31 Mart Soyqırımı

20-ci əsrin əvvəli  tarixdə köklü dəyişikliklər, inqilablar, Dünyanın yenidən bölüşdürülməsi, müstəmləkələr uğrunda mübarizə və müharibələrlə yadda qalmışdır. İmperiyalar parçalanır, yeni dövlətlər yaranır, xəritələr tez-tez rəngini dəyişirdi. Azərbaycan xalq olaraq, milli kimliyini ortaya qoymağa, bir əsrlik müstəmləkə zəncirini ziyalıları vasitəsiylə qırmağa çalışırdı. Yeni partiya və təşkilatlar yaradılır, qəzet və jurnallar çap edilir, xalqın maariflənməsi, dövlətçilik ənənələrimizin bərpası üçün qızğın mübarizə aparılırdı.

Belə bir şəraitdə Rus imperializmi ənənəvi “parçala hökmranlıq et” siyasətini işə salaraq, öz tarixi “maşa”ları vasitəsiylə tarixin ən qəddar soyqırımlarından birini həyata keçirdi. İstər çar, istər bolşevik Rusiyası  erməni kartından məharətlə istifadə edir, közərməkdə olan azadlıq atəşini alovlanmamış söndürməyə çalışırdı. “Böyük Ermənistan” xəstəliyinə tutulub, türk qanını məlhəm bilən erməni şovinizmi onlara verilən bu fürsəti amansızlıqla həyata keçirirdi. Yerli əhalidən silahlar yığılır, Qafqaz cəbhəsindən qayıdan rus qoşununun silahları isə daşnaklara paylanılırdı. Bakı və ətraf ərazilərdə hakimiyyətin bolşevik donuna girmiş ermənilərin əlində olması onların işini daha da asanlaşdırırdı. Soyqırım martın sonlarından başlayaraq planlı şəkildə aparılmaqla payız aylarına qədər davam etdirildi. Şəhər və kəndlər yandırılır, tarixi abidələr dağıdılır, əhali isəinsanlığın görmədiyi qəddarlıqla qətlə yetirilirdi. Qırğınlar eyni vaxtda Şimali Azərbaycanın hər bölgəsində həyata keçirildiyi kimi, Cənubi Azərbaycan da “yaddan”çıxmamışdı. Azərbaycanlılarla yanaşı bu ərazilərdə yaşayan, yəhudilər, talışlar, ləzgilər və digər xalqlar erməni xislətinin qurbanı oldular. Sovet hakimiyyəti dövründə unutdurulan, 1988-1994-cü illərdə məhz ermənilər tərəfindən yenidən “yazılan” Tarix bizə unudqanlığın faciəsini daddırdı. Əsrlər boyu  bir xəstəlik kimi unudqanlıq və humanistliyin ağrısını yaşadığımızı çox gözəl dərk edən Ümummilli lider H. Əliyev 1998 – ci ildə Mart soyqırımına hüquqi qiymət verməklə gələcək nəsilləri bu xəstəlikdən xilas etdi.

Yüz ildən çox vaxt keçməsinə baxmayaraq nə Rus imperializmi Qafqazdan öz caynaqlarını çəkmək istəyir, nə də onlara maşa olan erməni şovinizmi dinclik tapır. Keçən əsrin müvafiq dövrü ilə əsas fərq Prezidentinin ətrafında birləşən on milyonluq Dəmir Yumruqdu. Hər vasitədən istifadə edərək bu yumruğu boşaldıb, barmaqlarımızı qoparmağa çalışanlar bilməlidir ki, indi Azərbaycan 100 il əvvəlki Azərbaycan deyil. Onun müzəffər Ali Ali Baş Komandanı, nizami ordusu, daimi müttəfiqləri vardır.
Sevinc Hacızadə

Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}