Cırtdan Malta və abort: Azərbaycana nümunə

 

Cırtdan Malta və abort: Azərbaycana nümunə

 


 

Məşhur rus-yəhudi yumorist yazıçısı Genadiy Malkin demişdi:

Tərəqqilərin spiralı hamiləliyin və doğuşun qarşısını alan kimi meydana çıxdı. 

Bu tərəqqilər spiralının cızdığı çevrə Azərbaycandan da yan keçmədi, ölkəmizdə abort günü-gündən çiçəkləndi və nəticədə minlərlə körpələr "ana” bətnlərinin zülmətində həyat işığını dadmadan məhv edildi. Son 5 ildə Azərbaycanda həyata keçirilən abort cinayətlərin statistikasını nəzərdən keçirək.

     2012-ci ildə - 31 000;

<   2013-cü ildə- 27 892;

     2014-cü ildə- 27 220;

<!  2015-ci ildə - 27 452;

<!  2016-cı ildə - 34 569;

<   2017-ci ildə - 37 000.

2018-ci ildə də rəqəmlərin artacağı şübhə doğurmur. Bu halların baş verməsinin əsas səbəbini iqtisadi-sosial amillərlə bağlanılsa da, bu ağ yalandan başqa bir şey deyil. Hər halda Azərbaycanda yaşayış səviyyəsi əksər Afrika ölkələrindən, Əfqanıstan, Fillipin, Ekvador, Nikaraqua kimi dövlətlərdən üstündü, amma adı çəkilən ölkələrdə həm təbii artım bizdən yüksəkdi, həm də abort qəti qadağandır. Abortların artan şkala üzrə inkişafının başlıca səbəbi liberalizm, demokratiya kimi insanlığı degeneratlaşdıran təbliğatların aparılması və bunun nəticəsində  bəşəriyyətin yaşamasını, inkişafını təmin edəcək insan kapitalının məhv edilməsindən başqa bir şey deyil. Qeyd edim ki, Azərbaycan hamiləliyin 12 həfdəsinə qədər abortun həyata keçirilməsinə icazə verilir. Nəisə...

Ərazisi 316 km2, əhalisi 450 minə yaxın olan cırtdan ada dövləti Maltada abort cinayət hesab olunur və qanunla qadağandır. İstisna olaraq 3 halda aborta icazə verilir.  

Şəxs cinsi zorakılığa məruz qaldıqda

<  İnçest münasibət nəticəsində uşağa qaldıqda;

<! Uşağın dünyaya gəlməsi ananın ölümünə səbəb olacaq qədər təhlükə törətdikdə.

Bu 3 hal xaric qalan hallarda abort edəndə, etdirəndə cinayət məsuliyyəti daşıyır.  Bu cırtdan dövlətin cinayət məcəlləsinin müvafiq maddəsinə görə abort etdirən də, edən də 18 aydan 3 ilə qədər azadlıqdan məhrum edilir. Gizlin abort edən həkim isə 4 il azadlıqdan məhrum edilir. Məhz bu sərt və doğru qanuna görə abort etdirmək istəyənlər əsasən İtaliyaya və B.Britaniyaya üz tuturlar. Hər il bu cür 54 abort həyata keçirilir, lakin bunun belə üstü açıldıqda həbsə gətirib çıxarır.  Maltada abortun cinayət olduğu təbliğ edən çoxlu sayda hökumət və qeyri-hökumət təşkilatları vardır. Həmçinin təhsil nazirliyi nəzdində yaradılan təşkilatlarda vardır. Həmin təşkilatlar yaşı 18-dən aşağı olan hamilə məktəblilər və gənc analar arasında marifləndirmə işləri aparır. Bu cırtdan ada dövlətində abort 1854-cü ildən qadağandır. Malta Avropa İttifaqında yeganə Respublika quruluşlu dövlətdir ki, abortu birmənalı olaraq qadağan edir.  Eləcə də bu ölkədə Katolik kilsəsi hələ də dominantlıq edir və əhalinin 98 % katolik dininə etiqad edir. Əhalinin 60 %-dən çoxu abortla bağlı qanunu dəstəkləyir. Eyni zamanda bu ölkədə əczaxanalarda doğuşu əngəlləyəcək dərman vasitələrinin satışı belə qadağandı.  Hələ ölkədə 2013-ci ilə qədər Milliyətçi partiyasının iqtidarda olması zamanı daha çox milli dəyərləri yaşadır, liberalizmin iyrənc "multikulturalizm” ideyalarının həyata keçməsinin qarşısını alırdı. Elə ki, 2013-cü ildə hakimiyyətə Malta Leyborist partiyası gəldi, "demokratik” imperialist dövlətlərinin diqtəsiylə ölkədə bəzi dəyişikliklər baş verdi. Bu dəyişikliklər:

<! Boşanmalar leqallaşdırıldı;

<! Eynicinslilərin nigaha girməsi, övladlığa uşaq götürməsi qanuniləşdi;

<! Könüllü olaraq cinsiyyətin dəyişilməsinə qanunla icazə verildi.

Bu qanunların qəbul olunmasına baxmayaraq, həm kilsə, həm xalqın əksəriyyəti, həm də qatı konservatorçu partiyalar "dəyişikliklərlə” mübarizə aparırlar. Ümumilikdə maltalılar öz qanunları, adət-ənənələriylə yaşayan xalqdır.

Digər maraqlı məlumatda odur ki, bu cırtdan dövlətin demək olar ki, yeraltı sərvətləri, hətta təbii su ehtiyatı (adada nə göl, nə çay var) da yoxdur. Ölkənin iqtisadiyyatının əsasını turizm təşkil edir, hər il 2 milyona yaxın turist ordusu bu adanı ziyarət edir. Ölkənin ikinci dərəcəli iqtisadi sahələri kənd təsərrüfatı, gəmiqayırma və gəmi təmiri sənayesi və digər sahələrdi. Ölkədə 2017-ci ildə minimum əmək haqqı 735 avro təşkil edir. Qısası cırtdan Malta nəyinki ərazisinə, əhalisinə, hətta təbii sərvətlərinə görə də Azərbaycandan dəfələrlə geri qalır, lakin bu ölkədə demoqrafiq problem, işçi çatışmamazlığı, inflasiya və s. bu kimi hallar yoxdu. Bunun başlıca səbəbi insan kapitalının tükənməməsindədi. Unutmayaq ki, milli güc ünsürlərinin başında duran insan gücüdür. İnsan kapitalını tükədən birinci şərt isə abortların leqallaşdırılmasıdı!

Biz Avropaya daha çox pozğun həyat tərzi, açıq-saçıq geyim, ailə münasibətlərində dağıdıcılıq,  abort və homoseksualizm kimi insanlığı məhvə aparan fəaliyyətlərin leqallaşdırılması istiqamətində inteqrasiya edirik. Çox yaxşı olar ki, Avropaya inteqrasiya etməmişdən öncə birinci insanlığımızı itirməyək, ardınca biz kimik? deyə milli dəyərlərimizi qoruyaq,  ən nəhayət nümunə olaraq yaxşı ünsürləri götürərək inteqrasiya edək. Düşünürəm ki, cırtdan Malta bizlərə bir çox özlərinə məxsus qanunları ilə nümunə olmalıdı, xüsusiylə də abort cinayətinin qadağan olunması ilə...

Sonda yazıma XIX əsrdə yaşamış italiyalı hüquqşünas Rafael Ballestinin ifadəsiylə yekun vururam:

O xalqın ki, əxlaq dəyərlərini itirməsi pik həddə çatır, bunun yeganə doğru sübutu o zaman baş verir ki, abortlar artıq adət halına çevrilərək, tamamilə qəbullanır.

Abdulla İsmayıloğlu,

"Yeni Sözçü” qəzeti

 

Cırtdan Malta və abort: Azərbaycana nümunə

 

Cırtdan Malta və abort: Azərbaycana nümunə

Maltada dünyaya gəlmədən öldürülən uşağa qoyulan abidə

 


 



Oxşar Xəbərlər

Xəbər lenti