26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
Ağsuda bıçaqlanma hadisəsi olub.Sozcu.info xəbər verir ki, hadisə səhər saatlarında şəhər ərazisində yerləşən orta məktəblərin birinin həyətində qeydə alınıb.
Rayon sakini 34 yaşlı Dostəli Bağırov mübahisə zamanı 11-ci sinif şagirdi R.S-ya kəsici alətlə, onun köməyinə gələn qardaşı -16 yaşlı A.S-ya isə əl ilə vuraraq xəsarət yetirib. Zərərçəkən qardaşlara tibbi yardım göstərilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.
Məlumata görə, D.Bağırov Vətən müharibəsi qazisidir./lent.az