Gəncənin yeni icra başçısı hansı nazirlə qohumdur? - TƏFƏRRÜAT - FOTOLAR

Gəncənin yeni icra başçısı hansı nazirlə qohumdur? - TƏFƏRRÜAT - FOTOLAR

 

Xəbər verdiyimiz kimi, prezidentin müvafiq sərəncamı ilə Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Sozcu.info  minval.info-ya istinadən xəbər verir ki, Gəncənin yeni başçı Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovla qudadır. Belə ki, Azad Rəhimovun oğlu Arif Rəhimov Niyazi Bayramovun qızı Cahan Bayramova ilə ailəlidir. Onların bir qız övladı var.

Niyazi Bayramov bu təynatadək Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı postunu tuturdu. O, daha əvəllər – 1995-2010-cu illərdə Dövlət Gömrük Komitəsində, 2010-2012-ci illərdə Fövqəladə Hallar Nazirliyində məsul vəzifələrdə işləyib.

Qeyd edək ki, Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Arif Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Azərbaycan, rus və ingilis dillərini bilən Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib.

2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan DDLAR GROUP adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir.

Bununla paralel Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix” şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, "Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçirilən dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – "Formula 1″in "Qran Pri” yarışının təşkilatçısıdır.

Arif Rəhimov xanımı və qızı ilə hazırda Londonda yaşayır.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}