ağciyər xərçəngindən ölməsi kələfi daha da dolaşdırıb.
Li Harvi Osvaldın vaxtilə SSRİ-də yaşaması və rus qızıyla evli olması göstərir ki, adamı “qatil snayper” roluna bilə-bilə seçiblər – şübhə sovet dövlətinin üstündə qalsın, sonra qədər ən güclü versiyalardan biri “SSRİ izi” olsun deyə. Bütün təhlillər isə göstərir ki, Kennedinin üstü açıq maşında şəhərin küçələri ilə gedərkən güllələnməsi tək adamın işi olmayıb.
Kennedi qardaşları - Robert, Edvard, Con
Bu qətlin üstü əslində daha tez açıla bilərdi - əgər Con Kennedinin baş prokuror və ədliyyə naziri olan qardaşı Robert Kennedi 1968-ci ildə, ilkin seçkilərin qalibi kimi prezidentliyə namizəd olacağını elan edəndən 10-15 dəqiqə sonra güllələnib öldürülməsəydi. Qətlin sifarişçiləri sanki onun prezidentliyə namizəd olub-olmayacağını gözləyirmişlər, adam namizədliyini elan edən kimi onu fələstinli qatil Sərxan Bişar Sərxana vurdurublar.
Robert Kennedi prezident seçilsə, əl-əlbət, qardaşının qətlinin üstünü açacaqdı. Amma bu, baş verməyib, Lindon Conson yenə prezident kürsüsündə qalıb.
Con Edqar Huver
Bütün bu olanların mərkəzində isə 37 il boyunca Federal Təhqiqarlar Bürosunun direktoru olmuş, 6 prezidentlə (Franklin Ruzvelt, Harri Trumen, Duayt Eyzenhaer, Con Kennedi, Lindon Conson və Riçard Nikson) işləmiş Con Edqar Huver dayanıb. Bu adam ABŞ prezidentlərindən də nüfuzlu, sarsılmaz iradəyə malik bir şəxs olub. İnformasiya dağarcığı olan Huveri öz zamanında ABŞ “dərin dövləti”nin rəhbəri saymaq olar.
Kennedinin qətlində “SSRİ izi” təsdiq olunmayandan, daha dəqiqi, puça çıxandan sonra ortaya “Kennedilərin mafiya ilə düşmənçiliyi” məsələsi atılıb. Ancaq bu da iz azdırmaq məqsədi daşıyıb. Kennedi SSRİ rəhbərliyi ilə dil tapmağa çalışan, bir sıra böhranların (məsələn, Karib böhranı) həlli üçün effektiv addımlar atan bir lider olub. Xruşov onun qətlə yetirilməsi ilə bağlı göstəriş verməzdi, versə də, bunu həyata keçirməyə sovet DTK-sının gücü çatmazdı.
Xruşov və Kennedi
ABŞ-da fəaliyyət göstərən mafiozlar isə prinisipial olaraq polis zabitlərini və siyasət adamlarını hədəf seçmirdilər, çünki bu, onların şəbəkəsinin darmadağın edilməsiylə nəticələnərdi. Gecə-gündüz bir qoşun adam tərəfindən qorunan, hara gedəcəyi, haradan gələcəyi yalnız xüsusi xidmət orqanlarının şefinə və öz şəxsi mühafizəsinə bəlli olan prezidenti (dünyanın ən güclü dövlətinin başçısını) öldürmək mafiya klanlarının işi ola bilməzdi.
Ortada yalnız bir ünvan qalır: dövlətin özü.
Bəs o zaman dövləti idarə edənlər nədən bu fikrə düşsünlər? Çox sadə səbəbdən. Amerika xalqının sevimlisi olan Kennedinin nüfuzu imkan verirdi ki, o, 1964-cü ildə keçiriləcək seçkilərdə də asanlıqla qələbə qazansın. ABŞ başbilənləri isə hesab edirdilər ki, Kennedi öz mülayim siyasəti ilə ABŞ-ın ümdə maraqlarını SSRİ-nin ayağına verir, Kremlin qabağından qaçır və bu, ABŞ xalqını məhvə aparır.
Bu baxımdan onun qətl yoluyla aradan götürülməsi variantı seçilə bilərdi. Bu işin üstünün indiyədək tam açılmaması, qətlə dair təfərrüatların açıqlanmaması bu üzdəndir.
Budur, dekabrın 15-də məxfi sənədlərin ilk hissəsinin elan olunacağı bildirilsə də, ABŞ-ın xüsusi xidmət orqanları sənədlərin ikinci hissənin dərcinin daha başqa tarixə ertələnmsini istəyib. Milli arxiv və sənədləşmə idarəsi də hökumətə müvafiq sorğu göndərib.
Baxın, ABŞ dövləti bu sirrin üstünü hələ də açmaq istəmir. Əcəba, niyə?
Xalid Kazımlı, Musavat.com
Oxşar Xəbərlər
Yer üzündə geri dönülməz fəlakətlə bağlı xəbərdarlıq
“Əsrin müqaviləsi”nin imzalanmasından 27 il ötür - VİDEO
Gürcüstanda Britaniya vətəndaşı qətlə yetirilib - FOTO⁸
Hansı məhbuslar əfv olunacaq?
Xəbər lenti
İcra başçısı iki nəfəri müdir təyin etdi -
ADLAR
TƏCİLİ!
Prezident fərman imzaladı
Məktəbdə yandırılan şagirdin VƏZİYYƏTİ AĞIRDIR
TƏCİLİ:
2 ölkənin səfirləri XİN-ə çağırıldı
Lənkəranda qazi vəfat edib -
FOTO
"Azərpoçt"un yeni rəhbəri bu şəxs OLDU
"Azərpoçt"un rəhbəri işdən çıxıb
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
Azərbaycanlı müğənni arıqlayıb tanınmaz hala düşdü -
FOTOLAR
Azərbaycanda məşhur sığorta şirkəti ləğv OLUNUR
Bakı və bölgələr üçün
Təcili Xəbərdarlıq
Ceyhun Bayramov Baş nazirlə görüşüb -
FOTO
İlham Əliyev:
Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
Bu şəxslərin NƏZƏRİNƏ:
Aprelin 20-də...
SAHİBKARLAR BAŞÇIDAN NİYƏ NARAZIDIRLAR?
Roma-Bakı xəttində yeni təmas:
Meloni Azərbaycana gəlir
Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
“Hamı başıma vururdu” -
Vəfa Şərifovadan ETİRAF
SON DƏQİQƏ! DTX əməliyyat keçirdi -
FOTO
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
FOTO
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən 5 nəfər həbs olunub
Xameneidən TƏCİLİ AÇIQLAMA:
İran donanması döyüşə hazırdır!
Bazar günü Bakıda 24 dərəcə isti olacaq
Bunu “Sea Breeze”də elan etdilər
Hündür ağacların altında dayanmayın -Əhaliyə ÇAĞIRIŞ
Səfərbərlik Xidmətindən bu şəxslərə XƏBƏRDARLIQ
19 aprel ilə bağlı XƏBƏRDARLIQ
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
DYP sürücülərə müraciət etdi
Hava ilə bağlı XƏBƏRDARLIQ
Əhaliyə ŞAD XƏBƏR:
Bu gün pulsuz OLACAQ
Gecə saatlarında ağır qəza -
7Yarali
Birinci xanımlar Antalya Forumunda -
FOTO
Həmin təcili yardım maşınının sürücüsü HƏBS EDİLDİ
Qazaxıstan yaşayış icazəsi qaydalarını sərtləşdirir -
meqapolislər əcnəbilərə qapanır
Diplom hansı halda tanınmır?
-AÇIQLAMA
Hikmət Hacıyev Ermənistanla normallaşma prosesindən danışdı
300 bal toplayan şagird: “Həkim olmaq istəyirəm“
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
Qəzzanın dağıntıları üzərində qurulan ikiüzlülük
Təhsilin bakalavriat səviyyəsi ilə bağlı -
Dəyişiklik
İlham Əliyev Şahbaz Şəriflə görüşdü-
FOTOLAR
Sabahın hava proqnozu AÇIQLANDI
İlham Əliyev Moldova Prezidenti ilə görüşdü
Qubada məktəblilər təhlükə ilə üz-üzə qalır –
Əski-İqrığ kəndində nəqliyyat problemi/FOTO
Gəncədə qanunsuz tikili sökülüb —
VİDEO
Kürdəmirə də qatarla gedə biləcəyik —
FOTOLAR
Azərbaycan XİN-dən Suriyaya təbrik
NATO təyyarəsi Ukrayna yaxınlığında kəşfiyyat apardı
Bakıda iki avtomobil TOQQUŞUB -
FOTO
PRİZMA
Türküstanın maraqlarına xidmət edən müharibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
Bakı və bölgələr üçün
Təcili Xəbərdarlıq
Bu şəxslərin NƏZƏRİNƏ:
Aprelin 20-də...
SAHİBKARLAR BAŞÇIDAN NİYƏ NARAZIDIRLAR?
Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
Bazar günü Bakıda 24 dərəcə isti olacaq
Hündür ağacların altında dayanmayın -Əhaliyə ÇAĞIRIŞ