Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Xəbər verdiyimiz kimi, "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqqallar Şurası Çeçenlərlə Azərbaycanlılar arasında yaranmış gərginliyin sakitləşdirilməsində göstərdiyi fəallığa və erməni saxtakarlığını ifşa etdiyinə görə jurnalist Fuad Abbasovu "Vətən Övladı" ordeni ilə təltif edib. Ordeni isə sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev təqdim edib. Sabiq müdafiə nazirin jurnalistə mükafat təqdim etməsi isə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Fondun rəhbəri Eldar İsmayılov Unikal.org-a müsahibə verib.
Sozcu.info həmin müsahibəni oxuculara təqdim edir.
-Eldar müəllim necə oldu ki, rəhbəri olduğunuz təşkilat Fuad Abbasovu bu ordenə layiq gördü?
-Fuadın Çeçenlərlə Azərbaycanlılar arasında yaranmış gərginliyin sakitləşdirilməsində böyük rolu oldu. Bunu nəzərə alıb, Fondun heyəti tərəfindən qərar verdik ki, Fuadı bu mükafata layiq görək.
-Ordeni siz yox, Səfər Əbiyev təqdim etdi. Bunun səbəbi nə idi?
-Səfər müəllim Çeçenlərlə Azərbaycanlılar arasında yaranmış gərginliyin sakitləşdirilməsində iştirak edən ən akativ adamlardan biri olub. Sabiq nazirimizin də təşəbbüsü, Fondun digər idarə heyətinin üzvlərinin iştirakı ilə Fuadın ordenə layiq görülməsinə qərar verildi. Biz Azərbaycana xeyr verən, dost olan çox insanlara mükafat vermişik. Bu dəfə qərar verdik ki, jurnalistə ordeni Səfər müəllim təqdim etsin. Cənab general bundan əvvəl də Azərbaycan dilçisi, türkoloq-alim, filologiya elmləri doktoru, Tofiq Hacıyevə də orden verib. O, Fuada ordeni təqdim edəndə bildirdi ki, bunu xalqın adından sizə təqdim edirik. Bu böyük mükafatdır.
-Bildirdiz ki, Səfər Əbiyev Çeçenlərlə Azərbaycanlılar arasında yaranmış gərginliyin sakitləşdirilməsində böyük əməyi oldu. Bu barədə ətraflı nə deyə biləsiz?
-Səfər müəllim uzun illər Azərbaycanın Müdafiə Naziri olub. Vaxtı ilə Rusiyada çalışıb. Onun Rusiyada yaşayan ziyalılarla çox yaxşı əlaqəsi var. Bunula belə Əbiyevin şimal qonşumuzda çox yaxşı dostları var. Mütəmadi olaraq onlarla əlaqə saxlayır, yaranmış gərginliyə çox kəskin reaksiya verirdi. Bildirirdi ki, iki müsəlman qardaşlarla bu intiriqanı yaratmaq olmaz?! Səfər müəllim həmçinin Moskvada müvafiq adamlara tapşırdı ki, bu məsələdə Fuada da yaxından dəstək olsunlar. Həmçinin bu məsələ ilə bağlı Fondda da danışıqlar aparırdı.
-İctimaiyyətdə bəzən elə fikirlər yaranmışdır ki, Səfər müəllim nazir postundan getdikdən sonra ümumiyyətlə ictimai işlərdəndə özünü kənarda tutub...
-Xeyr, bu belə deyil. Bu insan hər zaman Vətənin xeyrinə çox işlər görüb. Amma təəssüflər olsun ki, onun arxasınca çox danışırlar. Bizim yaralı yerimiz nədir? Bir insan vəzifədən gedən kimi arxasınca nəlayiq ifadələr işlətmək!. Bu isə yolverilməzdir. Bəziləri bildirir ki, Səfər müəllim Avropada yaşayır, bəziləridə deyir ki, vətəndaşlıqdan çıxıb. Bu belə deyil. Sabiq generalımız vəzifədən gedəndən sonra da Müdafiə Nazirliyi ilə əməkdaşlıq edib. Onunla bəzi işlərdə uzun müddət məsləhətləşmələrdə aparıblar. Səfər müəllim özüdə deyir ki, nəyə görə ölkəsindən getməli, küsməlidir ki? General bəzən deyir ki, jurnalistlər nəyə görə bunu edir? O, hər zaman istəyir ki, bütün vətəndaşlarımız yaxşı yaşasın. Gənclərimiz qabağa getsin. Bəzən hərbçilərin mənzilləri ilə bağlı da danışır. Deyir hərbçilərimiz faizsiz İpoteka ilə mənzillər verilməlidir. Qazaxıstanda və digər ölkələrdə bu belədir.
-Hazırda Səfər müəllim nə işlə məşğuldur?
-Cənab generalımız pensiya alır. Bununla belə, ictimai işlərlə məşğuldur. Başqa işlə məşğul deyil. Bakıda yaşayır. Günün çox hissəsini ailəsi – həyat yoldaşı, övladları, nəvələri ilə keçirir. Səhhəti isə normaldır. Səfər müəllim heç kimdən heç yerə qaçmır. Azərbaycan generalı heç vaxt heç kimin qabağından qaçan deyil. Səfər müəllim yalnız subordinasiya gözləyir. Bu adam dövlət işində çalışıb, Müdafiə Nazirimiz olub.
-Səfər müəllimin Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağla bağlı hazırda nə fikirləşir?
-Səfər müəllim fikiri odur ki, "Dağlıq Qarabağı danışıqsız azad etməliyik. Bunun başqa bir yolu görünmür”. Çünki işğalçı ölkə sülhlə torpaqlarımızı qaytarmaq istəmir. Ona havadarlıq edən dövlətləridə görürük. Biz hesab edirik ki, Dağlıq Qarabağ və ətraf rayonlar yalnız müharibə yolu ilə azad olunmalıdır. Bunu hər bir Azərbaycan vətəndaşı da belə fikirləşir.