`TƏRTƏR İŞİ`nə görə saxta məhkəmə hökmü çıxaran HAKİMLƏR... - Onlara HANSI CƏZA DÜŞÜR?


Nəhayət, cəmiyyətin uzun müddətli və prinsipial mübarizəsindən sonra “Tərtər İşi” üzrə obyektiv nəticələr əldə olundu. Yüzlərlə vətəndaşa verilən işgəncələr, bu işgəncələr nəticəsində həyatını itirənlər ölümündən sonra bəraət aldı. Saxta hökmlərlə mühakimə olunanlar isə azadlığa çıxdı.

Milli Məclisin son iclasında İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bu işə görə sabiq baş prokuror Zakir Qaralovu və onun müavini olan hərbi prokuror Xanlar Vəliyevi ittiham etdi.

Komitə sədri həmin şəxslərin Azərbaycan xalqından üzr istəməsini tələb etdi.

Ancaq bu məsələdə məsuliyyət daşıyan əsas şəxslər də var.

Sozcu.info-nun məlumatına görə, Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, “Tərtər İşi” üzrə qanunsuz hökm çıxaran hakimlər İlqar Quliyev və Əhməd Sarıyev olub.

Bu hakimlər öz cəzasını almayınca “Tərtər İşi”nin tam başa çatdığını söyləmək doğru olmazdı.

Azərbaycan Cinayət Məcəlləsində hakimin bilə -bilə qanunsuz hökm çıxarması həmin hakim haqqında cəza müyyən edib.

Cinayət Məcəlləsinin 295-ci maddəsində yazılır:

Maddə 295. Bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma

295.1. Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması—

beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

295.2. Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökm ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda—

beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin, bu sensasion cinayətlərin birbaşa iştirakçısı olan Hərbi Prokurorlğun müstəntiqləri də məsuliyyəyə alınmalıdır. Bunun üçün də Cinayət Məcəlləsində Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı məsuliyyət müəyyən olunub.

Qeyd:

Maddə 290. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə

290.1. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə—

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

290.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı törədildikdə—

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}