Dünya qadının əlinə necə keçdi-Xanəmir Telmanoğlu yazır

Ey dili qafil fil faili məchul fani f....

Nəyə görə cütləşdikdən sonra dişi hörümçəklər erkək hörümçəyini yeyir?


Derlər,

Qadınlar qəhrəmanları yox, qalibləri sevirmiş, ey ahəstə-ahəstə  undulmuşluğun qışından məharətlə çıxacağına inanan namlı  oxucu, 

Elm və verilər bunu doğrulayır ki, (zamana qarşı heç bir acaq-əcək-ücək- cücək kimi ləçəklər əlavəsinə ehtiyacı olmadan) hörümçəklər cütləşdikdən sonra, dişi hörümçək erkək hörümçəyi göz açmağa qoymadan basıb yeyir. Ən maraqlısı, qəribəsi isə budur ki, erkək hörümçək uzaqdan da olsa, özünü dişiyə göstərir və bilə - bilə (yəqin olan qalan bütün ağlını toparlayıb YAR EDƏRƏK, dişlərini sevgi cərəyanından bir birinə sıxaraq) dişiyə yaxınlaşır. Əslində məsələ burda nədir? Məncə, erkək hörümçək dişiylə bir dəfə də olsa cütləşməyi xatirinə (bu cütləşməkdə məqsəd həzzdən ötə, yaradılış üzrə öz varlığının bütün cizgilərinə kimi itirməmək, varlığını bəri başdan qaranti altına almaq üstünlüyü və qabaqdan gəlmişliyi durur. əslində bu cür yanaşmayla belə bir qənaət də ortaya çıxır ki, dişilərə nisbətən erkək hörümçəklər təbiətə, doğaya, özünə o qədər də güvənmir, inanmır.  Məncə yaradılış nümunəsi olan bütün erkək varlıqlarıda, eləcə də insan növündə də belə bir gizli şüur öz işləmsəlliyini məharətlə qoruyur, saxlayır, hərəkətə gətirir.) bu ölüm yolunu tərcih edir. Bilir ki, bundan sonra min il yaşasa belə, o bir anlıq cütləşməyə bədəl ikinci bir ömür, tale, qismət tapa bilməyəcək. Burdan belə çıxır ki, hər hörümçək həyatında ilk dəfə və son dəfə cütləşmə xoşbəxtliyi və əyləminə sahib olur. Onda intuitiv və instikt gücü olmasaydı, hardan bilərdi ki, cütləşəndən sonra həyatını dişi hörümçəyə qurban verəcək? Yəni erkəyinin öləcəyini dişi bildiyi qədər, erkək də bilməmiş deyil. Ancaq mənə elə gəlir ki, dişi hörümçək erkəklə yaxınlaşıb “işlərini bitrirəndən” sonra (ilahi) ya yaddaşı oyanır, ya ağlına gəlir və ya instikti hərəkətə keçir ki, “erkək hörümçəyi yemək zorundasan.” Əgər belə bir teziz varsa, demək, erkək hörümçək də öləcəyini bilmədən “hormon”ları qabarır, vəcdə gəlib dişiylə cütləşdikdən sonra, başa düşür, qəbul edir ki, artıq ölməlidir. Dişinin yeminə çevrilməlidir. Təbii ki, bunlar mənim irəli sürdüyüm qənaətlərdir. Əgər ölümün nə olduğunu:-  cütləşdikdən sonra dişisi tərəfindən yeyilib həyatına son qoyulacağını bilirsə, (sonra anlasaydı) demək, bu törəyib yaşadığı dünyaya, həyata qarşı bilincli(bəlli kodlaşdırılmış proqram üzrə) bir reaksiyası vardır. Ancaq bu bilincin, informasiyanın olmaması hörümçəyi sakit və səssiz davranmağa sövq edir. O da heç bir qarşıdurma yaratmadan bu işin tezliklə sonuclanmasına rəvac verir.


Derlər,

Müharibələr insanların fikirlərində başlayır.

YUNESKO Nizamnaməsinin giriş hissəsində elə beləcə də yazılıb, Undulmuşluğu üzərində həmişə kölgə olan  oxucu,  

Əgər hər ikisində hər hansı cütləşmə ehtiyacının instikti dışında hər hansı bir xəbər, informasiya, genetik yaddaşda hazır kodlar olsaydı, yəqin işə düşüb hər iki tərəfi cütləşmədən sonrakı zaman kəsimində az da olsa, qarşıdurmaya itərdi. Belə bir stuasiyanın müşaidə olunmadığını bildiyimizdən, məcbur qalıb başqa bir verisiya irəli sürürük.

Sizcə, dişi hörümçək cütləşdikdən sonra erkək hörümçəyini nəyə görə yeyir və yeməlidir? Məgər bu hörümçəyin belə bir məcburiyyəti, ehtiyacı var? Əgər cütləşməyənə qədərki sürəcdə dişinin həyat tərzində, varlığında hər hansı artıq - əskiklik nəzərə çarpmırsa, daha doğrusu müşahidə edilmirsə,yəni cütləşməyə qədər erkəyini yemiyən, yemək ehtiyacın görməyən, bunun üçün heç bir çaba xərcləməyən dişi hörümçək, nəyə görə məhz cütləşçdikdən sonra bu addımı atır? Demək dişi hörümçək erkək hörümçəyi o zamana qədər toxunulmaz hesab edir ki, erkək hörümçək ATA HÖRÜMÇəyə çevrilir. Bu çevrilmə məhz dişinin varlığı hesabına reallığını tapır. Bunun əksini də söyləmək olar ki, erkək hörümçəyin sayəsində dişi hörümçək analıq kimliyini əldə edir? Bəs nədir e, məsələ? Demək, bu stuasiyada, ya ilahi oyunda atalıq və analıq qazancı da heç bir rol oynamır. Məncə, erkək hörümçək öz bədənindəki törəyiş gücünü dişinin bətninə ötürməklə, (yəni varlığının mahiyyətini və bir parçasını dişiyə köçürməklə, əmanət etməklə) daxildəki dölü mayalandımaq və özlərindən sonra nəsil artırmaq baxımından bir maddə, bir güc olaraq erkəyin varlığı istifadəyə sunulur. Bu proqram üzrə hərəkət etsək, erkək atalıq missiyasını bundan sonra daxildə, dişinin bətnində, varlığında davam etdirməklə məşğul olmağa başlayır.(Yəni erkəyin atalıq missiyası gizli bir zaman müstəvisidə fəaliyyətə başlayır.) Əslində erkəyin həyatının dünyada sonuclanması dişinin deyil, elə özünün seçimi olaraq anlaşılmalıdır. Çünki cütləşmə zamanı erkəyin ilk hərəkəti sayəsində bu akt baş tutur və sonucda erkək bilə - bilə ki yeyiləcək, öncədən dişini xəbərdar etməkdən sanki çəkinmir, bəlkə də bu davaranışından zövq alır. Sizcə, insan növü arasındakı qadın kişi münasibətləri fonunda hər dəfə nəsilartırma aktında belə bir mahiyyət ortaya çıxmırmı? Hər dəfə kişilər ölmürmü? Bir ömür boyunca bir kişi bəlkə də dəfələrlə ölüm təcrübəsindən keçir. Bu fikri dəstəkləyən hər zaman çoxunluq olaraq ailədə kişilərin qadınlardan erkən ölməyi ilə də “inandırıcılıq cığallığını” ortaya atmaq mümkündür.


Derlər,

Kventin Reynolds, bir zamanlar  yazırdı ki, alimlər atomu parçaladılar. İndi isə atom bizi parçalayır yarlığına talib çıxan,  Undulmuş oxucu,  

Ağlımıza bu qədər variantlar gələ bilirsə, demək ki, bu baş verənlərin mahiyyəti bütün irəli sürülən versiyaları da heç bir qarşılıq güdmədən qidalandıra bilir. 

Dölləndikdən sonra həyatını sonuclandıran erkək hökmən həyatda qazandığı konkret bir şey olmasa, onların bu şəkildə yaxınlaşmasını heç tanrı da istəməz. Demək erkək bu gedişatda “mütləq bir qazancı olacaq” anlayışının instikti ilə siqnal alıb hərəkətə keçir. İlk addımı atır. Bəli, deyir, hazırlaş, mən ölməyə gəlirəm. Mən dölümüzün gələcək taleyini həll etdikdən sonra, sənin rolun və vasitənlə, bizzat iştrakınla ölümü seçirəm, ölümü qəbul edirəm. Hətta hörümçəklər cütləşmə əyləmini yerinə yetirdikdən sonra erkəyə toxunulmadan, erkəyin həyatı sona ermədən də bir anlayış sərgiləmək mümkün deyildimi? Bu, sizcə, ola bilməzdimi və ya Yaradıcı Mütləq Güc sahibi bu hadisənin gerçəkliyinin baş tutmasını bacarmazdımı? Sadəcə olaraq, Yaradıcı Mütləq Güc sahibinin saysız - hesabsız canlılar içində hörümçəyə belə bir özəllik verməsi, xüsusi ilahi  kodlamayla yaşamasını təqdim edib tərcihə sunması, mütləq böyük, metafizik bir hikmətinin sonucu kimi anlaşılmalıdır. 

 Başqa bir versiya ağlıma gəlir ki, əgər ata hörümçək döllənmə sonrası öləcəyini bilirsə, öz ölümünü niyə istəsin ki? Onun ölməyi, dişinin qarnında həzmi rabedən keçərək onun əzalarına yayılması, onun bu işıqlı dünyada baxıb - gəzib - görmə istəyindən, zövqündən üstün ola bilərmi? Sizcə, bu aləmdə öz mənfəətini, qazancını güdməyən elə bir nəsnə varmı ki, özünü qurban versin? Əgər belə bir stuasiya və proqram olarsa, bunun mahiyyəti bizlərə nəyi təlqin edir? Demək k, erkək hörümçəklər cütləşmədən elə bir vəcdə gəlir, zövqə qərq olur ki, prosesdən sonra o vəcdin müşaiəti və təsiri ilə yalnız ölümü seçə bilir.Üstəlik də, dişi hörümçək, erkəyin ölümü qəbul etmə siqnalını ona ötürdüyündən bəlkə də dişi bu cəsarəti qəbul edir. Çünki ortalıqda artıq bir cinayət hökm sürür. Bu cinayət, bu qəddarlıq dişinin roluyla gerçəkləşir. Ancaq bütün bu dediklərimizdən uzaqlaş(dır)madan bilirm ki, yenə vizual, müşəxxəs olaraq ilk addımı dişi hörümçək atır. Əgər dişi hörümçək erkəyi dişləri arasından keçirməsə, erkək necə həyatına son qoya bilərdi? Yaxut erkək öz dölünü verdikdən sonra, onun yaşamı sona erir, onun bədənindəki boşluğu yoxluq, ölüm alır. Demək, dişi bu ölüm oyununu qəbul edir ki, belə bir hərəkətin “məhsuluna”  nail olur. Erkəyin döllənəndən sonra ölümü qəbul etməsini anladıq, bəs niyə bu şəkildə, yəni dişisi tərəfindən yeyilməklə aradan çıxardılır? Əgər ölmək ölməksə, nədən erkək dişinin dişlərindən keçməlidir, mədəsində həzm olunmalıdır? Yəqin ki, məsələ heç də erkək hörümçəyin ölümününü gerçəkliyi, mahiyyəti deyil? Əminlik məsuliyyətimlə deyirəm ki, bu qarşılaşmada əsas məsələ erkəyin ölümü, ölməyi deyildir. Elə olsaydı, bu qarşılaşmadan sonra erkək hörümçək gedib hardasa başını yerə qoya bilərdi. Demək, məsələ erkək hörümçəyin ölməsi, öldürülməsi deyil, erkək hörümçəyin dişisi tərəfindən döllənmə sonrası həyatının sonlandırılmış olmasıdır. Məncə, döllənmə sonrası nəslin artması, davam etməsi, yaşamsı və bu iki cütlüyün xatirəsini, genetikasını yaşatması üçün, “dişinin verdiyi söz” üzərindən belə bir səhnə ilə insanlıq tanış olur. Bu qarşılaşmada ən asan yük erkəyin üzərinə düşür. O, öz yükünü dişinin bətnində etibarlı bir yer seçərək təslim edir və gedir. Dişi isə öz yükünə erkəyin yükünü də qatıb onu bəlli bir sürəcə qədər yaşatmaq üçün, bətnindəki yumurtacıqların varlığını qaranti altına almaq üçün, erkəyi də içinə alır, bətninə çəkir. Mən əslində erkək hörümçəyin cütləşmədən sonra öldürülməsinə deyil, ana tərəfindən bətnində həzm edilərək yumurtaların mayalanmasına “ötürüldüyünə”  inanıram. Yəqin ki, erkəyin varlığı, həzmdən keçib gələcəkdəki övlad hörümçəklərin geninə ötürülərək həm də əbədilik qazanır. Düzdür, erkək burda tez öldü kimi görünsə də, əslində mahiyyədə ən çox, ən uzun, sona qədər yaşayan elə erkəyin özü olur. Dişi hörümçək erkəkdən fərli olaraq, nə vaxtsa ölürsə, elə öldüyü vaxta da yox olur, ömrü bitir. Çünki onun da ömrü, kimliyi artıq döllənmə zamanı öz mahiyyətini qazanmış, yaxut həll etmişdir. Yəni sonucda heç nə itmir....yox olmur....

Derlər,

Undulmamaq üçün tez     - tez fransa inqlabını xatırlayan, Unudlmuş oxucu,  

Sonuc: mən bu misalı niyə çəkdim və nəyə görə bu qədər uzun - uzadıya izahın verməyə çalışdım? Biz, bir dünya insanı, ölkə vətəndaşı, ailə bireyi kimi bu çəkdiyim əsrarəngiz örnəkdən nələr qazana, ələd edə, götürə bilərik? Məncə, aləmlərin yaradıcı gücü, qüdrət sahibi olan Allah bu hörümçək olayında düşünə bilənlərə, düşünməyi eşq müstəvisinə çıxaranlara belə bir məsaj verir ki, 

insanlıq aləmində 

qadınla kişi qarşılaşmasında Adəm də Həvvada dəfn olunmuşdur. Adəmlə Həvvanın yaxınlaşması Adəmi Həvvanın varlığında gömmüşdür. Qadınlarda həm də kişilik instikti, erkəklik əxlaqı, erkəklik hegomonluğu mövcuddur. Erkəklərdə isə yalnız erkək tipi, xarakteri və cizgisi yaradılış prinsiplərinə tabedir. Beləcə, mövcud cəmiyyətlərdə erkəklərin deyil, qadınların üstünlüyü, gücü, zəkası, ağlı, sistemi işləmdədir, sürəkli fəaliyyətə qoyulmuş, yönləndirilmişdir. Qadın gücü, qadın kimliyi bir az da erkəyin varlığı fonunda arxa plana keçsə də, 

görünməsə də, 

bütün lokomotivlik qadın mücəssiməsi ilə forma və məzmun qazanmışdır. 

Əslində erkək yoxdur, qadın vardır- prinsipi ön plandadır. 

Yenə belə olduğu təqdirdə, bütün mədəniyyətlərin alt yapısında qadın kimliyi və qadın varlığı bir yaradıcı nüvə mahiyyətində təyinatını tasarlamış, imajını sərgiləmiş, məqsəd və məramını yürürlüyə yönəltmişdir. Mədəniyyətlər kişi təpiətli, erkək energetikalı, Adəm başlanğıclı, işıq effektli olsa da, mahiyyət etibarı ilə qadın kimliyinin dramatik təfərrüatlı hegemonluğuyla özünü realizə edərək MÖHTƏŞƏM BİR GİZLİLİKDƏ, GİZLİLİKLƏ öz diktəsindən də qalmır. 

Xanəmir Telmanoğlu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}