Vüqar Səfərlidən jurnalistlərin evi ilə bağlı mühüm açıqlama - "3-cü bina da tikiləcək

 "Mənzilə ehtiyacı olan jurnalistlər üçün dövlət tərəfindən 3-cü bina da tikiləcək”.

Bu açıqlama ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli "Kaspi”qəzetinin redaksiyasında keçirilən iclasda çıxış edib.

 

 

V.Səfərli redaksiya əməkdaşlarının suallarını cavablandırarkən mühüm bir məsələyə də aydınlıq gətirib. O, 2-ci binadan tikilən 256 mənzilin hamısının jurnalistlərə veriləcəyini söyləyib(bakipost).

 

 

Qeyd edək ki, bir müddət əvvəl xəbərlər yayılmışdı ki, həmin binadan bəzi mənzillər növbəti il üçün saxlana bilər. KİVDF rəsmisi isə deyib ki, bütün mənzillər bu il sahiblərinə veriləcək.



Oxşar Xəbərlər

Xəbər lenti