10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Əlibala Əsgərov:“DÜZ 5 GÜNDÜR ŞEYXLƏ GÖRÜŞƏ BİLMİRƏM”
Əlibala Əsgərov: "Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində çox gizli və çirkin proseslər gedir”
"Dini sektalar baş alıb gedir. İraqın dini liderləri gəlib-gedir, sonra İranın mollaları gəlir”
Gürcüstanda yaşayan soydaşımız, "Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov
"Şərq”
in redaksiyasında qonaq olub. Ə.Əsgərov Gürcüstan azərbaycanlılarının problemlərini bir sıra rəsmi şəxslərin diqqətinə çatdırmaq məqsədi ilə ölkəmizə gəldiyini deyib. Ancaq bir neçə gündür Azərbaycanda olduğunu bildirən Hərəkat sədri müvafiq şəxslərlə görüşünün baş tutmamasından gileylənib.
Onun sözlərinə görə, bəzi dövlət qurumları soydaşlarımızın problemlərinə biganə yanaşırlar. Ə.Əsgərov Gürcüstanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların 5 qlobal problemlə üzləşdiklərini bildirib.
Hərəkat rəhbəri bəyan edib ki, narahatlıq doğuran ən ciddi məsələ dini təhlükə və təhsillə bağlı problemlərdir:
"Dini sektalar baş alıb gedir. İraqın dini liderləri gəlib-gedir, sonra İranın mollaları gəlir. Onlar gedir, Türkiyədən İsmaililər camaatının nümayəndəsi gəlir. Gürcüstan sanki bir poliqon olub. Dünyanın hər tərəfindən gələn var, amma Azərbaycandan bir dini xadim oraya gəlmir. Bu gün Gürcüstandakı 154 məscid Türkiyənin nəzarəti altındadır. Özü də dövlətin yox, ayrı-ayrı sektaların, dini camaatların əlindədir. 54 məscid isə İraq və İranın tabeliyindədir. Yəni həmin ibadət ocaqları adını çəkdiyim dövlətlər tərəfindən maliyyələşir.
Azərbaycanın isə bir dənə də olsa istinad nöqtəsi yoxdur. Pankisi bölgəsində radikal islamçılar, İŞİD-çilər, vəhhabilər yayılıb. Qərbin niyyəti odur ki, həmin təhlükəli bölgəni Kvemo-Kartli ilə birləşdirsinlər. Yəni orada olan radikal qrupları digər bölgələrə də daşısınlar. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Gürcüstana gəlir və patriarxı II İlya ilə görüşür. Həmin görüşə mən də dəvət olunuram. QMİ Gürcüstana şəxsi nümayəndələri qoyub, orada bir şeyx, bir də müfti var.
Onların heç biri həmin görüşə dəvət edilmir. Mən onları görməmişəm. Baş nazirlə görüşməlidir, amma Gürcüstan nümayəndəliyi yoxdur deyə baş nazirlə görüş təxirə salınır. Dəfələrlə soruşuruq ki, axı niyə belə edirsiz, niyə bizə sahib çıxmırsız? Biz istəyirik ki, burada Azərbaycanın da dayaqları olsun. Şəxsən Gürcüstanın xarici işlər nazirinə demişəm ki, "biz sizin yaratdığınız yerli dini təşkilatı tanımırıq və bütün fətvaları QMİ-dən alarıq”. Amma QMİ rəhbərliyi bizim üstümüzdən xətt çəkir. Düz 5 gündür Hacı Salmana (Şeyxülislamın birinci müavini) zəng edirəm ki, məni Şeyxlə görüşdür, müzakirə olunası önəmli məsələlər var. Amma hələ də görüşümüz baş tutmayıb. Sabah bizdən heç nə gözləməsinlər. Qardabaninin ortasından radikallar, İŞİD-çilər, vəhhabilər çıxanda deməsinlər ki, bunlar haradan peyda oldu?!”.
QHT rəhbəri deyib ki, Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində çox gizli və çirkin proseslər gedir. Lakin Azərbaycan rəsmilərinin bunlardan xəbəri yoxdur, heç öyrənməyə həvəsləri də yoxdur:
"Sabah Kvemo-Kartlidə millət qarşı-qarşıya qalanda çox gec olacaq. Mən bu gündən həyəcan siqnalını verirəm. Bizə kömək lazımdır. İldə üç-dördə dəfə QMİ-nin nümayəndəsi Gürcüstana gəlməli, orada tədbir keçirməlidir. Soydaşlarımız bilməlidir ki, Azərbaycan dövləti onlar üçün iş görür. Peyğəmbərimizin (s), İmam Əlinin (ə) mövludu olur, tədbir üçün İraqdan, İrandan gəlirlər.
Nə olar ki, o məclislərin birini də Azərbaycan nümayəndələri təşkil etsinlər. Niyə İraq və İranın işığına yığışmalıyıq? Bəs azərbaycançılıq harda qaldı? Biz Gürcüstanda az deyilik, yarım milyonuq”.
Ə.Əsgərov bildirib ki, soydaşlarımızın ciddi problemlərindən biri də təhsillə bağlıdır:
"Təhsillə bağlı bir addım belə irəli gedə bilmirik. İnanın, səmimi deyirəm, bizim kadrlarımız yoxdur. Müəllimlərimiz 80 yaşa çatıblar. Sinfə girəndə onların başı əsir, dərs vaxtı yatırlar. Uşaqlar da yalandan sinfə girib-çıxırlar, öyrəndikləri heç nə yoxdur, təlim, tədris, tərbiyə görmürlər. Bizə deyirlər ki, "soydaşlarımız gürcü dilində öyrənsinlər”. Lap tutaq ki, oxudular, misal üçün, bu il min nəfər Gürcüstanın ali məktəbini bitirib, gürcü dilini öyrəniblər. Onlar harada gedib işləsinlər? Heç harda, məktəbi bitirdikdən sonra da gedib bazarda alverlə məşğul olurlar. Belə məqamda uşağımın hər gün 30 kilometr aralıdakı məktəbə boş-boşuna gedib gəlməsinin bir mənası qalmır. Azərbaycanın təhsil naziri Gürcüstana gəlmişdi. O zaman nazirin qarşısında bütün problemləri sadaladım. Onun isə mənə cavabı belə oldu: "Bizim bu məsələlərə gücümüz çatmır”. Mən də dedim ki, cənab nazir onda bura gəlməyinizin nə xeyri var? Bizi narahat edən məqamlar var. Birinci sinif "Əlifba” kitabını açıram, "Azərbaycan mənim Vətənimdir, paytaxtı da Bakıdır”. Bir tərəfdə Azərbaycanın bayrağı, digər tərəfdə də himnimiz. Təsəvvür edin ki, Gürcüstan məktəbində hansısa bir gürcü "Əlifba” kitabını açır və bu mənzərə ilə qarşılaşır. Ona xoş olarmı? Əlbəttə ki, yox. Gürcü rəsmiləri bunu görəndə bizə deyirlər ki, "gedin öz vətəninizdə yaşayın”. 10 ildir deyirik ki, Gürcüstana göndərilən dərsliklərdə 5-6 paraqrafı dəyişsinlər. Dərsliyin bir vərəqinə də yazsınlar ki, "Gürcüstan mənim vətənimdir, paytaxtı da Tbilisidir”. Soydaşlarımız üçün 1500 kitabı o cür çap etmək çətin iş deyil ki”.
QHT sədri Rustavidə və ya Marneulidə müştərək bir ali təhsil müəssisəsinin yaradılmasını təklif edib:
"Təkcə pedaqoji kadrlar üçün yox, əvvəli pedaqoji kadrlarla başlamalıdır. Çünki Gürcüstanla Azərbaycanın təhsil sistemi arasında fərq var. Burada təhsil alan tələbələr Gürcüstan tərəfindən qəbul olunmur. Yeni qurulan ali təhsil müəssisəsi ildə 12-15 nəfər pedaqoji kadr hazırlasın. Müəllimlərin yarısı buradan olsun, yarısı da oradan. Kadr yoxdur, ən cavan kadr pensiya yaşını keçib. Yeni gələnlər isə bir özəl institut var, oranı qurtarıblar, daha doğrusu, oradan diplom satın alıblar. Savadsızdırlar, dünyadan xəbərləri yoxdur. O cür kadrlar bizə lazım deyil. Bu gedişlə Gürcüstanda azərbaycandilli məktəblərə xitam veriləcək”.
Ə.Əsgərov bildirib ki, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev kimi adamlar onlara lazım deyil. Çünki o nə gürcü kimi gürcü, nə də azərbaycanlı kimi azərbaycanlıdır:
"O adam Nizaminin, Füzulinin kim olduğunu bilmir, tarixindən xəbəri yoxdur. Hazırkı dərsliklərlə biz özümüzü, milliliyimiz, azərbaycanlığımızı qoruyub saxlaya bilmərik. "Ninonun 4 qələmi var idi, Dato da ona 3 qələm verdi, onların cəmi necə qələmi oldu?” kimi ifadələrlə Azərbaycan uşağını milli ruhda yetişdirmək olarmı? Bəla orasındadır ki, bu cür dərsliklərlə gürcü kimi də yetişmək mümkün olmur. Nə olsun ki, 1993-cü ildəki kimi bizi qovmurlar, altımdan palazımı çəkmirlər. Amma iş yerim, torpağım, təhsilim yoxdur. Övladım soruşanda ki, "ay ata, mənim bu ölkədə perspektivim nədir?” Mən ona cavab verə bilmirəm. Soydaşlarımızın yeganə ümid yeri Türkiyənin "nərdivanaltı” iş yerləridir. Çoxları gizlin, qaçaq yollarla Türkiyədə özlərinə iş tapırlar. Orda da bəziləri kürdlərin təsiri altına düşür, aylarla, illərlə qalır, heç pulunu da ala bilmir. Soydaşlarımız Azərbaycana axın etmirlər. Ona görə yox ki, orada daha yaxşı yaşayırlar. Səbəb odur ki, Bakıda çox bahaçılıqdır. Borçalılar Bakıda dolana bilmirlər və geri qayıdırlar. Təəssüflər olsun ki, bizimlə bağlı Azərbaycana yanlış məlumatlar gəlir. Yəni elə bilirlər ki, Gürcüstanda dolanışığımız çox yaxşıdır. Əslində biz maddi yardım tələb etmirik, bir qara qəpiyə ehtiyacımız yoxdur. Sadəcə mənəvi dəstəyə ehtiyacımız var”.
Həmsöhbətimiz deyib ki, iqtidar partiyasından 3, müxalifətdən isə 1 deputatımız var. Amma mühüm işlər görülmür:
"Deputatlarımız - Savalan Mirzəyev, Ruslan Hacıyev, Mahir Dərziyev, bir də Azər Süleymanovdur. Azər müəllim müxalifətdəndir, amma iqtidar partiyasından regionun 4 deputatı var, üç azərbaycanlı, bir nəfər isə gürcü - Tamaz Naverian. Ötən gün möhtərəm deputatımızdan biri təhsillə bağlı açıqlama verib. Deyib ki, komitələri yığıb məsələni araşdıracaq. Axı nəyi araşdıracaqsan, cənab deputat? 2005-ci ildə qanun qəbul olunub. Gürcüstan məktəblərindən Azərbaycan dilində tədris yoxdur”.
Ə.Əsgərov bəyan edib ki, bu proseslərin həlli üçün Azərbaycan dövlətinin dəstəyinə, qayğısına ehtiyacımız var. Onunla yanaşı, borçalıların qurumu da olmalıdır: "Bizim orada hüquqşünasımız, iqtisadçımız yoxdur. İmkanı olan oranı tərk edib, sadəcə kütlə qalıb. Bizə problemlərdən başı çıxan, dərdimizə ortaq olan, müvafiq qurumlar qarşısında məsələ qaldıran şəxslər lazımdır. 25 ildir Borçalı Cəmiyyəti deyilən bir qurum var. Zaman-zaman isə sadəcə adı olub. Heç kim deyə bilməz ki, 25 il ərzində Cəmiyyət bir nəfərin problemini həll edib. Əgər ediblərsə, mənə sübut etsinlər. 1990-91-ci illərdə Qamsaxurdiyanın dövründən 5000 qaçqının burada qeydiyyatı yoxdur. O dövrdə qaçqın olub, evini-eşiyini buraxıb Azərbaycana gəlib və əsgərliyə gedib. Təsəvvür edirsizmi, burada əsgərliyə gedib, amma qeydiyyatı yoxdur. Hərbi xidmətdən sonra biliblər ki, o adam Azərbaycan vətəndaşı deyil, ona görə də xidmətini ləğv ediblər. Bu problemləri həll etsinlər”.
Qurum ətrafında yaşanan son prosesləri dəyərləndirən Ə.Əsgərov deyib ki, o, Borçalı Cəmiyyətinin sədri Kərəm Məmmədova qurumdan uzaqlaşmasını məsləhət görüb:
"Ona dedim ki, elm sahəsi və tarixlə məşğul olmaqla Cəmiyyəti idarə etmək arasında fərq çoxdur. Hörmətli ziyalımıza tövsiyə etdim ki, vaxtında sədrlikdən istefa versin. Çünki bu yol sənin əqidənə, ədəb-ərkanına uyğun deyil. Yenidən işçi qrupu araşdırsın və dövlətin tanıdığı, qəbul etdiyi bir şəxsin üzərində dayansınlar. Gürcüstandakı azərbaycanlıların problemini müxalifətdə həll etmək qeyri-mümkündür. Soydaşlarımızın problemləri ilə məşğul olacaq şəxsi dövlət yaxından tanımalı və dəstəkləməlidir. Dövlətlə yan-yana hərəkət etməyən bir təşkilat bizə lazım deyil. 10 ildir mənim şüarım budur. Zəlimxan Məmmədli mənim qardaşımdır, o, siyasətdə yetərincə tanınan şəxsdir. Amma o zaman da etiraz edirdim ki, Z.Məmmədli müxalifətə yaxın adamdır, ona görə də onun rəhbərliyi dövründə quruma isti yanaşma yox idi. Çox araşdırdım, amma heç bir qrup sədrliyə namizəd irəli sürmür. Elə bil hamı biri-birindən qorxur. Şəxsən mənim öz fikrim var. Təklif etdim ki, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədova təklif edək və onu Cəmiyyətə sədr gətirək. Çünki dövlət onu tanıyır. Düzdür, hələlik onunla görüşmək şansımız olmayıb. Mən sadəcə öz fikrimi demişəm. Türkiyə Şimali Kipri "yavru vatan” adlandırdığı kimi, Borçalı da Azərbaycanın "yavru vatanıdır”.
İsmayıl,
"Şərq" qəzeti
Oxşar Xəbərlər
Ombudsman Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlama verdi
Azərbaycanlı biznesmen Cəlilabaddakı ata evində özünü öldürdü
Dilqəm ağır durumda: “30-dan çox iynə vurdular”
Allahşükür Paşazadə: “Azərbaycanda dini münaqişə yoxdur”
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…