Əkin sahələrinin yandırılmasının hansı fəsadları var? –Açıqlama + VİDEO

Əkin sahələrinin yandırılmasının hansı fəsadları var? –Açıqlama + VİDEO

 

Əkin sahələrinin yandırılması nəinki məhsuldarlığı aşağı salır, hətta bir neçə dəfə təkrarlandıqdan sonra torpağı yarasız vəziyyətə gətirir. Odur ki, fermerlər özləri də əkin sahələrinin yandırılmasına qarşıdır və həmkarlarını bu məsələdə diqqətli olmağa çağırır.

Əkinçiliklə məşğul olanlar deyirlər ki, kövşənliyin yandırılması heç də bəzilərinin düşündüyü kimi xeyirli deyil. Belə hal həm torpağın münbitliyini azaldır, həm də qonşuluqdakı sahələrə ziyan vurur. Çünki sahələr arasında heç bir maneə olmadığından yanğın qısa zamanda digər fermerlərin ərazisinə, hətta biçilməmiş sahələr də keçir.

Fermerlər bildirirlər ki, cərimələrin tətbiqindən sonra sahələri yandırma halları xeyli azalıb. Lakin məsuliyyət tədbirləri bir az da sərtləşdirilsə, problemi tamamilə həll etmək olar.

Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov da deyir ki, sahələr yandırılarkən torpağın üst münbit qatı məhv olur. Torpağın əvvəlki mnbitliyini bərpa etməsi üçün isə illərlə vaxt lazım gəlir.

Əkin sahələrini yandıranlara qarşı cərimələr də nəzərdə tutulub. Fiziki şəxsləri 400-800, hüquqi şəxsləri 1500, vəzifəli şəxsləri isə 2 min manat məbləğində cərimə gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Oxşar Xəbərlər

Xəbər lenti