27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Növbədənkənar parlament seçkilərində 99 saylı Şəmkir Seçki Dairəsindən də yeni deputat seçiləcək. V çağırış Milli Məclisin üzvü Sona Vəliyeva bu dairədən namizədliyini irəli sürməmək qərarına gəlib. Bəs ali qanunverci orqanda şəmkirliləri təmsil etməyə hansı namizədlər iddialıdır? Onlardan daha şanslı olanları kimlərdir?
MSK-nın informasiya bazasında yerləşdirilən məlumata görə, ümumilikdə 10 nəfərin namizəd olduğu dairədə YAP-ı 32 yaşlı Həsənov Nurlan Urfan oğlu təmsil edir. O, hazırda Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə İş Şöbəsində məsləhətçi vəzifəsində çalışır. Almaniyada təhsil alıb, hazırda Bremen Universitetinin hüquq elmləri üzrə doktorantıdır. Atası Urfan Həsənov uzun illərdir Gəncə Dövlət Universitetində Tarix Fakültəsinin dekanıdır. Rayondakı mənbələrdən əldə etdiyimiz məlumata görə, namizədin yüksək hakimiyyət dairələrindən güclü dəstəyi var.
Bu dairənin sosial şəbəkələrdə aktiv olan namizədlərindən biri isə Tural Zeynalovdur. Elə həmin sosial şəbəkələrdə onun seçicilərə ərzaq payladığını əks etdirən videolar yayılıb. İddia olunur ki, namizəd bu yolla seçiciləri ələ almaq istəyir.
Rayondakı mənbədən əldə etdiyimiz məlumata görə, T.Zeynalov rayonda tanınmış iş adamıdır. Bir neçə kafe, restoran və otel sahibidir. Mənbə T.Zeynalovun seçicilərə ərzaq paylaması barədə yayılan informasiyaları təsdiqləməyib. Hər halda indiyədək belə bir fakt qeydə alınmayıb.
99 saylı dairədən kimin deputat seçiləcəyinə gəlincə, mənbə YAP-ın rəsmi namizədi Nurlan Həsənovun xeyrinə ciddi iş aparıldığını vurğulayıb. "Həm icra strukturları, həm YAP, həm də namizədin özü fəal seçki təbliğatı aparır”, - mənbə bildirib.
"AzPolitika.info”