8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info saytında dərc olunan “QULDURLUQLA ÜZLƏŞƏN SAHİBKARIN ŞİKAYƏTİNƏ BAXILMIR – Ölkə rəhbərliyinə müraciət” sərlövhəli yazıya Daxili İşlər Nazirliyindən (DİN) reaksiya verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Hurriyyet.az-a bildirib ki, oktybarın 26-da Göyçay rayon sakinləri Habil Əhmədov və Məhi Nuriyevə məxsus təsərrüfatda çalşan Əliəkbər Quliyev bir-birlərindən qarşılıqlı şikayətlərlə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də rayon polis şöbəsinə müraciət ediblər. Belə ki, Habil Əhmədov Əliəkbər Quliyev tərəfindən, sonuncu isə Habil Əhmədov tərəfindən döyüldüyünü bildirib.
“Daxil olmuş müraciətlər əsasında hər iki şəxsin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub və faktla bağlı istintaq bölməsində araşdırmalar davam etdirilir. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Qeyd olunan məsələ ilə bağlı vətəndaşın müraciətinin polis şöbəsində araşdırılmaması barədə sosial şəbəkələrdə səsləndirilən iddialar isə əsassızdır”, - deyə rəsmi açıqlamada bildirilir.
Hurriyyet.az