17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
Almaniya Federativ Respublikasında (AFR) koronavirusdan ölənlərin sayı 1 153 nəfərə çatıb.
"Report” xəbər verir ki, bu barədə AFR-in Səhiyyə və Federativ ərazilərin sosial işləri üzrə nazirliyindən daxil olmuş məlumatlar əsasında "N-tv" telekanalı bildirib.
Qeyd edilir ki, ölkədə ümumilikdə 85 439 nəfər virusa yoluxub.
AFR-da koronavirusun yayılması episentri Bavariyadır. Siyahıda sonrakı yerdə Şimali Reyn - Vestfaliya və Baden-Vürtemberq qərarlaşıb. Ölkədə virusa yoluxmuş 23,8 min xəstə sağalıb.
Almaniyada son bir gün ərzində virusa yoluxmuş təxminən 150 insan ölüb, daha 5,5 min nəfər COVID-19-a yoluxub.