“Bəzi məmurlar insanları dövlətə qarşı qoyurlar” - Şəki sakini ölkə başçısına MÜRACİƏT ETDİ

“Bəzi məmurlar insanları dövlətə qarşı qoyurlar” - Şəki sakini ölkə başçısına MÜRACİƏT ETDİ

 

"Rüşvətxor məmurlar düz 4 ildir ki, məni yollarda qoyublar”

Bu gün ölkədə həqiqi əlillik statusu almalı olan vətəndaşlar var ki, nə bu imtiyazı ala, nə də öz dərman ehtiyaclarını ödəyə bilirlər, elə həyatlarını ağrı-acı ilə yaşayırlar. Bu cür ağrı-acı ilə yaşayan vətəndaşlardan biri də Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Sadıqov Səməd Bəxtiyar oğludur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona əlillik statusu verməkdən imtina edib. Halbuki, S. Sadıqovun kəllə-beyni xəstə, onurğası sınıqdır və heç bir iş qabiliyyəti yoxdur. Baxmayaraq ki, Şəki rayon Tibbi-Sosial Ekspert Komissiyası adıkeçən şəxsin vəziyyəti ilə bağlı rəy verib ki, bu adam xəstədir. Nazirlik birinci dəfə S.Səmədqoun sənədlərinin tarixinin köhnə olduğunu bəhanə edərək imtina edib. İkinci dəfə isə sənədlərin düzgün doldurulmadığını qeyd edib, imtina yazıb. Sonda isə nazirliyin əməkdaşı Emil adlı şəxs deyib ki, nə qədər ki, Şəki rayon Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən S. Sadıqovun sənədləri düzgün doldurulmayacaq, yenə də imtina cavabı yazılacaq. S. Sadıqovun sözlərinə görə, Şəki rayon Tibbi-Sosial Ekspert Komissiyasının sədri Şəlalə xanım isə deyib ki, nazirlik ikinci dəfə imtina yazsa, bir də onun yanına sənəd üçün gəlməsin.

Göründüyü kimi, xəstə vətəndaşı ötür-ötür ilə yola verib, əziyyət verirlər. Məhz buna görə də S. Sadıqov "Hürriyyət” qəzetinə yenidən məktub ünvanlayıb və prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edib.

Müraciətdə deyilir:

"Mən Şəki rayon Kiçik Dəhnə kənd sakini Sadıqov Səməd Bəxdiyar oğlu düz 4-cü ildir ki, xəstəxanaların yolundayam. Satılacaq əşyam belə qalmayıb. Şəki rayon Tibbi-Sosial Ekspert Komissiyası və xəstəxanalar məndə ya pul qoydular, ya da ki, sağlamlıq”.

"Bu "məmurlar” dövlətdən də qorxmurlar, ancaq və ancaq rüşvət axtarırlar”

"Hörmətli dövlət rəhbərləri, "Hürriyyət” qəzeti vasitəsi ilə Sizə səslənirəm, heç olmazsa köməklik edin ki, mənə deyən maddi və mənəvi ziyanımı ödəsinlər. Mən Azərbaycanın azadlığı və bütövlüyü uğrunda 3 il 6 ay əlavə xidmət etmişəm, döyüşlərdə iştirak etmişəm. Hazırda əllərimdə, belimdə qırıqlar var. Başımda beyin pozğunluğu, işemiya var, qıc olmalarım olur. Bu rüşvətxor məmurlar düz 4 ildir ki, məni yollarda qoyublar, məni gəzdirmədikləri həkim və xəstəxana qalmadı. Səbəbi nədi bilirsiz? Mən onlara pul verməmişəm. Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezidentmiz Mehriban Xanım Əliyevaya yazdığım məktublar əsasında Şəki rayon Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmişəm. Bu məmurlar dövlətdən də qorxmurlar, bunlar ancaq və ancaq rüşvət axtarırlar. İnsanları dövlətə qarşı qoyurlar, müxalif edirlər. İndi mən çəkiliş edib, özümü yandırıb sosial şəbəkələrə qoyum?”,-deyə şikayətçi sual edir.

"Mənə dəyən 5 min manat ziyanı geri qaytarsınlar”

S.Səmədov yazır: "Hörmətli dövlət rəhbərləri, Sizdən xahiş edirəm, mənə dəyən 5 min manat ziyanı geri qaytarsınlar. Mən o məbləği qohum-qonşudan borc, kredit almışam, o pulları mənə yollara, müainəyə, aparatlara xərclədiblər. İndi də tamam yataq xəstəsi qalmışam, ağrı-acıdan çox əziyyət çəkirəm. Mənə tezliklə kömək etmənizi Sizdən xahiş edirəm”.



Oxşar Xəbərlər

Xəbər lenti