Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Saleh İsmayılov: “Müstəntiq Vüqar Tağızadə dedi ki, sən tutulmalısan, qız da “dəlixana”ya getməlidir...”
Masallı rayon, Əhmədli kənd sakini İsmayılov Saleh Xəlil oğlu “Hürriyyət”in redaksiyasına gələrək, qarşılaşdığı problemi dilə gətirib. Şikayətçi deyir ki, uzun illər Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun maşın binzesinə dəstək olsa da, o, 2009-cu ildə dövlətdən oğurlanan pulları ört-basdır etmək üçün onu sifarişlə həbs etdirib.
“Milli Bankın (Mərkəzi Bank) keçmiş sədri Elman Rüstəmovun maşın biznesini həyata keçirən nümayəndəsinə - İmanova Dilarə Əli qızına 8 il köməklik etmişəm. 8 il ərzində bir dəfə də olsun problem olmayıb”, - deyən şikayətçinin sözlərinə görə, hətta Elman Rüstəmovdan bank yolu ilə, faizsiz olaraq bir neçə maşın da özü alıb:
“Mən özüm də iş adamı olmuşam. Respublikada 14 rayonda yerləşən pambıq zavodlarının işlərini görmüşəm. Açığı, həmin rayonların icra başçılarından tutumuş, su idarələrinin müdirlərinədək, hər biri ilə yaxın münasibətim vardı. Mən “Elektromaş” zavodunun Cəlilabad filialının müdiri olaraq elektrik avadanlıqlarının təmiri ilə məşğul idik. Bu günə kimi də orada çalışıram”.
Saleh İsmayılov deyir ki, Elman Eüstəmov Mərkəzi Bank sədri olduğu müddətdə də maşın binzesi ilə məşğul olub. “Maşınları xaricdən gətirirdi, biz də bank yolu ilə satırdıq, faizsiz. Tutaq ki, bu gün “Prado” markalı maşın almaq istəyirsən. Qiyməti 45 min manatdır, sənin isə 20 min manatın var. Həmin vaxt 20 mini səndən alırdılar, qalan 25 min manatı necə ödəyə biləcəyini soruşurdular. Sən də deyirdin ki, ayda min manat verə bilərsən, digəri deyirdi ki, yox, mən ayda 300 manat verə bilərəm və s. Bu formada razılaşırdılar, hər ay da çek verirdilər. Amma 300 manat verirdin, ayda 1800 manatlıq çek verirdilər ki, guya, 1800 manat ödəniş etmisən. Amma həmin 300 manat da banka ödənilmirdi, Elman Rüstəmovun sifarişi ilə banklardan boş çeklər gəlirdi”.
Şikayətçi bildirir ki, Elman Rüstəmov bütün maşınları bank yolu ilə satırdı, amma banka faiz ödəmirdi. Onun sözlərinə görə, Mərkəzi Bankın keçmiş sədri hər ilin sonunda dövriyyədən çıxarılmalı olan yararsız, nömrəsi silinmiş pulların hesabına həmin maşınların borcunu bağlayıb, müştərilərə də bununla bağlı saxta çeklər verilib: “Borc olmasa da, hər ay bank çeki verirdi ki, bu qədər pul ödənilib. Lakin bir dəfə problem oldu, dedilər ki, 2 ay banklara pul ödəyin. Həmin 2 ay ərzində banklara 2,5 milyon manat pul ödədik, məndə o barədə sənəd də var. Sonra ödəniş olmadığına görə 40 ədəd maşını alıcılardan yığdılar və öz qanunsuz əməllərini də ört-basdır etmək üçün bizi, yəni məni və Dilarəni həbs etdirdilər. Əslində, məni ona görə həbs etdilər ki, bütün işi mənim boynuma yıxsınlar. Həmin vaxt Dilarəyə deyiblər ki, Salehin 16 min borcu var. O da gedib 16 min tapıb, onlara verib. Həmin 16 min manatı da Masallı Rayon Polis İdarəsi “yeyib”, o vəsait heç bir sənəddə yoxdur”.
Saleh İsmayılov vurğulayır ki, həbs olunandan sonra onunla heç bir rəsmi qurum maraqlanmayıb: “8,5 ayın sonunda DİN-in müstəntiqi Vüqar Tağızadə gəldi ki, sən bu işləri etmisən və s. Mən də dedim ki, heç bir qanunsuz iş görməmişəm, işi görənlər filankəslərdir. Bu zaman dedi ki, bilirsən nə var, sən tutulmalısan, qız da “dəlixana”ya getməlidir. Elə də oldu, mən tutulandan sonra E.Rüstəmovun sifarişi ilə Dilarəni “dəli” elədilər”. Şikayətçi iddia edir ki, 2009-10-cu illərdən bu dedikləri ilə bağlı bütün dövlət qurumlarına məktubla müraciət etsə də, heç bir reaksiya verilməyib.
Bizim 2 evimiz vardı, biri Pirşağıda dəniz kənarında idi. Dilarə mənə dedi ki, onu sat, pulunu zərərçəkmişlərə ver. 320 min manatlıq ev idi. Ümumilikdə, 200 nəfər zərərçəkmiş vardı, mənimlə bağlı 44 nəfər şikayət etmişdi. Müstəntiqə dedim ki, əgər borcluyamsa, onda kömək elə, 320 minlik evi sataq, zərərçəkmişlərə verək, əlavə də nələrsə var, satıb qalan borcları da verərik. Amma müstəntiq bu məsələdə də maraqlı olmadı”, - deyən Saleh İsmayılov bildirir ki, məlum iş üzrə ümumilikdə 5 milyon manat ödənilməsi ilə bağlı iddia qaldırılıb. Lakin onun zərərçəkmiş şəxs qismində işdə adı keçən 44 nəfərə təxminən 800 min manat ödəməli olduğu yazılıb: “Onun da müəyyən hissəsini ödəmişdim, 500 min manatdan bir qədər çox pul qalmışdı”.
Şikayətçinin dediyinə əsasən, məhkəmdə hakim ona şərti cəza vermək istəsə də, Elman Eüstəmovun sifarişi ilə 10 il müddətinə azadlıqdan məhrum edilib: “Məhkəmədə hakim Rauf Əliyev birinci gün mənə qarşı çox xoş davrandı. Hakim mənə şərti cəza vermək istəyirdi. Axırıncı gün prokuror 11 il iş istəyəndə, hakim tamamilə dəyişdi. Mənə son söz deməyə də qoymadılar və 10 il iş kəsdilər”.
S.İsmayılov iddia edir ki, Elman Rüstəmov külli miqdarda yeyinti faktını ört-basdır etmək üçün böyük məbləğdə rüşvət verib: “Elman Rüstəmov istintaq idarəsinin sədrinə 500 min, Zakir Qaralovun müavini Rüstəm Usubova 1 milyon, sabiq nazir Ramil Usubova da 1 milyon manat vermişdi... Bundan əlavə, Bilal Əsədova 500 min manat vermişdi ki, Dilarəni “dəli” etsin. Lakin onu Maştağaya göndərsələr də, orada qalmırdı. Daha doğrusu, gün rəzində orda qalsa da, axşam öz maşınına minib evinə gedirdi. 3 il müddətində belə də davam etdi. Dəli olan adamın sürücülük vəsiqəsi olar, Bakı şəhərində maşına sürə bilər? Sadəcə, şəhərdən çıxamağa icazə vermirdilər”.
Şikayətçinin sözlərinə əsasən, Dilarə İmanovanın məhkəmə prosesindən sonra hakim Ənvər Seyidov onu yanına çağırıb: “Ənvər Seyidov dedi ki, əlində nə qədər fakt varsa, mənə göndər. Bildirdi ki, Elman Rüstəmov mənə 500 min manat pul verib, qalanını da bank işçilərindən alacağıq. Bütün sənədləri göndərdim ona. Bundan sonra bank işçilərini dirədi ki, sizin bu qədər verəcəyiniz var və s. Axırda məni məhkəməyə çağırmadı. Sonradan məlum oldu ki, o, həmin sənədlər vasitəsilə hər bir bank əməkdaşından, filial rəhbərindən əlavə olaraq rüşvət alıb. Hətta bir neçə dəfə Elman Rüstəmovla da görüşüb və həmin sənədləri təqdim etməklə ondan əlavə pul istəyib:
“Sonradan Elmandan nə qədər pul aldığını bilmirəm. Amma onu bilirəm ki, 500 min manatı qoydu cibinə, bəzi bankların – “Atabank”, “Respublika Bank”, “Unibank” və s. bankların filial müdirlərindən də ümumilikdə 250 min manat almışdı. Yəni birindən 40 min, digərindən 70 min manat və s”.
Saleh İsmayılov deyir ki, Ə.Seyidov ona da 1 milyon manat qarşılığında sərbəst buraxa biləcəyini deyib: “Mən ona dedim ki, həbs olunduqdan sonra 2 milyon pul ödəmişəm. Mənə dedi ki, sənin başın xarabdır, gətirib 1 milyon verəydin, mən səni buraxaydım.
Beləliklə, heç bir günahım olmadan, külli miqdarda borca düşməklə yanaşı, 10 il müddətinə həbs olundum. İndi bir nəfər mənə desə ki, sən kiminsə 1 manatını yemisən, yenidən 10 il həbsdə yatmağa hazıram”.
(Ardı var)
Hazırladı: İ.SABİRQIZI