8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Taledən qaçmaq mümkün deyil - dünyanın qanunudur bu, amma uzaq 2003-cü ildə müxalifətdən prezidentliyə favorit namizəd İsa Qəmbərin heç ağlına gələrdimi ki, düz 15 il sonra o - unudulmuş, özünün keçmiş silahdaşları tərəfindən tərk edilmiş və satılmış lider, bir vaxtlar bütün strategiyasını qüdrətli də olsa, tək bir adamın ölümü üzərində qurmuş siyasətçi özü xəstəxana palatasında həkimlərin hökmünü gözləməli olacaq?
Hər adamın həyatda səhvi olur və o, öz keçmişini vərəqləməli, harada xəta etdiyini, harada dayandığını görməli və öz-özü ilə barışmaq anını tapmalıdır.
Allah hamını mühakimə edir. Allah hamını mühakimə etdi...
Aprel, 2003-cü il
Baharın rütubətli səhəri gözlənilmədən isti yay günü ilə əvəzləndi. Bakının havasının öz qəribəlikləri var. Günəş çox yüksəkdə dayanmışdı.
Ölkənin əsas sarayının məhtəşəm səhnəsində hələ taleyin və müharibənin sınağa çəkmədiyi gənc yunkerlər - hərbi məktəbin məzunları qarşısında ötən əsrin ən parlaq siyasətçilərindən biri Heydər Əliyev çıxış edir. Və birdən xəstəlik prezidenti birbaşa səhnədə haqlayır. Heydər Əliyev yıxılır. Lakin bu hakimiyyətin yıxılması deyildi. Bu, böyük əsgərin son döyüşü idi... o, bu dəfə həyat uğrunda çarpışırdı. Siyasət əbədidir, həyat isə qısa. Heydər Əliyev kimi şanlı döyüşçü özündə son güc tapıb, toparlanıb, ayağa qalxdı və yenidən səhnəyə döndü. Heç kimin ağlına da gəlməzdi ki, yıxılan prezidentin qabırğaları sınıb. O, səhnədən özünəməxsus qüdrətli qalib təbəssümü ilə ayrıldı... Heydər Əliyev hətta ölümə da gülümsədi. Bizlərdən ən cəsurları və yenilməzləri həyat səhnəsini beləcə tərk edir.
Əlyazmalar yanmır. Bəs bizim hakimiyyət ustasının yeni meydana çıxmış tərəfdarlarının çoxu Bulqakovun Ustadının mühakimələrinin həqiqiliyinə inanmağa necə can atardı?! Bulqakovun Volandı, digər İblislər kimi, əlyazmaların gizli sobada yanmasına izin verə bilməzdi. Qarşımda "Yeni Müsavat”, "Azadlıq” və başqa dövr mətbuata aid çoxsaylı nüsxələri qalaqlanıb - yalana bürünmüş nüsxələri...
Zaman keçdikdə ümid azalırdı. İsa Qəmbər ölkəni böyük çaxnaşmalara və dəyişikliklərə hazırlayırdı. Bir adamın ölümü üzərindən. Müxalifətçilərin qəlbini böyük sevinc bürümüşdü. Qəmbər və tərəfdaşları abır-həya və ləyaqət hisslərini bir kənara atıb, sosial əxlaqın yazılmamış qaydalarını unudaraq öz rəqibinin yıxılmasını hakimiyyətin çöküşü kimi qəbul etdilər. Hakimiyyətin qaçılmaz çöküşü kimi. Siyasi mədəniyyət necə də deqradasiyaya uğradı! "O, ölüb”, "Onun ölümü-bizim xilasımızdır”, "Hakimiyyətin sınmış qabırğası”... Qəmbərin partiya qəzetinin vulqar və tərbiyəsiz başlıqları gözümün önündədir.
Heydər Əliyev səhnəni tərk etdi, amma onun kölgəsində güclü dövlət pənah tapmışdı. Azərbaycan siyasətinin patriarxı bu dövləti ehtiva edirdi (axı söhbət monumental şəxsiyyətdən gedir!), amma o bu tamam ayrı, həyat qabiliyyətli dövlət orqanizmi ifadə etmirdi. Onlar isə düşünürdü ki, Heydər Əliyev elə dövlətin özüdür. Onlar dövlətin ölümünə inanırdı və buna ümid edirdi.
Ağlını itirmiş gicbəsərlər Azadlıq meydanının tribunasına can atırdı. "Kütlədən daha xaotik və qeyri-sabit heç nə yoxdur”- qədim Roma tarixçisi Tit Liviy belə yazırdı. Nəyə görə mən tez-tez qədim tarixə müraciət edirəm? Çünki tarixi hadisələr təkrarlanır, insanlar isə tarixi düşüncələrə məhəl qoymur. İnsanlar tarixi oxumur, yaxud sadəcə olaraq tarixdən nəticə çıxara bilmir.
Azğın və qeyri-sabit, amma azsaylı kütlə Leninin heykəlinin aşırıldığı nöqtəyə can atırdı. Bu kütlə və onun lideri Qəmbər Əliyev dövlətinin devrilməsinə can atırdı. Qul həyatından hökmranlığa cəmi bir addım qalmışdı. Mən sevincdən titrəyən əlləri tribunadan yapışmış Sərdar Cəlaloğlunun sifətindəki ikrahdoğurucu ifadəni və təbəssümü bu günkü kimi xatırlayıram. Onlar sözün əsl mənasında xırda yırtıcı quş sürüsü kimi tribunaya cummuşdular. Cəsədin, cəsədlərin arasından şığıyırdılar.
Fəqət bu səhnə sadəcə stəkanda suyun fırtına kimi qələmə verilən çalxalanmasına bənzəyirdi. Silahların xışıltısı ətrafı silkələdi, havada ağlını itirmiş kütlənin uğultusu qalmışdı... az sonra tüstü çəkildi. Meydan boşaldı. Orada ancaq məğlubiyyətin iyi qalmışdı. Uğursuzluğun həmişə öz ətri olur. İsa Qəmbər və onun yırtıcı quşları prezidentin xəstələndiyi gündən sonrakı aylar ərzində bütün baş verənləri qəlb yarası və ağrısı ilə yaşayanların hamısına dərindən nifrət edirdi.
Aprel, 2018-ci il
Heydər Əliyevin vəfatından 15 il sonra Azərbaycanda yenə prezident seçkiləri yaxınlaşır. Yenə həmin səhnə, həmin sifətlər. Tarixin həminki dönüşü. "Təcili yardım” karetası tam sürətlə Mərkəzi Klinikaya hərəkət edir. Silahdaşları tərəfindən tərk edilmiş və unudulmuş İsa Qəmbəri infarkt diaqnozu ilə xəstəxanaya çatdırırlar. Alovdan çıxmaş əlyazmaların səhifələrində 15 il bundan öncə Əliyev hakimiyyətini ünvanına lənətlər yağdıranlar İsa Qəmbərin məğlubiyyətindən sonrakı 15 il ərzində öz qəzəblərini bəd taleyin yıxdığı bu əvəzedilməz müxalifət liderinə qarşı yönəltdilər. Vay məölubun halına! Həmin epitetlər, həmin leksikon, həmin patetika, həmin aktyorlar. Bu nədir axı, doğrudanmı göylər Qəmbərdən qisas alır?
Bəs Qəmbərin rəqibi - Heydər Əliyevin oğlu necə rəftar edir? Yox, o atasına görə qisas almır. Qisası zəiflər alırlar, güclülər isə bağışlamağı bacarır. İlham Əliyevin ürəyi asan olmayan taleyin çəkici altında ancaq bərkiyib və möhkəmlənib.
Ən yaxşı həkimlər səfərbər olunub ki, prezidentliyə namizədin həyatını xilas etsinlər. Həkimlər İsa Qəmbərin həyatını xilas edirlər, ürəyinə stendlər qoyurlar.
Lakin xəstəlik məkrlidir və o, İsa Qəmbərin axırına çıxmağa necə də can atır. Yeni zərbə: insult və beyinə qan sızma! İsa Qəmbəri yenə ölkənin ən yaxşı klinikasına yerləşdirirlər, nevropatoloqları və terapevtləri səfərbər edirlər, həkimlər yenə onun həyatını xilas edirlər, kritik vəziyyətdən çıxarırlar. Bundan əlavə Qəmbərin arzusunu nəzərə alaraq onun sonrakı müalicəsinin Türkiyədə aparılmasına şərait yaradırlar. Və Ankarada da müxalifət liderini bakılı həkimlər müşaiyət edir.
Göylərin intiqamı? Qəmbərin həyatını Heydər Əliyevi yaratdığı klinikada xilas edirlər. Bəli, Qəmbərin həyatı təhlükədədir və onun xəstəliyi çətin müalicə olunandır. Təəsüf, Qəmbər bu xəstəlikdən çətin bərpa oluna və böyük siyasətə dönə. Amma Qəmbərin bütün siyasi rəqibləri onun tezliklə sağalmasını arzu edir...
Bəs Qəmbərin tərəfdaşları Heydər Əliyevin ünvanına hansı lənətlər yağdırırdı? "Biz onun ölüm xəbərini gətirənə ürəyimizi verərik” - gənc müsavatçı qızlar hayqırardı. "Biz onun dəfni günü ölüm rəqsi edəcəyik” - ağzından köpük axan saqqallı-cəbhəçilər qışqırardı. Onlar lap qüdrətli adam olsa belə bir nəfərin ölümü üzərindən qələbə arzusu ilə alışıb-yanırdılar.
Bizləri təkcə həyat yox, həm də hamımızın mümkün saydığımız qəfil, sərsəm ölüm ayırır, amma hər birimiz sona qədər ölümdən qaça biləcəyimizə ümid edir. Hərçənd digər tərəfdən, keçmiş dövrlərin kor-koranə nifrətinə əxlaq ölçüləri ilə yanaşa bilərikmi?...
- Göylər bizdən niyə amansız qisas alır?
- Hətta bizdən öz hərəkətlərimizə görə qisas alanda belə həmişə bizi haqlayan cəzanın əsl səbəbi olur. İstənilən yanlış hərəkət, hətta haqq işi uğrunda olsa belə, özündə lənət daşıyır.
Virtualaz.org