QƏRB QARABAĞ DANIŞIQLARINDA FƏALLAŞIR –Vaşinqton və Paris status-kvonu dəyişə biləcəkmi? - TƏHLİL

QƏRB QARABAĞ DANIŞIQLARINDA FƏALLAŞIR –Vaşinqton və Paris status-kvonu dəyişə biləcəkmi? - TƏHLİL

 

Sarqis Arçruni

1in.am, Ermənistan, 28 may 2018-ci il

 

Donald Trampın İlham Əliyevə ünvanlanmış mesajı müzakirə edilərkən, onun ardınca Emmanuel Makronunku gəlib. Emmanuel Makron Azərbaycanın Respublika Günü münasibətilə həmkarı İlham Əliyevə göndərdiyi məktubunda bəyan edib ki, Fransa Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün səylərini əsirgəməyəcək. Fransız liderinin sözlərinə görə, Azərbaycan gələcək vəzifələrin həlli və Avropa İttifaqı ilə yaxınlaşma üçün daima Fransaya arxalana bilər. Eyni zamanda Makron, iyulda Parisdə Əliyevlə görüşə ümid etdiyini ifadə edib.

Hazırda Bakıda olan Fransanın Xarici işlər naziri Jan-İv Lö Drian "status-kvo Qarabağ münaqişəsinin həlli deyil” deyərək, mötərizə açıb. Fransanın Xarici işlər naziri bu gün (28 may – tərc.) Bakıda deyib: "Biz ümid edirik ki, yaxın aylarda bu münaqişənin həlli üzrə aktiv iş başlayacaq”.

Həqiqətənmi Tramp və Makronun mesajlarındakı Qarabağ vurğusu bir-birilə qarşılıqlı sürətdə əlaqəlidir və yaxın aylarda biz Qərbli həmsədrlərin birləşdirilmiş diplomatik səylərini gözləməliyik, yoxsa Dağlıq Qarabağ münaqişəsinin ifadə dili, necə deyərlər, diplomatik standarta uyğundur və həmsədr ölkələrin məlumatlarında məqbul hesab edilə bilər?

Bu suala müəyyən cavab vermək çətindir. Bir tərəfdən Ermənistan və Azərbaycanda seçki dövrünün bitməsindən sonra tənzimləmə prosesində aktivləşmə gözlənilirdi, digər tərəfdən Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi və bu faktı "həzm etmək” və Yerevanın yeni mövqelərilə tanış olmaq üçün həmsədrlərə, heç olmasa, müəyyən qədər vaxt lazım idi.

Eyni zamanda Fransa Xarici işlər nazirinin status-kvo haqqındakı bəyanatı son dərəcə nisbidir. Söhbət, göründüyü kimi, tənzimləmə prosesinin mahiyyət müstəvisində deyil, böyük ehtimalla, regional kontekstdə inkişafından gedir.

Yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi yoxdur, çünki, heç olmasa, Ermənistan və Azərbaycan liderlərinin görüşünü dövriləşdirməyə imkan verən mexanizmlərə belə baxılmır. Hələ tənzimləmə prosesinin formatı və mahiyyətilə bağlı daha dərin ziddiyyətlərdən danışmırıq. Bu halda söhbət daha qlobal məsələdən – regiondakı status-kvonun saxlanmasından və ya dəyişdirilməsindən gedə bilər.

Jan-İv Lö Drian "staus-kvo Dağlıq Qarabağ münaqişəsinin həlli deyil” deyərkən, məncə, o, münaqişənin idarəçiliyinin dəyişdirilməsi zərurətinə işarə edir.

Hazırda bu rol Rusiyaya verilib, o da regionda öz təsirini onun tam hərbiləşdirilməsi hesabına saxlayır, bu da genişmiqyaslı müharibənin yenidən başlaması baxımından ciddi risklər yaradır.

Vaşinqton və Paris, beynəlxalq zəmanətli alətlər dəsti sayəsində regionda sabitlik və sülhü təmsil etməklə, həqiqətən status-kvonu dəyişməyə meyllidir. Təsadüfi deyil ki, ön xətdə etimad mexanizmlərinin tətbiq edilməsi haqqında Vyana razılaşması Amerika təşəbbüsünün nəticəsi olub.

Görünür, Tramp və Makronun mesajları tənzimləmə prosesi çərçivəsində bugünkü reallıqların faktiki olaraq beynəlxalq tanınması və təsbitini nəzərdə tutan bu məntiq kontekstindədir. Ən azı, rəsmi Vaşinqton və Paris dəfələrlə bəyan edib ki, Vyana razılaşması onların gündəliyində qalır. Bu işıqda Tramp və Makronun mesajlarının diplomatik sətiraltları daha aydın görünməyə başlayır.

Tərcümə Strateq.az-ındır



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}