27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Noyabrın 1-dən 2-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:42-də 29 metr ölçüsü olan "2019 UG11” asteroidi planetimizin yaxınlığından keçəcək.
Azərtac xəbər verir ki, məlumatı ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Yaxın Kosmosda Obyektlərin Öyrənilməsi Mərkəzi (CNEOS) yayıb.
Məlumatda qeyd olunub ki, "2019 UG11” asteroid Yerə maksimumum 210 min kilometr yaxınlaşacaq, bu da planetimizdən Aya olan orta məsafədən (385 min kilometr) təxminən iki dəfə azdır.
Yerin yaxınlığından keçəcək asteroidi bir neçə gün əvvəl kəşf ediblər və onu yerətrafı obyektlərin məlumat bazasında yerləşdiriblər. "2019 UG11” orbitlərinin Yerin orbiti ilə kəsişdiyi Apollon asteroidlər qrupuna aiddir. Bu asteroid Günəşin ətrafında 624 Yer günü və ya 1,71 Yer ili ərzində bir dövrə vuraraq ona 128 milyon kilometr yaxınlaşır və 300 milyon kilometr uzaqlaşır.
NASA-da qeyd edirlər ki, "2019 UG11” asteroidi potensial təhlükəli göy cisimlərindən deyil və bizim planetlə toqquşma ehtimalı yoxdur. Onun növbəti dəfə Yerə nisbi yaxınlaşması isə 2086-cı il noyabrın 2-də baş verəcək. Həmin gün "2019 UG11” asteroidi planetimizin 362 min kilometrliyindən keçəcək.