DƏHŞƏTLİ RƏQƏMLƏR! 2500-dən çox ölü var


İlin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya 186 min miqrant gəlib.

Sozcu.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu sentyabrın 28-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarə rəhbəri Ruven Menikdivela deyib.

Onun sözlərinə görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 83% çoxdur.

BMT rəsmisi bildirib ki, bu müddət ərzində Aralıq dənizini keçərkən 2,5 mindən çox insan ölüb və ya itkin düşüb. 

Məlumata görə, Aralıq dənizini keçən miqrantların əksəriyyəti (130 min nəfər) İtaliyada qalıb. Digər istiqamətlərə isə Yunanıstan, Kipr və Malta daxildir.

Menikdivelanın sözlərinə görə, 102 mindən çox miqrant Tunisdən, 45 minə yaxını Liviyadan Aralıq dənizi vasitəsilə keçib.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}