Rüstəm İbrahimbəyov ölümqabağı oğluna nə deyib?

İnsanın atasını itirməsi dərin kədərdir. Mən çox kədərliyəm".
Sozcu.info-nun xəbərinə görə, bunu Bakıda jurnalistlərə açıqlamasında mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyov deyib.
F.İbrahimbəyov atasının Azərbaycanda dəfn edilməsinə şad olduğunu dilə gətirib: "Atamın vəfatı gözlənilməz oldu. Amma şadam ki, o, vətənində dəfn ediləcək. Atamı sevənlər gəlib məzarını ziyarət edə biləcəklər. Əlbəttə o, böyük insan, möhtəşəm ata idi”.
O bildirib ki, atası ölümqabağı dostlarına salam çatdırmasını istəyib: “O, son sözündə bütün dostlarına salam söylədi. Dedi ki, əgər ölsəm, mənim bütün köhnə dostlarımı qucaqla, onlara sevgimi çatdır”.\Modern.az


Oxşar Xəbərlər

Xəbər lenti