Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"Bakıda Rüstəm İbrahimbəyovun təşkil etdiyi məclis iclas deyildi. Onun 80 illiyi ilə bağlı yubiley tədbiri idi. Biz bir neçə saat bir yerdə olduq. Orada siyasi söhbətlər olmadı”.
Sozcu.info xəbər verir ki, bu sözləri BakuPost-a açıqlamasında tanınmış kinodramaturq, Milli Şura üzvü Eldəniz Quliyev deyib.
O bildirib ki, R.İbrahimbəyovun Bakıda Milli Şura rəhbərliyindən və digər üzvlərdən kiminlə görüşdüyü barədə məlumatı yoxdur: "Mən də dost kimi dəvət almışdım, getdim”.
E.Quliyevin Rüstəm İbrahimbəyov ölkəyə gəlməsinə icazə verilməsi və AYB sədri Anar Rzayevin də yubiley tədbirində iştirakından da danışıb: "Anar Rzayev kinoittifaqın üzvüdür. Rüstəm də sədrdi, onlar buna görə gəlib. Hakimiyyət Rüstəm İbrahimbəyovun ölkəyə gəlişinə icazə veribsə, buna görə "çox sağ ol” demək lazımdır”.
E.Quliyev İbrahimbəyovun gələcək fəaliyyətinin necə olacağını da açıqlayıb: "O, bir daha siyasi proseslərdə iştirak etməyəcək! O, çoxdan bu proseslərdən uzaqdır. Rüstəm müəllim simvolik olaraq Milli Şuranın fəxri sədridir. Özü də deyir ki, yaradıcılıqla məşğul olsa, daha yaxşıdır. Yaşına və xəstəliyinə görə siyasətlə məşğul olmur”.
Yaxın dostu İbrahimbəyovun "əfv edilməsinin” səbəblərinə də toxunub: "Mən bilən son zamanlar ölkədə demokratiya yolunda müsbət addımlar atılır. Bu yaxınlarda mənə Qobustan həbsxanasında siyasi məhbuslarla da görüşə icazə verildi. Bu da dediyim istiqamətə yozula bilər. Mən belə başa düşürəm”.
Qeyd edək ki, 7 ilə yaxındır Azərbaycana gəlməyən İbrahimbəyovun anidən Bakıda görünməsi və böyük bir məclis təşkil etməsi ictimai-siyasi məkanda sensasiyaya səbəb olmuşdu. Tanınmış yazıçının Bakıda Milli Şura rəhbərlərindən heç kimlə təmasa keçməməsi, təşkil etdiyi məclisə onlardan heç kimi dəvət etməməsi belə yozuma səbəb olmuşdu ki, o, siyasətdən çəkilib və müxalifətlə bütün münasibətlərini bitirdiyini elan edib.