Azərbaycanda şərab zavodunda yanğın başladı


Tovuzda yanğın hadisəsi baş verib.

Sozcu.info xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Şəhərdə yerləşən şərab zavodunda anidən yanğın olub. Hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın güclü olduğundan qonşu Şəmkir, Ağstafa və Qazax rayonlarından yanğınsöndürən avtomobillər və canlı qüvvələri cəlb olunub.

Yanğının söndürlüməsi istiqamtində işlər gedir./Axar.az/



Oxşar Xəbərlər

Xəbər lenti