Göyçayda İcra başçısı ilə müdir arasında qalmaqal

 



Redaksiyamızın elektron ünvanına bir qrup Göyçay rayon sakinləri tərəfindən müraciət daxil olub. Müraciəti olduğu kimi təqdim edirik:

 

 


Biz Göyçay rayon sakinləri mətbuat vasitəsilə  Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik ki, Göyçay rayon İcra Başçısı Mehdi Səlimzadənin talançılıq, korrupsiya cinayətlərini araşdırıb onun və əlaltılarının barəsində ciddi tədbirlər görsünlər. Mehdi Səlimzadə 1 il 3 aydır ki, Göyçay rayon icra başçısı vəzifəsinə təyin olunub. Bu müddət ərzində  yaratdığı özbaşınalığın, fəaliyyətsizliyin nəticəsində rayonda idarəetmə itib. Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevlə Mehdi Səlimzadənin pul bölgüsünə görə aralarında yaranmış mübahisə nəticəsində Göyçay şəhəri zibillik içində itib batır. Şəhər baxımsız vəziyyətə düşüb buna görə sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır. Bu iki hoqqabazın intiriqasına görə Göyçay respublikanın ən çirkli şəhərinə çevrilib.

Belə ki,  icra başçısı Mehdi Səlimzadə ilə Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin arasında pul bölgüsü üstündə mübahisə yaranıb.Göyçay şəhərində hər evdən zibil pulu adı ilə hər ay 3 manat pul yığılır ki, buda 30.000 manat edir. Həmin pulun 10.000 manatı icra başçısına çatır. İcra başçsı isə hər abonetdən alınan 3 manatın ikisinin ona çatdırılmasını tələb etsədə Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyev buna razı olmayıb. Nəticədə ciddi mübahisə yaranıb. İcra başıçsı Loğman Əliyevi işdən çıxaracağı ilə hədələyəndə  o isə icra başçısına "məni səndən əvvəlki icra başçısı şərləyib həbs etdirdi amma mən ali məhkəmənin qərarı ilə bəraət alıb işimə bərpa olmuşam sənin mənə gücün çatmaz,  bundan sonra sənə bir qəpikdə olsun pul verməyəcəm"-deyib  qapısını çırparaq oranı tərk edib.
Qeyd edək ki, Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin 2013-cü il tarixdə vəzifə səlahiyyətlərini aşma və xəsarət yetirmə maddəsi ilə təqsirli bilinərək 6 il müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum olunmuşdur.Ali məhkəmənin qərarı ilə ona 2015-ci il tarixdə bəraət verilmiş və əvvəlki işinə bərpa ounmuşdur. Loğman Əliyevin bəraətə görə 100.000 manat rüşvət verdiyi deyilir.

İndi Loğman Əliyev icra başçısı ilə intiriqa aparır deyə  3-4 gündən bir təmizlənən küçələr süpürülmür, zibillər yığılmır.
Nəticədə də binaların qarşısını küçələri zibil basıb. Rayon sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır. Hətta Loğman Əliyev ictimayyət arasında icra başçısı Mehdi Səlimzadənin ünvanına nalayiq söyüşlər səsləndirir. İcra başçısı ondan açıq-aşkar qorxur və heç bir tədbir görə bilmir.Çünki aralarında yaranmış mübahisəyə qədər Loğman Əliyev saxtakarlıq, korrupsiya yolu ilə əldə etdiyi pulun müəyən miqdarını icra başçsına verən zaman diktafonla onun səsini gizli yazdığı deyilir. Mehdi Səlimzadə bu səs yazısının yayılacağından qorxuduğu üçün Loğman Əliyevin qarşısında aciz qalıb. Mehdi Səlimzadə çox çalışır ki, qardaşı oğlu Əlini Göyçay Kommunal Təsərrüfat İdarəsinin rəisi vəzifəsinə təyin etsin.
Bu iki məmurun pul üstündə etdikləri davanın ağrı-acısını Göyçay sakinləri çəkir. Küçələrdə nə zibil əlindən yerimək olur, nə də qoxudan nəfəs ala bilirik. Parklarda hovuzlara su vurulmur, içərisini zibil basıb. Sanki Göyçay müharibədən çıxmış şəhərə oxşayır.
Hörmətli Prezident, hörmətli Mehriban xanım!

 Sizdən xahiş edirik iki məmurun pul üstündə apardığı intiriqalardan əziyyət çəkən günahsız Göyçay rayon sakinlərinə köməklik edəsiniz. İmza; Göyçay rayon sakinləri

1.Məmmədov Mirzə Əli oğlu
2.Şükrov Rəhim Nüsrət oğlu
3.Hüseynov Azər Tahir oğlu 
4.Qasımova Məlahət Adil qızı 
5.Umudova Kəmalə Fəzail qızı                                                                  

6.Eyvazova Gülsurə Yusif qızı                                                                  

7.Kamilova Könül Gülağa qızı

8.Tərlanova Sürəyya Aslan qızı
9.Salahova Tahirə Faiq qızı

10.Dadaşov Yaqub Oruc oğlu
11.Əliyev Əlibala Nuru oğlu

 

Göyçayda İcra başçısı ilə müdir arasında qalmaqal

 

Göyçayda İcra başçısı ilə müdir arasında qalmaqal

 

Göyçayda İcra başçısı ilə müdir arasında qalmaqal

 

Göyçayda İcra başçısı ilə müdir arasında qalmaqal

 

Göyçayda İcra başçısı ilə müdir arasında qalmaqal

 

Göyçayda İcra başçısı ilə müdir arasında qalmaqal

 

Göyçayda İcra başçısı ilə müdir arasında qalmaqal

 


 

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti