8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qazaxıstan Respublikasının parlamentinin yuxarı palatasının mətbuat xidmətindən verilən məlumata görə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə yeni status — "Fəxri senator" veriləcək. Bu məsələ parlamentin yuxarı palatasının sədri Dariqa Nazarbayevanın sədrliyi ilə Senatın Büro iclasında nəzərdən keçirib. "Fəxri senator "statusu Qazaxıstan Respublikasının demokratik, dünyəvi, hüquqi və sosial dövlət kimi konstitusiya — hüquqi əsaslarının formalaşmasına, habelə milli parlamentarizmin təşəkkülünə və inkişafına verdiyi görkəmli töhfələrə görə Qazaxıstan Respublikasının ilk prezidenti Elbası tərəfindən verilir". Bu təşəbübüsün müəllifi Qazaxstanın hazırkı dövlət başçısı Qasım-Jomart Tokayevdir. Onuda qeyd etmək lazımdır ki, May ayının 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdağanın təklifi ilə Nursultan Nazarbayevə "türk dünyası ölkələrinin inkişafına verdiyi mühüm töhfələrə görə" Türk Dilli Dövlətlər Şurasının ömürlük fəxri sədri statusu verilib. Bu gün isə Russiya Federasiyasının prezidenti Vladimir Putinin təklifi ilə Nursultan Nazarbayev Avroasiya Ali İqtisadi Şuranın fəxri sədri olub. Mart ayının 20-də isə Nursultan Nazarbayev Qazaxstanın hazırkı dövlət başçısı Qasım-Jomart Tokayev ilk qərarı ilə Qazaxıstanın "Xalq qəhrəmanı” olubdur.
A.Məmmədli.
"Yeni Sözçü"qəzeti