Mehman Hüseynov: "Yekun nəticələri gözləyirik" -VİDEO, FOTO

 

Bloger Mehman Hüseynov bələdiyyə üzvü seçilib.

 

Sozcu.info  xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yer alıb. M.Hüseynovun bugünki seçkilərdə 87 faiz səs topladığı iddia edilir. 

Mehman Hüseynov özü isə facebookda bunları yazıb: "Vacib elan! Dostlar, diqqətli olun! Sosial şəbəkələrdə xəbər yayılıb ki, güya Mehman Hüseynov 87 faiz səslə Bələdiyyə sədri seçilib, ay nə bilim, Mehman 87 faiz səslə qalib olub. İnşallah bu xəbəri də eşidərik amma...

Sizdən rica edirəm, mən bu xəbərləri təsdiq etməmiş, rəsmi məlumat yaymamış bu nəticələrə bu sözlərə aldanmayın.

Bəli, mən bir neçə seçki məntəqəsində qalib olmuşam! Bu, o demək deyil ki, yekun nəticələr elan olunub! Səs sayma davam edir... Bir neçə məntəqədən muşahidəçilərimizi zorla çıxardıblar çölə, seçkiləri saxtalaşdırmağa cəhd edirlər! Bu, onlara baha başa gələcək. Heç kim mənim səslərimi oğurlaya bilməz, heç kim mənim seçicilərimə hörmətsizlik edə bilməz! Axıra kimi vuruşacağıq!

Güclüyük, ruhdan düşmürük. Yenə də bildirirəm ki, biz artıq qalib olmuşuq! Bunlar qorxuya düşüb özlərini itiriblərsə, deməli biz gücümüzü göstərə bildik! Yaşasın Azərbaycan xalqı, yaşasın birlik!

Yekun nəticələri gözləyirik".

Qeyd edək ki, bloger M.Hüseynov seçki məntəqəsinə şarla bəzədilmiş kreslo ilə gedib. Həmin görüntüləri təqdim edirik.

 

Musavat.com

  



Oxşar Xəbərlər

Xəbər lenti