DAMMİB Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti Səbuhi Rəcəb təyin olundu-FOTO

DAMMİB Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti Səbuhi Rəcəb təyin olundu-FOTO

 

15.10.2018-ci il tarixində İNK və DAMM İB Mərkəzi Qərərgahında Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB İdarə Heyətinin növbəti iclası keçirilib. Genişləndirilmiş iclasda DAMM İB-nin İH üzvləri, təşkilatın rəhbər strukturlarının nümayəndələri, tanınmış ədəbiyyat, elm və incəsənət adamları, ictimai xadimlər, mədəniyyət işçiləri, KİV və yeni media əməkdaşları iştirak edirdi.

İclası İNK İH sədri, DAAMM İB I vitse-prezident Rasim Məmmədov açaraq məlumat verdi ki, bu il noyabrın ikinci yarısında təşkilatın növbəti konfransı keçiriləcək. Birillik fəaliyyətə geniş nəzər salan R.Məmmədov konfransaqədərki dövrdə görüləcək işlər haqqında məlumat verdi, konfransın DAMM İB prezidenti Çingiz Abdullayevin rəhbərliyi ilə Təşkilat Komitəsinin yaradılıb. Bu məsələylə əlaqədar fikir mübadiləsi aparıldı, təkliflər səsləndi.

Sonra DAMM İB prezidenti Çingiz Abdullayevin salamlarını çatdıraraq təşkilati məsələylə bağlı onunla razılaşdırılmış təklif irəli sürdüyünü söyləyən R.Məmmədov bildirdi ki, dövrün tələblərindən irəli gələrək, DAMM İB-nin Beynəlxalq Əlaqələr üzrə vitse-prezidentlik vəzifəsinin təsis edilməsi məqsədəuyğun sayılıb. İclasın sədri yeni təsis olunacaq vəzifəyə Səbuhi Vaqif oğlu Rəcəbin namizədliyinin irəli sürüldüyünü də diqqətə çatdırdı.

Xalq artisti Ramiz Quliyev yeni seçilmiş vitse-prezidentə xeyir-dua verdi və onun üzvlük vəsiqəsini təqdim edib.

DAMM İB İH-nin üzvləri çıxış edərək gündəlikdəki məsələlərlə bağlı fikirlərini iclas iştirakçılarıyla bölüşdülər. Daha sonra səsvermə keçirildi. DAMM İB-nin Beynəlxalq Əlaqələr üzrə vitse-prezidentlik vəzifəsinin təsis edilməsi məsələsi müsbət qarşılandı və uyğun qərar qəbul edildi. İkinci məsələ də ümumi səsverməyə verildi və DAMM İB-nin Beynəlxalq Əlaqələr üzrə vitse-prezidentlik vəzifəsinə tanınmış ictimai fəal, xeyriyyəçi Səbuhi Vaqif oğlu Rəcəb seçildi.
Daha sonra söz Səbuhi Rəcəbə verildi, o, yüksək etimada görə minnətdarlığını bildirdi, fəaliyyət planını açıqladı. İclasın sonunda Səbuhi Rəcəbə tapşırıldı ki, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi öz fəaliyyətini gücləndirərək xarici ölkələrlə mövcud mədəni əlaqələrin inkişafına töhfəsini vermək üçün imkanları səfərbəy etsin.

İNK DAMMİB Analitik İnformasiya İctimai Nəzarət Koalisiyası haqqında

Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin ictimai nəzarətin vacibliyini irəli sürəndən sonra 1 oktyabr 2015-ci ildə təsis edilmiş İctimai Nəzarət Koalisiyası cəmiyyətdə müsbət meyillərin inkişafında, vətəndaş maraqlarının təmin edilməsində önəmli rol oynamağa çalışır. Nəzərinizə catdırmaq istəyirik ki, İctimai Nəzarət Koalisiyası respublikada fəaliyyət göstərən 90-dən çox QHT, ictimai birlikləri, saytı özündə birləşdirərək cəmiyyətin sivil quruculuq prosesində ictimaiyyətin bütün təbəqələrinin iştirakına yardımçı olmaqla, ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanın demokratik dəyərlərini təbliğ edir.

90-dən çox QHT, KİV, İnternet portal, telekanal və saytı birləşdirən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin həmtəsisçisi olduğu, İctimai Nəzarət Koalisiyası, "Sabitlik və İnkişaf Mərkəzi” İB adından cəmiyyətimizə xüsusi minnətdarlığımızı bildirir, dövlətçiliyimiz naminə hər zaman cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işləməyə hazır olduğumuzu bildiririk.

İctimai Nəzarət Koalisiyası – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, "Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Ictimai Birliyi (Qurumu), onların yaradıcı kollektivləri durmadan işləyir, çalışır, yeni intellektual-kreativ məhsullarını tarixin yaddaşı üçün hazırlayırlar: əsas hədəfimiz milli-mənəvi dəyərləri yaşatmaq, mədəni sərvətlərimizi zənginləşdirmək, gənc istedadları üzə çıxarmaq, yaradıcı gənclərin bacarıqlarını inkişaf etdirməklə onların peşəkarlaşmasına stimul verməkdir.

E-mail: [email protected] , [email protected],

Mətbuat – "Dövlət və qanun” qəzeti

Saytlar:

www.inktv.az
www.damm.az
www.ictimaixeber.az
www.kitabxana.net
www.yysq.kitabxana.net
www.tezadlar.az
www.yenimedia.az

Feysbuk resurslarımız

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi -
https://www.facebook.com/DAMMIB/
İctimai Nəzarət Koalisiyası Feysbuk səhifəsi -
https://www.facebook.com/ink2015/
Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin Feysbuk səhifəsi
https://www.facebook.com/sabitlik/
İctimai Nəzarət Koalisiyası Feysbuk profili
https://www.facebook.com/ictimai
Virtual Turizm Mərkəzi
https://www.facebook.com/virtualturiz...

https://plus.google.com/u/0/112893622

https://twitter.com/DAAMIinfo

Rəsmi Youtube kanalımız:

https://www.youtube.com/channel/UCtk6

İNK Analitik-İnformasiya Bölümü

DAMMİB Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti Səbuhi Rəcəb təyin olundu-FOTO

 

DAMMİB Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti Səbuhi Rəcəb təyin olundu-FOTO

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}