“Fərat qalxanı” çökdü: ASO Türkiyəni İŞİD-ə və PKK-ya satdı -Türk komandirindən ŞOK etiraflar

“Fərat qalxanı” çökdü: ASO Türkiyəni İŞİD-ə və PKK-ya satdı -Türk komandirindən ŞOK etiraflar

 

Türkiyənin Şimali İraqda başlatdığı "Fərat qalxanı” əməliyyatı tamamilə nəticəsiz qala bilər.

 Türk komandirlərindən birinin "Sözcü” qəzetinə açıqlamalarından belə çıxır.

Komandirin fikrincə, "Raqqadan çıxarılan İŞİD-çilər yenidən əl-Baba girməyə cəhd göstərə bilər: "Türk ordusunun dəstəklədiyi Azad Suriya Ordusu isə böyük ehtimalla, İŞİD-in bu hücumu zamanı əl-Babdan qaçmağa üstünlük verəcək. Beləcə əsgərlərimizlə İŞİD-çilər qarşı-qarşıya gətirəcəklər. Sonra "bu cür olmur” deyib YPG-ni dövrəyə soxacaqlar”.

Mənbə son zamanlar Türk ordusunun sərhəddə toplanmasının əsl səbəbi də bu təhlükəylə izah edilib:

"Hökumətə yaxın qəzetlərdə Türk əsgərinin Afrinə girmək üçün hazırlaşdığı ifadə edilir. Hərəkatın adını belə tapıblar - "Fərat qılıncı". Bölgədəki hərbi qaynaqlar isə "Nə Afrinə, nə "Fərat qılıncı?”" - deyirlər. Ankaradan yüksələn "asarıq, kəsərik" sözləriylə bu işlər yürüməz. İstiliyin 50 dərəcəyə yaxınlaşdığı bir mühitdə hərəkatın çətinliyi da ortadadır. Xatırlayın, əl-Babdan sonra əsgərimiz Münbiçə, Raqqaya da girəcəkdilər. Nə oldu, bəs?”

  

Bölgədə çox mühüm hadisələr baş verdiyini etiraf edən mənbə bildirib: "Türkiyə Azad Suriya Ordusunu (ASO) dəstəkləyir, İŞİD-ə qarşı ortaq mübarizə aparılır. Silahlılara təlim keçirilir, onlar hər cür döyüş sursatlarıyla təchiz olunurlar. Bölgədən aldığım son məlumatlar isə bu insanlara güvənilməməsi lazım olduğunu söyləyənləri haqlı çıxarır. ASO-nun, aralarında komandirləri də daxil olmaqla çox sayda silahlısı əsgərimizi satdı və pul verənlərin sıralarına keçdilər. ASO deyilənlərin bir qismi PKK-nın Suriya qolu olan YPG sıralarına qatıldı. Bir qismi isə Suriya rejiminin lehinə səf dəyişdi”.

Adı gizli tutulan hərbçi fikirlərini əsaslandırmaq üçün Xüsusi Qüvvələr komandiri general-leytenant Zekai Aksakallının Ramazan bayramında təşkil etdiyi bayramlaşma tədbirinə ASO üzvlərinin qatılmamasını misal gətirib:

"Zekai Aksakallı əl-Babda bayram namazı qıldı. Sonra minbərə çıxıb danışdı. Orada yalnız Türk əsgərləri var idi, bəs ASO üzvləri, bəs, niyə yox idilər? Bu da, əsgərimizin gedərək yalnızlaşdığını göstərir. Açıqcası, ASO-nun əsgərləri bir anda toz olmağa başladılar. Həmin ASO-nun əsgərimizin aldığı kəndləri, pul qarşılığında daha sonra İŞİD-ə satdıqları barədə söyləntilər də var”.

Suriyada bu gün yaşananları "oyun içində oyun" adlandıran komandir ABŞ-ın PKK-nın Suriya qolu olan YPG-ni dəstəkləməsini həlledici amil olaraq qiymətləndirib: "ABŞ kürd separatçılarını silahlandırır, təlim keçir və onlardan öz hədəfləri istiqamətində istifadə edir. YPG də bu vəziyyətdə əldə etdiyi dividentlərdən məmnundur. ABŞ-ın orada bir kürd dövləti qurmaq layihəsi addım-addım reallaşır”.

Maraqlıdır ki, adını çəkilməsini istəməyən komandirin mətbuata sızdırdığı məlumatı Türkiyənin bölgəni ən yaxşı tanıyan istefada olan generallarından Çətin Doğan da etiraf edib. İraq və Suriyadakı prosesləri yaxından izləyən təqaüdçü general hazırkı vəziyyətdə Türkiyənin öz siyasətini dəyişdirməsinin vacibliyinə toxunaraq deyib:

 "Suriya ilə əlaqədar atılmalı olan addım təcili sürətdə mövcud rejimlə razılığa getməkdir. Türkiyə öz siyasətində açıq, dəqiq və şəffaf olmalıdır. Mövqeyində radikal dəyişiklik etməlidir. Çünki mövcud Suriya rejimiylə, İranla maraqlarımız eynidir-biz də onlar kimi, kürd dövlətinin qurulmasına qarşıyıq. Ərəb ölkələrinin hamısıyla da bu mövqeyimiz üst-üstə düşür. ABŞ ilə isə əlaqələrimiz yaxşı deyil. Rusiya da bizə etibar etmir…”




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}