8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tanınmış müğənni Tacir Şahmalıoğlunun dayısı Nurəddin Əliyev bacısı oğlundan narazılıq edir.
Sozcu. info xəbər verir ki,bu barədə modern.az saytı ilə həmsöhbət olan Nurəddin Əliyev deyir ki, artıq uzun müddətdir, Tacir Şahmalıoğlu və ailəsi ondan üz döndərib: "Mən Tacirə nələr etmişəm, vaxtikən hansı köməklikləri əsirgəməmişəm-bu haqda heç danışmaq lazım deyil. Bir böyük kimi buna ehtiyac görmürəm. Amma Tacir bütün ailəni dağıdıb. Sırf ona görə heç kim məni saymır. Tacir qohum-əqrəbanı, hətta bacımı belə mənimlə görüşməyə qoymur. Mənim 78 yaşım var, müəlliməm, yaxşı yerlərdə də işləmişəm. Bu vaxt ərzində mən erməni də, rus da görmüşəm. Amma Tacir kimi qanacaqsız adam görməmişəm. Bu adam nə pis günümdə, nə də şad günümdə məni yad edir. Təsəvvür edin, oğlum dünyasını dəyişdi, qızım, həyat yoldaşım vəfat etdi, heç birində qapımı döymədi. Yaxşı, mən bəlkə nəsə etmişəm. Bəs əmisi nəvəsinin günahı nədir? Onun ata tərəfində bircə əmisi nəvəsi qalıb, heç onu da dindirmir”. Müğənninin dayısının sözlərinə görə, məclislərdə Tacir Şahmalıoğlu ilə qarşılaşanda "salam” ala bilir, amma lazım olanda görünmür: "Yaxşı tutaq ki, həyat yoldaşım öləndə işi olduğu üçün gələ bilməyib. Bəs qızım, oğlum vəfat edəndə niyə yada salmadın? Məni yandıran odur ki, yad ellərdən gələ bilirlər, amma burdan-bura Tacir gələ bilmir. Bu adam ailəni niyə bu günə salıb, izah etməlidir. Heç bir məlumatım yoxdur. Lazım olub bacımgilə də getmişəm. Tacirin qardaşı öləndə yas yerinə getməməyi özümə sığışdırmadım, getdim. Bu adam hər şeyə nöqtə qoyub. Yaxşı, Tacir belə edir. Bacıya nə deyəsən? Bilmirəm, bunlar daşdırmı?”. Müsahibimiz deyir ki, Tacir kimi adamları səhnəyə qoymaq olmaz: "Bu adam televiziyalarda ekspert kimi çıxış edir, camaata ağıl verir. Hansı üzlə, başa düşmürəm. Onda ağıl var? Dayısına belə edən adam camaata nə öyrədə bilər? Bunlar artistdirlər. Danışanda elə bilirsən, peyğəmbərdirlər. Amma Tacir bir nəfər dilənçinin əlinə bir manat da qoymaz. Çox simicdir. Tacir müəllimlərinin qədrini bilmir, mənimmi qədrimi biləcək?
Düzdür, sabah gəlib üzr istəsə, onu bağışlayaram. Görünür, bacım oğlu o qədər pullanıb ki, bu onun gözünü örtüb. Çox az adam olar ki, pul qazanan kimi öz səviyyəsində qalsın. Tacir elələrindən ola bilmədi. İnsan adamın toyuna da, yasına da gəlməz. Amma bununla söz-söhbət qurtarmır. Qonşu, dost-tanış da soruşur axı....”. Məsələ ilə bağlı Tacir Şahmalıoğlu ilə də əlaqə yaratdıq. Müğənni saytımıza açıqlamasında bildirib ki, səsləndirilən fikirlər yalandır: "Mənim nə işimə qalıb dayıma qohumlar ya da anamla görüşməyə mane olum. O heç özü 25-30 ildir, bacısına gəlib dəymir. Bu onun öz mərifətidir. Mən nə deyə bilərəm? Qardaşla bacının arasına girmək nəyimə lazımdır? Bütün əhali məni tanıyır. Bilirsiniz ki, qohumcanlıyam. Anamdan ötrü dayılarımı qurban verərəm. Onun heç xətrinə dəyərəm?”. Müğənni deyib ki, əksinə, anasının qəlbi incikdir: "Yəni dayım gəlmir, bizi yoxlamır. Anam da evin tək qızıdır, iki qardaşın bir bacısıdır. Əgər belədirsə, indi niyə şikayət edir ki? Sən gəl, gör bir səni necə qəbul edirik. O mənə dayılıq etmir. Halbuki dayımın başımın üstündə yeri var. Yad ellərdən mənim yasıma 20 min nəfər gəldi, amma dayım gəlmədi. Hər şey qarşılıqlıdır. Dayı gərək dayılıq etsin ki, sən də bacı oğlu ola biləsən”.