​“Borçalı” İctimai Birliyi “Xocalı soyqırımı” abidəsini ziyarət etdi

 

"Borçalı” İctimai Birliyinin sədri Pünhan Məmmədov və təşkilatın onlarla üzvü Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana Harayı” abidəsini ziyarət edib.
"Borçalı” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Birlik üzvləri "Xocalı soyqırımı” abidəsinin önünə gül dəstələri qoyub, soyqırım qurbanlarının ruhuna dualar oxunub.
"Borçalı” İctimai Birliyinin sədri Pünhan Məmmədov Birliyin mətbuat xidmətinə açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin son illər ermənilərin iç üzünü açan Xocalı soyqrımının dünyaya tanıdılması istiqamətində apardığı siyasət təqdirolunandır. Birlik sədri bu sahədə xüsusən də Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılan "Xocalıya Ədalət” kampaniyasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.


Oxşar Xəbərlər

Xəbər lenti