Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Kadir İnanır vəfat etdi
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Dünən, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Qərəz dağarcığı Palkotun revanş haqqı –
bir də gəlsin
Bir ara dəb idi, hansı jurnalist gedib siyasətçilərlə, müttəhimdən nəyin bahasına olursa-olsun, lazımi ifadəni almağa çalışan qəddar NKVD müstəntiqi kimi danışırdı, oxucular, xüsusilə də onların siyasiləşmiş kəsimi həmin “müstəntiq”-müxbirin tərifini göylərə qaldırırdı.
Bunun nəticəsi o oldu ki, ayrı-ayrı gənc qəzetçilər özlərini təsdiqləmək, oxucunun gözündə yaxşı reputasiyaya malik olmaq üçün mütləq müsahibə aldıqları adamla dalaşmaq həddinə gəlirdilər.
Ona görə də müsahibəyə göndərdiyimiz müxbirə hərdən yarızarafat-yarıciddi xəbərdarlıq edirdik: “Yadından çıxarma ki, müsahibəyə gedirsən, mübahisəyə yox. Suallarını ver, cavablarını al, gəl”.
ABŞ-ın “Fox TV” kanalının əməkdaşı Qreq Palkotun Azərbaycanın dövlət başçısı İlham Əliyevlə müsahibəsinin mətnini oxuyanda yadıma özünü “lazımi ifadə almağa çalışan müstəntiq-jurnalist”lər düşdü.
İndi bəzi dostlar yazır ki, o, sıradan biri deyil, qaynar nöqtələrdən reportaj hazırlayıb, 11 sentyabrdan sonra ABŞ-ın Əfqanıstanda və İraqda apardığı müharibəni işıqlandırıb, Səddam Hüseynin gizləndiyi quyuya düşən ilk reportyor olub, bin Ladenin gizləndiyi villaya gedib, Qəzzafinin öldürülməsini müşahidə edib və sair və ilaxır.
Palkotun 3 dəfə “Emmi" mükafatı almasını qeyd edənlər də var.
O, hətta “Pulitser”, “Nobel”, “Oskar” kimi mükafatlar da ala bilər, amma gəlib hansısa münaqişədə tərəf tutacaqsa, dəqiq, obyektiv, vicdanlı olmayacaqsa, o qədər mükafat nəyə yarar?
Fakt odur ki, Qreq Palkot Azərbaycan Prezidenti ilə müsahibədə özünü jurnalistdən çox, erməni QHT-çi kimi apardı. Elə görünürdü ki, o, prezidentlə sayğılı davranır, əvəzində Azərbaycanın haqq işinə çox pis mövqedən yanaşırdı.
Düzdür, o, müsahibə boyunca provokativ suallarına və hərəkətlərinə (müsahibə sual vermək, cavab alarkən sözünü kəsmək) tutarlı cavablar aldı, ancaq biz son 1 ayda Qarabağ münaqişəsi barədə İlham Əliyevin dilindən səslənən həqiqətlərin ilk dəfə bir jurnalist tərəfindən gözardı edildiyini görürdük.
Adamın içindəki qərəz o qədər böyük idi ki, daşdan keçən arqumentlərə önəm vermir, elə qırıq val kimi dediklərini təkrarlayırdı: “Müharibəni siz başlatmısınız”, “atəşkəsi siz pozdunuz”, “atəşkəsə hazırsınızmı”, “atəşkəsə gedəcəksinizmi”, “atəşkəs... atəşkəs”...
İndi bu nədir? Atəşkəslə bağlı sual verdin, cavabını aldın, dirəşməyin mənası nədir.
Bir bu deyil. Qreq Palkot “son iki dəqiqə” deyir, daha sonra 20 dəqiqə müsahibəni davam etdirir, “son iki sual” deyəndən sonra da 7-8 sual verir. Bu, onu göstərirdi ki, “Fox” jurnalisti aldığı cavablardan qane deyil. O, böyük ümid və iddia ilə bir Şərq ölkəsinin rəhbərini suallarla karıxdıracağını, “ifşa edəcəyini” düşünüb, gəlib, daş qayaya rast olub deyə vəziyyətdən çıxmağa çalışır.
Heç jurnalist də Ali Baş Komandan vəzifəsi daşıyan prezidentlə söhbətdə “siz müharibəni uduzmusunuz” ifadəsi işlədərmi? Bir başqası ona daha ağır cavab verərdi.
Palkotun məntiqindən belə çıxırdı ki, hansısa bir dövlət başqa birinə, onun zəif vaxtından, problemlər içində olmasından yararlanaraq, hücum edir, ərazisini tutur, işğalın üstündən 15-20, 25-30 il keçir, işğala məruz qalan toparlanıb öz halal ərazisini geri qaytarmaq istəyəndə ona deyirlər: “Siz o vaxt müharibəni uduzmusunuz, məsələ bitib, indi niyə atəşkəsi pozursunuz?”
Bu cür beynəlxalq hüquq var? Heç belə idman qaydası da yoxdur. Şahmatdan tutmuş qaydasız döyüşə qədər hər uduzanın bir revanş götürmək haqqı var.
Bəli, biz yüz bir səbəbdən (əsasən də ona görə ki, Allah Surətin evini tiksin) Qarabağ müharibəsinin birinci raundunu uduzmuşduq, indi ayağa qalxıb revanş götürür, uduruq, möhtəşəm zəfər qazanmaq üzrəyik, dayanaq?
Dayanaq, təslim olaq, torpağı verək düşmənə? Tarixdə hansı dövlət belə edib? Yaponiya 1945-ci ildə müharibəni uduzub, Kuril adalarını itirib, indi geri qaytarmağı düşünmür? Rusiya və Yaponiya rəsmilərinin elə bir görüşü olmur ki, yaponlar bu məsələni qaldırmasın. Sadəcə, əlində kütləvi qırğın silahı olmayan yaponlar nüvə dövləti ilə başqa cür danışa bilmirlər.
Bəs bizə nə olub? Topumuzun lüləsi ermənilərinkindən uzundur, tankımız daha çoxdur, əsgərimiz daha şücaətlidir, üstəlik, dronlarımız da var. Ona görə də vaxtilə bizi öz yer-yurdlarımızdan qovanları çox səliqəli şəkildə onlara yad olan torpaqlardan qovuruq.
İndi bəziləri Qreq Palkotun sual vermə, cavab alma manerasına haqq qazandırır, “jurnalist belə olmalıdır” deyirlər. Amma təxminən eyni adamlar öz jurnalistlərimiz belə hərəkət edəndə qınayır, “əsl jurnalist tərəfsiz olmalıdır, müsahibi ilə mübahisə etməməlidir” deyirdilər.
P.S. Palkotun de-marşı bu dəfə alınmadı, uduzdu, getsin, bir də gəlsin, nə də olmasa revanş haqqı var.
Oxşar Xəbərlər
Jurnalistlər icra başçılarından çox maaş alırdılar, indi bu peşəni gözətçiyə dəyişirlər
Türkiyə televiziyasında İlham Əliyevlə bağlı reportaj
“Robot kimidirlər, gəlməyə davam edirlər: Çox qorxuruq ”
ABŞ telekanalı: “Putin Suriyada nəyin bahasına olur-olsun, qələbə əzmindədir” –Təhlil
Xəbər lenti
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Yağış yağacaq -
PROQNOZ
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma