8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
ru.1-in.am (Ermənistan), 29.01.2019
Ordu günü münasbətilə tədbirlər Ermənistan və Artsax (Dağlıq Qarabağ-red.) rəhbərlərini bir yerə toplayıb, amma indiki halda birlik bir qədər görüntü idi, çünki iki erməni dövlətinin hökumətlərini təmsil edənlərin müsahibələri hətta əksindən xəbər verir: İrəvan və Stepanaket (Xankəndi-red.) arasında suayırıcı, anlaşılmazlıq divarı meydana çıxır və gizli qarşıdurma çoxsaylı meydançalarda yaranmaqla qarşılıqlı siyasi zərbələrlə müşayiət olunur.
Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın müsahibəsi son günlər fəal səslənən təşvişləri nəinki dağıtmadı, hətta yenilərini doğurub, özü də rəsmi Stepanakerti (Xankəndi-red.) təmsil edən xadimlər Mnatsakanyana paralel olaraq, ya da ondan sonra tamamilə fərqli vurğularla fikir bildiriblər.
Amma hər şey haqqında sırayla.
Artsaxın (Dağlıq Qarabağ-red.) statusu və təhlükəsizliyi məsələsi Ermənistan üçün ən prioritet vəzifə olaraq qalır: Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Yerablur məbədində jurnalistlərlə söhbətində belə deyib və əlavə edib ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla bu məsələ ətrafında danışıqları olub və davam edib. Mnatsakanyan əlavə edib: "Bizim öz prioritetlərimiz var və sizin bilmədiyniz heç nə olmayıb”.
Mnatsakanyan xalqların barışa hazırlanmasına aid bəyanat haqda danışarkən vurğulayıb ki, cəmiyyətdəki məğlubiyyətçilik əhvali-ruhiyyəsindən təəccüblənib.
XİN başçısı deyib: "Bizim bəyanatlarımızda, qarşı tərəfin və həmsədrlərin bəyanatlarında ifadə edilənlər ardıcıl, bütöv bir siyasətdir. Biz həmişə demişik ki, barışa səbəb olası atmosfer gərəkdir, çünki bir yandan barış haqda danışıqlar aparmaq, o biri yandan isə ədavət səpmək, ya da bununla eskalasiyanı artırmaq mümkün deyil. Münaqişənin ATƏT Minsk Qrupu həmsədrliyi çərçivəsində istisnasız olaraq dinc yolla tənzimlənməsinə – sülh danışıqlarına dair bizim mövqeyimizdə heç vaxt sapma olmayıb”.
DQR (Dağlıq Qarabağ-red.) Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan Yerablurdakı müsahibəsində, əslində, Mnatsakanyana qarşı çıxıb. General deyib: "Kim xalqı barışa hazırlamaqdan danışır, mən əminəm, çağırıram və təklif edirəm ki, uyğun institutlar, uyğun ölkələrin başçıları hər şeydən qabaq bölgədə barış haqda müqavilə imzalasınlar. Bizdə barış haqda müqavilə yoxdursa, beynəlxalq birliyin tanıdığı sənəd yoxdursa, onda burada söhbət nədən gedir, hansı xalqları barışa hazırlamaq gərəkdir? Mən indi sual edirəm – xalq, siz barışmağa hazırlaşırsınız?”
Amma Samvel Balasanyan rəsmi İrəvana qarşı artıq kürəsəl müstəvidə qoyulan çox maraqlı fikir söyləyib: "Bütün şifahi söhbətlər ən pis duruma aparır, siyasətdə məsələlər şihafi həll olunmur. Artsax üçün status əvəzinə müəyyən ərazilərin güzəşti qəbuledilməzdir. Danışıqlar göstərər, amma Artsax və bütün ermənilər nəyinsə əvəzində hər hansı ərazi güzəştlərinə hazır deyil”.
Gördüyümüz kimi, gedən danışıqlar prosesi ətrafında Ermənistan və Qarabağ arasında dərin çəkişmə var – özü də həm metodologiyada, həm də məzmun planında.
Və hətta təəssürat belədir ki, rəsmi İrəvan və rəsmi Stepanakert (Xankəndi-red.) qiyabi debatdadır – jurnalsitlər vasitəsilə.
Şübhəsiz, təhlükəli durum meydana çıxıb, özəlliklə də qarşılıqlı siyasi zərbələrlə müşayiət olunduğuna görə.
Məsələn, Sasun Mikaelyanın parlament seçkiləri zamanı verdiyi bəyanat nəticəsində iki ölkə hökumətləri arasında qarşıdurma yaranmışdı ki, bu da sonda Müdafiə Ordusunun komandanı Levon Mnatsakanyanın istefasına səbəb oldu. Hər şeydən göründüyü üzrə, indi Samvel Balasanyan nişana götürülüb ki, bu da Ermənistan və Artsaxın münasibətlərinə heç də müsbət təsir etməyəcək.
O biri yandan, Artsax hökuməti özünü Nikol Paşinyan tərəfindən rədd edilmiş, "yad” sayır və zaman keçdikcə Robert Koçaryan və Serj Sərkisyanın tərəfdarlarıyla daha çox həmrəy olaraq Ermənistan cəmiyyətində narazılıq doğurur.
Bu yolverilməz duruma son qoymağın vaxtıdır – bunun açarı Ermənistan və Artsax hökumətləri arasında səmimi dialoq və vahid gündəliyin formalaşdırılmasıdır ki, bu da iki subyektdən birinin o biri tərəfindən "işğalını” istisna edər.
Tərcümə Strateq.az-ındır.