8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
2022-cil hakimiyyət komandasında köklü dəyişikliklərlə yadda qaldı. Ramiz Mehdiyev, Səfər Mehdiyev və Anar Kərimovdan sonra Naxçıvan "xan"ı Vasif Talıbovun mədəni şəkildə iqtidar komandasından qovulması müzakirə mövzusu oldu.
Bu istefalar 2023-ci ildəki köklü dəyişikliklərin anonsu kimi də qiymətləndirilə bilər. Müşahidəçilər hakimiyyət komandasındakı "təmizləmə əməliyyatı"nın 2023-cü ildə daha geniş spektri əhatə edəcəyini düşünürlər.
Bu il kürsüsü ilə vidalaşcaq məmurların sırasında ən çox fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, ədliyyə naziri Fikrət Məmmədovun, maliyyə naziri Samir Şərifovun və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adları hallanır. Elm və təhsil naziri Emin Əmrullayevin də "karvan"a qoşulması gözlənilir.
Sozcu.info xəbər verir ki, ölkə.az-ın əldə etdiyi məlumata görə, hakimiyyət öz komandasını sürpriz adlarla yeniləmək və gücləndirmək istəyir. 2023-cü ildə istefaya göndəriləcək nazirlərin ən azı ikisinin yerinə cəmiyyətdə nüfuz sahibi olan zərif cins nümayəndələrinin təyin edilməsi gözlənilir.
Mənbə nazir postuna ən şanslı xanım namizədin Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva olduğunu deyib. Onun sözlərinə görə, xanım deputat Anar Kərimovun tərk etdiyi posta sahiblənə bilər. Bu təyinatın yaxın vaxtlarda gerçəkləşməsi gözlənilir.
Məlumatlı şəxs deyib ki, Q.Paşayevanın komitə sədri kimi fəaliyyəti onun şansını daha da artırır.
Milli Məclisin Mədəniyyət Komitəsinə rəhbərlik etdiyi təxminən 3 il ərzində fəallığı, sənət adamlarına həssas münasibətilə seçilən xanım deputat bu posta ən layiqli namizəd sayılır.
Anar Kərimovun tərk etdiyi posta iddialılar sırasında tanınmış rejissor Mehriban Ələkbərzadənin də adı hallanır. Amma Q.Paşayeva ilə müqayisədə o, çox da şanslı hesab olunmur.
2023-cü il ombudsman Səbinə Əliyevanın da həyatında mühüm rol oynaya bilər. Əldə etdiyimiz məlumata görə, xanım Əliyeva bu il ədliyyə naziri təyin olunacaq. O, yaxın vaxtlarda istefaya göndəriləcək Fikrət Məmmədovun yerinə ən real namizəd sayılır.
Yüksək təhsil almış və bir neçə dildə sərbəst danışan S.Əliyevanın ədliyyə sistemində köklü dəyişikliklər aparacağı istisna edilmir.
Azərbaycan hakimiyyəti ciddi dəyişikliklər astanasındadır. Bu dəyişikliklərin kimlərin karyerasında əsaslı dəyişikliklərə səbəb olacağını isə zaman göstərəcək.