Dollar ajiotajı, banklara axın və koronavirus təhlükəsi : Adil Qeybulla və Əkrəm Həsənov “Canlı”da

 

Bu gün Musavat.com saytının Facebook və Youtube platformalarında canlı yayımlanan "Müzakirə Masası ” verilişində dünyanı bürüyən və Azərbaycanda da insanları narahat edən koronovirusun dünya bazarlarına təsiri, neftin ucuzlaşması səbəbindən Azərbaycan manatına yaranan təzyiqlər və maliyyə bazarındakı ajiotaj, əhalinin dollar almaq istəyi ilə banklarda yaşanan sıxlıq və koronovirusun yayılması üçün zəmin yaranması və sair məsələlər müzakirə olunacaq.


Saat 14:00-da başlanacaq yayında tanınmış həkim, tibb elmləri doktoru Adil Qeybulla və iqtisadçı ekspert, bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov qonaq olacaq. Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.

Bunun üçün Musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.


Oxşar Xəbərlər

Xəbər lenti