Bakıdakı xəstəxanada qazinin döyülməsi iddiaları ilə bağlı AÇIQLAMA – VİDEO

Bu gün sosial şəbəkədə qazinin döyüldüyünə dair məlumatlar yayılıb.
Görüntülərdə qazinin mühafizə xidmətinin əməkdaşları tərəfindən döyüldüyü iddia edilib.
İddialarla bağlı Elmi tədqiqat və Travmatalogiya və Ortopediya İnstitutundan bildirilib ki, qazi öz qohumunun müalicəsi ilə bağlı xəstəxanaya müraciət edib:
“Digər vətəndaşların narazılığına baxmayaraq, növbəsiz şəkildə qəbul şöbəsinin müdirinin otağına daxil olub. Vəzifə səlahiyyətlərini yerinə yetirən mühafizəçi ona növbə barədə məlumat vermək istəyib. Lakin bu zaman qazi mühafizəçiyə zərbə vurub. Orada olan şəxslərin köməkliyi ilə qazini sakitləşdirmək mümkün olub. Bununla bağlı akt da tərtib edilib. Eyni zamanda Nəsimi Rayon Polis Bölməsinin əməkdaşları məsələyə baxıb. Mühafizəçinin günahsız olduğu aydınlaşıb”.




Oxşar Xəbərlər

Xəbər lenti