8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hindistanın maliyyə naziri Arun Jaitley Nyu-Dehli şəhərində Azərbaycanın maliyyə naziri Samir Şərifovla görüşüb.
Hindistanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, nazirlər iki ölkə arasında əməkdaşlığın, xüsusilə də ticarət və investisiya, ticarət və biznes nümayəndə heyətlərinin mübadiləsinin genişləndirilməsi yollarını müzakirə ediblər. Tərəflər, həmçinin üzərində danışıqlar aparılan ikitərəfli sazişlər, ikitərəfli investisiya Sazişi və ikiqat vergitutmanın aradan qaldırılması Sazişi ilə bağlı da müzakirələr aparıblar.
Görüşdə bildirilib ki, Hindistan ilə Azərbaycan arasında tarixi əlaqələrə əsaslanan yaxın dostluq münasibətləri və inkişaf edən ikitərəfli əməkdaşlıq mövcuddur. Hindistanın "ONGC Videsh” şirkəti Azərbaycanın neft-qaz sektorunda paya malik tərəfdaşdır. 2017-ci ildə Hindistanın Azərbaycana ixracı 60 faizdən çox artıb. Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət 460 milyon ABŞ dollarına çatıb. Azərbaycanlı peşəkarlara və tələbələrə Hindistanın müəssisələrində xərclərin tam qarşılandığı təlim proqramları təklif edən Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq Proqramı (ITEC) üzrə Hindistan və Azərbaycan arasında bilik və bacarıqların artırılması sahəsində inkişaf edən əməkdaşlıq mövcuddur. (AzərTAc)