Prezidentliyə namizədliklərini irəli sürənlərin məqsədi nədir?

 

Prezidentliyə namizədliklərini irəli sürənlərin məqsədi nədir?

 

 

Rəsmi müxaliflər yaranmış vəziyyətdən istifadə etməyə çalışırlar

Prezidentliyə namizədliklərini irəli sürənlərin məqsədi nədir?

Rəsmi müxaliflər yaranmış vəziyyətdən istifadə etməyə çalışırlar

Prezident seçkilərinə bir ildən artıq vaxt qalsa da, artıq bəzi şəxslər növbəti seçkidə prezidentliyə  namizəd olacaqlarını açıqlayıblar. İddialılarını  qeyri-rəsmi açqılayanların syahısında hələlik üç nəfərin  adı var. Bunlar Müsavat Partiyasının başqanı İsa Qəmbər, Milli Məclisin keçmiş sədri Rəsul Quliyev və Milli Məclisin keçmiş deputatı Hüseyn Abdullayevdir. İddialılar sırasında ilk olaraq Milli Məclisin sabiq sədri Rəsul Quliyev gələn ilin noyabrında keçiriləcək seçkilərdə iştirak etmək niyyətini açıqladı. Onun bu açıqlamasının əks-sədası yayılmamış digər bir siyasi mühacir Hüseyn Abdullayev niyyətini açıqladı. Özünün "Facebook” səhifəsində Azərbaycan xalqına müraciət edən keçmiş deputat yazır:"Əziz bacı-qardaşlarım və çox dəyər verdiyim ağsaqqal, ağbirçəklərim!!! Məlumat üçün sizlərə bildirməliyəm ki, mən Hüseyn Abdullayev gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədliyimi irəli sürmək niyyətindəyəm”.

Seçki marafonunda iştirakına qərarlı olduğunu bildirən sabiq deputat müraciətində heç nəyin onu yolundan döndərə bilməyəcəyini də yazıb: "Bilirəm, bu qərara gəlməyim Bakıdakı bir çox xain qüvvələri ciddi şəkildə narahat edəcək və onlar tərəfindən şəxsimə qarşı yönəlmiş çirkin qarayaxma təbliğatlarına start veriləcəkdir. Çünki onlar yaxşı bilirlər ki, mənim Azərbaycana qayıtmağım onların kriminal əməllərinə, cəzasızlığına, korrupsiyasına və qudurğanlığına son qoymaq deməkdir. Bəri başdan həm onlara, həm də uzun illər onlarla işbirliyində olan bəzi saxta və "cib müxalifəti” funksionerlərinə bəyan edim ki, onların heç bir avantürası məni öz fikirimdən və doğma xalqıma xidmət etmək arzusundan çəkindirə bilməz.”.

Rəsul Quliyevdən fərqli olaraq çox qətiyyətlə prezidentlik iddiasın ortaya qoyan keçmiş deputat Hüseyn Abdullayevin bu iddialarının arxasında nə dayandığına aydınlıq gətirməyə çalışacağıq.

Hələlik isə onu qeyd edək ki, prezident postu uğrunda mübarizə aparmaq niyyətində olduğunu açıq bildirən üçüncü siyasətçi Milli Məclisin digər keçmiş sədri İsa Qəmbərdir. Uzun illər Azərbaycan müxalifətinin liderlərindən biri olan İsa Qəmbər 2003-cü il prezident seçkilərinin iki əsas namizəddın biri idi, İlham Əliyevə uduzdu.  Sonrakı seçkilərdə isə o, iştirak etmədi,və həm 2014-cü ildə Müsavat Partiyasının başqanlığından  vəzifəsindən istefa verdi.

Hər üç şəxsin prezidentliyə iddialı olmaları onların qanuni haqqlı olsa da, bu məsələnin arxasında gizli məqamların dayandığını duymamaq mümkün deyil. İlk öncə onu qeyd edək ki, 1996-cı ildə ölkəni tərk edən Rəsul Quliyev, 2003-cü ildə Azərbaycana qayıtması  uğursuz oldu. Bundan sonra onun doğma yurda qayıtmağa təşəbbüsü olmayıb. Düzdür R.Quliyev  ötən əsrin 90-cı illərinin sonunda, yeni əsrin ilk illərində Rəsul Quliyev Azərbaycana qayıdacağı ilə bağlı dəfələrlə açıqlama versə də, 2003-cü il istisna olmaqla verdiyi  vədi gerçəkləşdirməyə cəhd göstərməyib. Bizə belə gəlir ki, onun prezidentliyə iddisı  da onun  qeyri-ciddi vədlərdən biridir. Çünki R.Quliyevin namizəd olmaq üçün heç mənəvi imkanı və resursu yoxdur.

Rəsul Quliyev kimi mühacir həyatı yaşayan Hüseyn Abdullayevin də ölkədə nə ciddi sosial bazası, nə də strukturlaşmış siyasi təşkilatı yoxdur. İsa Qəmbər isə 2014-cü ildə başqanlığından istefa verdiyi Müsavat Partiyasının namizədi olmağa ümid edə bilər, ancaq bu partiyanın   əvvəlki kimi güclü siyasi təşkilat deyil. Onun  əvvəllər müxalifətin  vahid lideri, əsas şəxslərindən biri olduğu dövr isə artıq çoxdan tarixin arxivinə gömülüb. Prezidentlik uğrunda ağır mübarizəyə ictimai və siyasi imkanları və resursları olmayan bu üç şəxsin seçkilərə bir ildən də  artıq vaxt qaldığı bir zamanda namizədliklərini açıqlamaları da təsüdüfi ola bilməz.

Fikirimizcə bu üç şəxsin tez-tələsik namizədliklərini açıqlamaları rəsmi Bakı ilə dünyanın aparıcı siyasi mərkəzləri arasında münasibətlərin sərinləşməsidir. Əgər hər üç şəxsdən hansısa biri, bizim fikirimizlə razı deyilsə, on il əvvəl, 2008-ci ildə keçirilən prezident seçkisində iştirak etməmələrinin səbəbini əsaslandırmalıdırlar. Hətta 2013-cü ildə namizəd ola bilməyən bu üç şəxsin indi tez-tələsik namizədliyini açıqlamasının başqa əsas səbəbi də ictimayyətə aydın deyil. Görünür, bu şəxslər Qərblə Azərbaycan iqtidarının münasibətlərinin bundan sonra daha  da sərinləşəcəyini  güman edirlər. Belə vəziyyətdə Qərbin siyasi və digər dairələrinin diqqətini cəlb etmək və növbəti prezident seçkilrində namizəd kimi iştirak etmək üçün münbit vaxt və  fürsət ola bilməz-deyə fikir duydurmağa cəhd edirlər...

Eyni zamanda düşünürlər ki, Azərbaycan iqtidarının Qərblə münasibətlərinin pisləşməsini arzulayan qüvvələrin  şanslarını  artıracaq. Məlumdur ki, Azərbaycanda hakimiyyət məsələsinin həllində  böyük dövlətlərin müəyyən təsir imkanları var. Azərbaycan hakimiyyəti isə 1993-cü ildən bu yana ilk dəfədir ki, Avropa və ABŞ-la münasibətlərdə  soyuqlaşma hiss olunur. Bu soyuqluq da görünür müxalif qüvvələri həvəsləndirir. Onlar hətta rəsmi Bakı ilə Qərb arasında soyuqlaşmanın  dərinləşəcəyini və hətta siyasi savaşa keçəcəyini də  ehtimal edirlər.

Əgər belə vəziyyət yaranarsa şübhəsiz ki,  regionda da dəyişə bilər və hakimiyyətin  manevr imkanları məhdudlaşacaq. Neftin ucuzlaşmasından sonra yaranan iqtisadi və sosial gərginlik və iqtisadi böhran  da bu amilə təkan verə bilər .

Azərbaycanda hakimiyyət iddiasında olan bütün qüvvələr və eyni zamanda rəsmi Bakı ilə münasibətləri bu və digər formada olan qüvvələr  də yaranmış vəziyyəti diqqətlə izləyirlər.

Müsavat Partiyasının keçmiş başqanı İ. Qəmbər, Milli Məclisin keçmiş sədri R. Quliyev və Milli Məclisin keçmiş deputatı H. Abdullayevin və onların ardınca hakimiyyətə yiyələnmək istəyən başqa şəxslər də prezidentlik uğrunda mübarizəyə qoşulacaqlar. Çünki, hələ seçkilərə bir ildən artıq vaxt qalır.Yaşayarıq görərik.

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti