Qırğızıstan Parlamenti sabiq prezident Atambayevi toxunulmazlıqdan məhrum edib

Qırğızıstan Parlamenti sabiq prezident Atambayevi toxunulmazlıqdan məhrum edib

 


 

Qırğızıstan mətbuatının yaydığı məlumata görə  bu gün Respublika  parlamentinin  Joqoku Keneşi, sabiq Prezident Almazbek Atambayevlə toxunulmazlığın aradan qaldırılmasına səs verib. Parlamentin iclasında baş prokuror Otkur bek Jamşitov  çıxış etdikdən sonra, bir sıra deputatlar bu məsələyə  öz fikirlərini bildirib və baş prokurora suallar verib. Müzakirələrdən sonar , açıq şəkildə keçrilən səs vermədə iştirak edən deputatlardan 103 lehinə, altı deputat isə əleyhinə səs vermişdir. Respublika qanunlarına əsasən sabiq president Atambayevə qarşı cinayət işinin qaldırılması üçün 80 deputatın səsi lazım idi. Sabiq prezidentin toxunulmazlıqdan məhrum edilməsinə imkan verən Qanun 2019-cu ilin mayında qüvvəyə minib.  Onuda qeyd etmək lazımdır ki, Qırğızıstan parlamentinin Joqoku Keneşi sabiq prezident Almazbek Atambayevin toxunulmazlıqdan məhrum edilməsi prosesinə iyun ayının 12-dən başlamışdır. Ötən müddət ərzində deputatlar tərəfindən irəli sürülmüş ittihamların əksəriyyəti bu gün  Baş Prokuror tərəfindən dəstəklənib.

Almazbek Atambayev isə bir neçə gün əvvəl bu prosesdə müttəhim rolunu yerinə yetirmək niyyətində olmadığını yerli mətbuata  bildirmişdir. Eyni zamanda, onun məsləhətçisi eks-prezidentin ölkəni tərk etmək niyyətində olmadığını vurğulayıb.

Sonda onuda qeyd etmək lazımdır ki, müstəqil Qırğızıstan tarixində Almazbek Atambayev ilk prezidentdir ki, 2017-ci ildə könüllü olaraq president seçkilərinə qatılmamışdır. Qırğızıstanın ilk prezidenti  Əsgər Akayevin hakimiyyəti 2005-ci ildə inqilabla başa çatdı, ikinci president Kurmanbek Bakiyev də 2010-cu ildə devrildi. İkinci rəngli inqilabdan sonra ölkəyə rəhbərlik edən "keçid dövrünün prezidenti" Roza Otunbayeva 2011-ci ildə president seçilmiş Atambayevə könüllü şəkildə səlahiyyət vermişdir.

 

    A.Məmmədli.

   "Yeni Sözcü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti