2021-ci ilin altı ayı ərzində Bakı-Tbilisi-Qars dəmir yolu ilə 11 084 TEU konteyner daşınıb.“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner”dən Sozcu.info-a verilən məlumata əsasən, bu rəqəm 2020-ci il ərzində daşınan konteynerlərin ümumi sayına (11 748 TEU) yaxındır.BTQ ilə ilin əvvəlindən təyinat stansiyalarına 369 TEU idxal, 397 TEU ixrac, 10 318 TEU tranzit yükü çatdırılıb. Konteynerlərdəki yüklərə gəlincə, ən çox əlvan metallurgiya və kimya sənayesi məhsulları, avadanlıqlar, taxıl və taxıl məhsulları, tekstil, heyvan yemləri, tikinti materialları daşınıb.Ən çox konteyener 3206 TEU olmaqla Qazaxıstan-Türkiyə marşrutu üzrə daşınıb.