ƏVƏZ ZEYNALLI YENƏ PROKURORLUĞA ÇAĞRILDI –Bu dəfə Hüseyn Abdullayevin işi ilə bağlı

ƏVƏZ ZEYNALLI YENƏ PROKURORLUĞA ÇAĞRILDI –Bu dəfə Hüseyn Abdullayevin işi ilə bağlı

 

Tanınmış jurnalist, "Xural” qəzetinin və "Xural.com” saytının baş redaktoru, sabiq vicdan məhbusu Əvəz Zeynallı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılıb. O, mayın 23-də saat 10.00-da sözügedən idarədə olmalıdır.

 

Sozcu.info xəbər verir ki, bu barədə Əvəz Zeynallı özünün "Facebook” səhifəsində qısa qeyd paylaşıb. Ə. Zeynallı yazıb: "Səhər saat 10.00-da Ağır Cinayətlərə dair İstintaq İdarəsinə dəvət olundum. Müstəntiq çox mədəni formada Hüseyn Abdullayevin cinayət işində şahid kimi bəzi suallara cavab almaq istədiyini bildirdi. Mənə çox maraqlı gəldi… Gedək, görək, nə deyəcəklər, hansı suala cavab istəyəcəklər?”.

Xatırladaq ki, xeyli müddətdir Almaniyada yaşayan tanınmış bəstəkar, keçmiş deputat, biznesmen Hüseyn Abdullayev bu ilin 22 aprel tarixində Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilib və barəsində bir neçə maddə ilə cinayət işi qaldırılıb.



Oxşar Xəbərlər

Xəbər lenti